Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-579/2025 17.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. Ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 №-li Sərəncamında və həmin Sərəncam əsasında atasına verilmiş 425 C nömrəli bağ ayrılması barədə 81 №-li orderdə İslam Temurovun ata adının “Zahid” kimi qeyd edilməsinin düzgün olmaması, həmin sənədlərdə onun ata adının “Zarvan” kimi qeyd və həmin sənədlərin atasına – X3 aid olması faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 №-li Sərəncamının 2.81-ci sırasında və C nömrəli bağ ayrılması barədə 81 №-li orderdə X4 hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
3. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun doğma atasıdır. Bu fakt Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 121 № ilə qeydlə təsdiq edilir. Onun atası, X6 xx.xx.1995-ci ildə vəfat etmiş və bu barədə Rusiya Federasiyasının Moskva şəhəri Meşansk rayon X1 Qeydiyyat Şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci ildə 2325 № ilə qeyd edilmişdir. O, halhazırda Nizami rayonu ərazisində yuxarıda qeyd edilən ünvanda qeydiyyatdadır və orada yaşayır. O, xx.xx.2019-cu ildə sonuncu dəfə ASAN 2 tərəfindən AA № ******* saylı, FİN kodu xxxxxxx olan şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Nəzərə çatdırır ki, Ləhic BTK № 241 bağ sahəsinin atasına ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 №-li Sərəncamında atasının adı və soyadı düzgün göstərilsə də, ata adı səhvən “Zarvan” əvəzinə “Zahid” kimi qeyd edilmişdir. Həmin Sərəncam əsasında atasına verilmiş 425 C nömrəli bağ ayrılması barədə 81 №-li orderdə də eyni səhv təkrar olunmuş, İslam Temurovun ata adı səhvən “Zarvan” əvəzinə “Zahid” kimi yazılmışdır. O, 425 C nömrəli bağ üzrə atasının vərəsəsidir və bununla bağlı 12 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində hüquqlarının, o cümlədən də gözlənilən mülkiyyət hüquqlarının həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Belə ki, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-26446/2023 **********46 saylı məktubla cavab verilmişdir ki, təqdim edilmiş order surətdir, idarənin arxivində olan siyahıda, eləcə də təqdim edilən orderdə və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 176 saylı sərəncamının arxiv arayışında hüquq sahibinin ata adı “Zahid” kimi qeyd edilmişdir. Müvafiq müraciətinə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-4011/2024 saylı məktubu ilə cavab verilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş siyahıda soyad, ad və ata adları həmin dövrdə təqdim edilmiş sənədlər əsasında aparıldığından, sözügedən sənədlərə dair təsdiqedici əsaslar təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxıla bilər. Hesab edir ki, bu cavab sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Halbuki, Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə təsdiqedici əsaslar sayılan şəxsiyyət vəsiqələrini, ölüm haqqında şəhadətnamələri əlavə etmişdir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
6. Məhkəmə maraqlı şəxsin nümayəndəsini iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
7. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 3-52/2-4011/2024 saylı məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə təsdiq edilmiş siyahıda soyad, ad və ata adları həmin dövrdə təqdim edilmiş sənədlər əsasında aparıldığından, sözügedən sənədlərə dair təsdiqedici əsaslar təqdim edildiyi təqdirdə müraciətinizə yenidən baxıla bilər. Orderə münasibətdə isə nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv olunmuş və həmin Sərəncamın 2.1-ci bəndinə əsasən ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulmuşdur.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən 27 iyul 2023cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “4250” nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, təqdim edilmiş order surətdir və orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin idarənin arxivində olan siyahıda, eləcə də təqdim edilən order və Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1768 nömrəli sərəncamının arxiv arayışında hüquq sahibinin ata adı “Zahid" kimi qeyd edilmişdir. Bundan başqa, torpaq sahəsinə texniki baxış keçirmək və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Azerbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxanda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
9. İ-MЮ seriyalı № 452165 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 2325 nömrə ilə qeyd edilmişdir.
10. AZ-İİ seriyalı № 158209 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 367 nömrə ilə qeyd edilmişdir.
11. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 №-li Sərəncamından çıxarışa əsasən X5 Ləhic BTK № 241 bağ tikinti kooperativindən bağ sahəsi ayrılmışdır.
12. 335728 nömrəli attestatın surətindən görünür ki, Temurov İslamın ata adı Zarvandır.
13. 22971978 nömrəli partya biletinin surətindən görünür ki, Temurov İslamın ata adı Zarvandır.
14. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, X6 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Ləhic BTK № 241 bağ sahəsinin atasına ayrılması barədə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 №-li Sərəncamında ərizəçinin atasının adı və soyadı düzgün göstərilsə də ata adı “Zarvan” əvəzinə “Zahid” kimi qeyd edilmişdir. Həmin Sərəncam əsasında atasına verilmiş 425 C nömrəli bağ sahəsi ayrılması barədə 81 №-li orderdə də İslam Temurovun ata adı “Zarvan” əvəzinə “Zahid” kimi yazılmışdır. Hazırda ərizəçi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 №-li Sərəncamının 2.81-ci sırasında və C nömrəli bağ ayrılması barədə 81 №-li orderdə X4 hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən X6 ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş edir.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:
6-cı bəndindən göründüyü kimi, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) X1 dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. 6.3-cü bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
19. Ərizəçi tərəfindən təqdim olunmuş iş materiallarında olan sənədlərdən müəyyən olur ki, Ərizəçi atası Temurov İslamın ata adı “Zahid” yox, “Zarvan”dır. Odur ki, həqiqətən də Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 nömrəli Sərəncamında və həmin Sərəncam əsasında verilmiş 425 C nömrəli bağ ayrılması barədə 81 nömrəli orderdə Temurov İslamın ata adı düz yazılmamışdır və ərizəçi həmin yanlışlığı başqa qaydada aradan qaldıra bilmir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən oldu ki, Ləhic BTK № 241 bağ sahəsi X2 mülkiyyətində olmuşdur. X6 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Hazırda ərizəçi atasından miras qalan payı qəbul edə bilmir.
20. Ərizəçi 425 C nömrəli bağ üzrə atasının vərəsəsidir və bununla bağlı 12 saylı Notariat ofisində vərəsəlik işi açılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində hüquqlarının, o cümlədən də gözlənilən mülkiyyət hüquqlarının həyata keçirməsinə maneçilik törədir.
21. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində düzgün qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir.
Məhkəmə baxışının hədləri:
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
23. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 nömrəli Sərəncamında və həmin Sərəncam əsasında verilmiş 425 C nömrəli bağ ayrılması barədə 81 nömrəli orderdə X4 hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən X6 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Qətnamə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 nömrəli Sərəncamında və həmin Sərəncam əsasında verilmiş 425 C nömrəli bağ ayrılması barədə 81 nömrəli orderdə “X8” sözlərinin “X6” sözləri ilə əvəz olunması üçün əsasdır.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin edilsin. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 nömrəli Sərəncamında və həmin Sərəncam əsasında verilmiş 425 C nömrəli bağ ayrılması barədə 81 nömrəli orderdə X4 hüquqmüəyyənedici sənədlərdə adı qeyd edilən X6 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1768 nömrəli Sərəncamında və həmin Sərəncam əsasında verilmiş 425 C nömrəli bağ ayrılması barədə 81 nömrəli orderdə “X8” sözlərinin “X6” sözləri ilə əvəz olunması üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova