Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-590/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, 15.01.1979-cu il təvəlüdlü X3 onun oğludur. Oğlu anadangəlmə ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Belə kı, o, ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür. Kənar şəxsin daim, ümumi qulluğuna ehtiyacı vardır. Oğluna o, qulluq və nəzarət edir. Maddi imkanı olmadığına görə onun müalicəsi üçün ödənişlər etməkdə çətinlik çəkirə. Oğlunun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından, ona qulluq etməsinə görə pensiya ala bilmir. Habelə qəyyumu kimi onun adından çıxış edə bilmir. Qeyd olunanlara əsasən oğlu, 15.01.1979-cu il təvəlüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: 26 nömrəli Şəhər Poliklinikasından verilmiş 22 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsindəki 2561/67 saylı evdə yaşayan 15.01.1979-cu il təvəllüdlü X3 1994-cü il tarixdən “MSS üzvi xəstəliyi kəskin ağıl zəifliyi”diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və 1-ci qrup əlildir. Doğum haqqında şəhadətnamədən görünür ki, X3 15.01.1979-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur.X1 anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 15.02.2022-ci il tarixli 383 nömrəli ekspert rəyindən görünür ki, X3 hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15.01.1979-cu il təvəlüdlü X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.01.1979-cu il təvəlüdlü X3 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-590/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-590/2022
06.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver