Məhkəmə qərarları › İş №2(007)-577/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-577/2024

13.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-577/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, lizinq obyekti olan, 2020-ci il buraxılışlı, qara rəngli, “Khazar SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması, Cavabdeh 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 noyabr 2023-cü il tarixə 932.54 manat gecikdirilmiş əsas, 302.08 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 121.73 manat dəbbə pulu və ödənilmiş 100.40 manat dövlət rüsumu “Azərmaş" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 11 iyun 2022-ci il tarixli MAS-5326 saylı “Daxili lizinq” müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 17.5 % hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 384.15 manat, ümumilikdə isə 16029 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 16029 manatın 12900 manatı əsas məbləğ təşkil edir. 05 avqust 2022-ci il tarixdə X3, X2 və İddiaçı MMC arasında MAS-5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 iyun 2022-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri B.Məmmədov öz üzərinə götürmüşdür. 15 avqust 2022-ci il tarixdə X2, X7 və İddiaçı MMC arasında MAS-5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 iyun 2022-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri E.Hünbətov öz üzərinə götürmüşdür. 25 avqust 2022-ci il tarixdə X7, Cavabdeh və İddiaçı MMC arasında MAS-5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 11 iyun 2022-ci il tarixli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri, Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-5326 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 16 noyabr 2023-cü il tarixə ümumilikdə 1356.34 manat gecikmə borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. “Daxili lizinq” müqaviləsinin 1.1-ci bəndinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməlidir. Müqavilənin 1.3-cü bəndinə əsasən, lizinq ödənişlərinin məbləği, ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə №3) müəyyən edilir. Lizinq ödənişlərinin cədvəlində göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 7.2-ci bəndinə əsasən, lizinq alan gecikdirilən hər təqvim gününə lizinq ödənişi məbləğinə gündəlik 0.3 % hesanlanmaqla cərimə ödəyir. Həmin müqavilənin 4.4.1 -ci bəndinə əsasən lizinq Alan müvafık standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməlidir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, lizinq alan lizinq obtektindən bu müqavilənin şərtlərini pozmaqla, yaxud onun təyinatına uyğun olmamaqla istifadə etdikdə, lizinq obyektini işlək halda saxlamadıqda və bu da onun istehlak keyfiyyətlərini pisləşdirdikdə, lizinq ödənişlərini müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə müqavilə lizinq verənin təşəbbüsü ilə, Lizinq alana hər hansı bir zərərin əvəzini ödəmədən ləğv edə bilər. İddiaçının nümayəndəsi X4 elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Maşını satmışdır. Etibarnamə ilə başqasına vermişdir. Həmin adam 600 manat ödəniş etməli idi. Maşını vurub, yəqin ki, cərimə meydançasındadır. Maşın Abşerondadır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı MMC ilə X5 arasında bağlanmış 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq müqaviləsi”ndən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 2020-ci il buraxılışlı, qara rəngli, “Khazar SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 12900 manat təşkil edir. Lizinq alaq bu müqavilə imzalandığı gün 2200 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 2200 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətinə illik 17.5% həcmində mükafat məbləği hesablanır. - 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, bu əlavənin predmetini tərəflər arasında bağlanmış 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili Lizinq” müqaviləsi üzrə əldə olunan əmlakın adı komplektliyi və dəyəri təşkil edir. Lizinq obyektinə aşağıda göstərilən siyahıya uyğun olaraq 12900 manat məbləğində olan avtomobil daxildir. Avtomobilin göstəriciləri: 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220324 ban nömrəli, qara rəngli avtomobil. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə 932.54 manat əsas, 302.08 manat mükafat və həmin günə hesablanmış 121.7. manat cərimə, cəmi 1356.35 manat borcu vardır. - 11 iyun 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Khazar SD" markalı, **- PU-*** dövlət qeydiyyat nişanlı, İddiaçı MMC-nin mülkiyyətində olan avtomobili X5 təhvil alınmışdır. - X5, X2 və İddiaçı MMC arasında bağlanmış 05 avqust 2022-ci il tarixli MAS-5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, X2 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 05 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X5 İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 təhvil vermişdır. - X2, X7 və İddiaçı MMC arasında bağlanmış 15 avqust 2022-ci il tarixli MAS-5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, X7 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 15 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X2 İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili X6 təhvil vermişdır. - 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq müqaviləsi”nin 3 saylı Əlavəsi olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 36 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 12900 manat krediti hər ayın 11-dən gec olmayaraq 384.15 manat, sonuncu ay 384.14 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - X7, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 25 avqust 2022-ci il tarixli MAS- 5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsindən görünür ki, Cavabdeh 11 iyun 2022ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. - 25 avqust 2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, X7 İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdır. - İddiaçı MMC-nin 25 oktyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh 25 avqust 2022-ci il tarixli MAS-5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən 925.30 manat gecikmə borcunun olması barədə xəbərdar edilmiş, gecikmə borcunun ödənilməsi xahiş edilmiş, əks halda müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi, yaranmış borc və lizinq obyektinin qaytarılmasının məhkəmə qaydasında tələb ediləcəyi bildirilmişdir. - BB seriyalı 256060 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2020-ci il buraxılışlı, “Khazar SD" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFLE220324 ban nömrəli, qara rəngli avtomobilin sahibi İddiaçı MMC-dir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə X5 arasında bağlanmış 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq müqaviləsi”nə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavəsində göstərilən əmlakı 2020-ci il buraxılışlı, qara rəngli, “Khazar SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilini muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq obyekti lizinq alan tərəfindən seçilib. Bu lizinq müqaviləsinin əsas məbləğini 12900 manat təşkil edir. Lizinq alaq bu müqavilə imzalandığı gün 2200 manat məbləğində lizinq ödənişini Lizinq verənə ödəməyi öz öhdəsinə götürmüşdür. X7, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış 25 avqust 2022-ci il tarixli MAS-5326 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsinə əsasən Cavabdeh 11 iyun 2022-ci il tarixli MAS- 5326 nömrəli “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və ödəniş cədvəlinə əsasən 36 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 12900 manat krediti hər ayın 11-dən gec olmayaraq 384.15 manat, sonuncu ay 384.14 manat ödəniş etməli idi. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əmlakı cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və müqavilədə nəzərdə tutulan məbləği ödəməmişdir. Belə ki, cavabdehin 16 noyabr 2023-cü il tarixə 932.54 manat əsas, 302.08 manat mükafat və həmin günə hesablanmış 121.7. manat cərimə, cəmi 1356.35 manat borcu qalmışdır. Göründüyü kimi, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Hazırda da iddiaçı həmin daxili lizinq müqaviləsi üzrə cavabdehdən öhdəliyin icrasını, o cümlədən yaranmış borcun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.9-cu maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən iddia tələbinin əsas, faiz və cərimə borcunun tutulması hissəsində qismən əsaslıdır. Həmçinin, tərəflər arasında bağlanmış 11 iyun 2022-ci il tarixli “Daxili lizinq” və 25 avqust 2022-ci il tarixli “Öhdəliklərin ötürürülməsi” müqavilələri ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, müqavilə üzrə 121.73 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 121.73 manat məbləğində dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “lizinq obyekti olan 2020-ci il buraxılışlı, qara rəngli, “Khazar SD" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli lizinq müqaviləsinin 10-cu bəndinə əsasən lizinq alan bu müqavilənin şərtlərini, tərəflərin digər əlavə sazişini və ya Azərbaycan Respublukasının qanunvericiliyini lizinq verənin tələbi ilə lizinq obyekti lizinq alanın müvəqqəti sahibliyindən lizinq verənin sahibliyinə mühahisəsiz qaydada qaytarılmalıdır. Cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərə əməl etməli, lizinq obyektini lizinq verənə qaytarmalıdır. İddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, lizinq obyekti olan 2020-ci il buraxılışlı, qara rəngli, “Khazar SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılmalı, Cavabdeh 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 932.54 manat əsas borc, 302.08 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu və 100 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, qara rəngli, “Khazar SD” markalı ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-yə qaytarılsın. Cavabdeh 11 iyun 2022-ci il tarixli MAS-5326 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən 932.54 manat əsas borc, 302.08 manat gecikdirilmiş mükafat, 50 manat dəbbə pulu və 100 manat ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar