Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-581/2021 02.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 02.07.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş ünvan 1 ünvanında qeydiyyatda olan X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərini rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X8 ilə rəsmi nikahından 02.07.1997-ci il təvəllüdlü X3 anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Oğlu doğulduğu vaxtdan Uşaq serebral iflici, litti xəsəliyi, spastik tetrapedarez, yerişin pozulması diaqnozu ilə 1-ci qrup əlildir. Ona 18 yaşına çatdıqdan sonra tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz 1-ci qrup əlil təyin olunmuşdur. X3 həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. X3 özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Ona görə hesab edir ki, 02.07.1997ci il təvəllüdlü X3 İ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyətli olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Hesab edir ki, 02.07.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X7 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın nümayəndəsi X14 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsi xahiş edir və ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon VVAQ şöbəsi tərəfindən 16 avqust 1997-ci il tаriхdə vеrilmiş XX-ЖГ № 432451 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 02 iyul 1997-ci il tаriхdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 16 avqust 1997-ci 1398 № ilə qeyd edilmişdir. X1, anası Ərizəçidır. - 57 saylı MKİS-nin 24.09.2020-ci il tarixli 417 saylı arayışından görünür ki, Ərizəçi Qara Qarayev küçəsi, ev 83, mənzil 34 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər Poliklinikasının 26 noyabr 2019-cu il tarixli 522 saylı arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, mənzil 80-də yaşayan 1997-ci il təvəllüdlü X7 2015-ci ildən “İmbesillik dərəcəsində ağıl kəmliyi, kobud nitq və davranış pozuntuları ilə” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatdadır və İ qrup əlildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 7 Saylı Tibbi Sosial Ekspert Komissiyasının 02 iyul 2015-ci tarixli müayinə olunan şəxs barədə məlumatından görünür ki, X7 birinci qrup əlilldir, əlilliyin səbəbi ümumi xəstəlikdir. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Dianoz: uşaq serebral iflisci. Litti xəstəliyi. Spastik tetraparez, yerişin pozulması. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixatrik Ekspertizasının 18.01.2021-ci il tarixli 98 nömrəli rəyindən görünür ki, X4 ÜZVİ HALLÜSİNOZ (X2 kod F06.0) qeyd olunur. Bunu anamnestik məlumatlar-uşaqlıqdan nevroloji əlamətlərin qeyd olunması, bununla əlaqədar nevroloji klinikalarda müalicə olunması, uşaq yaşlarından hallüsinator pozuntuların özünü büruzə verməsi, bununla əlaqədar privat qaydada psixiatr tərəfindən uzun müddət müalicə olunması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-eşitmə və görmə hallüsinasiyaları haqqında məlumat verməyi, obyektiv olaraq hallüsinasiyaların təsiri altında olması təsəvvürü yaratması, maraq dairəsinin məhdudluğu, emosional reaksiyalarının sönüklüyü, öz məziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 02.07.1997-ci il təvəllüdlü X7 hər hansı bir psixi xəstəlikdən əziyyət çəkirmi? Cavab: X4 üzvi hallüsinoz qeyd olunur. 2-ci sual: Əgər 02.07.1997-ci il təvəllüdlü Əlipənahov Möhü )bət Akif oğlu hər hansı psixi xəstəlikdən əziyyət çəkirsə, öz hərəkətlərinir mənasını başa düşürmü və ya öz hərəkətləri faktiki xarakterini dərk etməklə onları idarə etmək iqtidarındadırmı? Cavab: X7 onda qeyd olunan psixi pozuntu nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. 3-cü sual: İkinci sualın cavabı baxımından 02.07.1997-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas varmı? Cavab: X6 psixi vəziyyətimi görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 02 iyul 1997-ci ildə Bakı şəhərində anadan olmuş X3 anadan gəlmə müddətsiz İ qrup əlildir. O, xəstəliyi ilə əlaqədar faktiki fəaliyyət qabiliyyətsiz olduğundan öz hərəkətlərinin mənasını dərk etmir. Belə ki, o, özünə baxıb, qulluq edə bilmir. Ona görə də, kənar şəxsin qulluğuna ehtiyacı var. Hesab edir ki, oğlu fəaliyyət qabiliyyətsiz hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Məhkəmə Psixatrik Ekspertizası tərəfindən X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə 18.01.2021-ci il tarixli 98 nömrəli rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan bacısı Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 02 iyul 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 02 iyul 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 3 ünvanında qeydiyyatda olan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X5 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-581/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-581/2021
02.04.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver