Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-592/2020 10.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün 998 (doqquz yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 99 (doxsan doqquzı) manat dəbbə, cəmi 1097 manat, 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********28223 Samsung Galaxy A7 markalı telefon, Modem TP-Link üçün 845 (səkkiz yüz qırx beş) manat ödənilməmiş hissə, 84 (səksən dörd) manat dəbbə, cəmi 929 manat, ümumilikdə 2026 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2056 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********28223 Samsung Galaxy A7 markalı telefon, Modern TP-Link və Samsung markalı paltaryuyan almış və nəticədə 2026 (iki min iyirmi altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1083 (min səksən üç) manat (19 ay x 57manat + 0 manat ilkin ödəniş) olan 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı paltaryuyan üçün ümumilikdə, 1097 (min doxsan yeddi) manat olmaqla ondan, 998 (doqquz yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 171 manat (0.57 manat x 300 gün) hesablanmalı olmasına baxmayaraq,güzəşt olunaraq 99 (doxsan doqqazı)manat dəbbə; 13.12.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1069 (min altmış doqquz) manat (12 ay x 85 manat + 49 manat ilkin ödəniş) İMEİ **********28223 Samsung Galaxy A7markalı telefon, Modem TP-Link üçün ümumilikdə, 929 (altmış altı) manat olmaqla ondan, 845 (səkkiz yüz qırx beşş) manat ödənilməmiş hissə, cərimə 255 manat (0.85 manat x 300 gün) hesablanmalı olmasına baxmayaraq,güzəşt olunaraq 84 (səksən dörd) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 307 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli 00415347 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə, ümumi dəyəri 1083 manat olan Samsung markalı paltaryuyan almış və onu hissə-hissə olmaqla ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür və təhvil-təslim aktına əsasən əşyanı qəbul etmişdir. - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli 00415315 nömrəli müqavilə və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə, ümumi dəyəri 1069 manat olan Samsung Galaxy A7 markalı telefon və Modem TP-Link almış və onların məbləğini hissə-hissə olmaqla ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür və təhvil-təslim aktına əsasən əşyanı qəbul etmişdir. - Cavabdeh Maliyyə və Ödəniş Cədvəlindən görünür ki, onun 28 noyabr 2019-cu il tarixə, 13 dekabr 2018-ci il tarixli müqavilə üzrə 998 manat əsas borc, 99 manat dəbbə olmaqla, cəmi 1097 manat, 13 dekabr 2018-ci il tarixli digər müqavilə üzrə 845 manat əsas borc, 84 manat dəbbə olmaqla, cəmi 929 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 2026 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2018-ci il tarixli 00415347 nömrəli müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə, ümumi dəyəri 1083 manat olan Samsung markalı paltaryuyan almış və onu hissə-hissə olmaqla ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür və təhvil-təslim aktına əsasən əşyanı qəbul etmişdir. Bundan başqa, cavabdeh "xxxx" MMC ilə bağladığı 13 dekabr 2018-ci il tarixli 00415315 nömrəli müqaviləyə əsasən, ümumi dəyəri 1069 manat olan Samsung Galaxy A7 markalı telefon və Modem TP-Link almış və onların məbləğini hissə-hissə olmaqla ödəniş cədvəlinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür və təhvil-təslim aktına əsasən əşyanı qəbul etmişdir. Lakin Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı müqavilə üzrə götürsüyü öhdəliklərə əməl etməmiş, bununla bağlı iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına məhəl qoymamış, nəticədə iddiaçı banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki,13 dekabr 2018-ci il tarixli 00415347 nömrəli müqavilə üzrə 998 manat əsas borc, 99 manat dəbbə olmaqla, cəmi 1097 manat borc məbləği, 13 dekabr 2018-ci il tarixli 00415315 nömrəli müqavilə üzrə 845 manat əsas borc, 84 manat dəbbə olmaqla, cəmi 929 manat borc məbləği, hər iki müqavilə üzrə ümumilikdə 2026 manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMCyə ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13 dekabr 2018-ci il tarixli 00415347 nömrəli müqavilə üzrə 998 manat əsas borc, 99 manat dəbbə olmaqla, cəmi 1097 manat borc məbləği, 13 dekabr 2018-ci il tarixli 00415315 nömrəli müqavilə üzrə 845 manat əsas borc, 84 manat dəbbə olmaqla, cəmi 929 manat borc məbləği, hər iki müqavilə üzrə ümumilikdə 2026 manat borc məbləği və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-592/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-592/2020
10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver