Məhkəmə qərarları › İş №2(007)-595/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-595/2025

28.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-595/2025 28.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Bəhruz qızının katibliyi, İddiaçılar İddiaçı1 və X2, Cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdeh1ndə Notariat Ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdeh1ndə Notariat Ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış ünvan 1 ünvanı və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat bağlar ərazisi 2031 ünvanında 0,12 sot torpaq sahəsi miras qoyanın mülkiyyəyində və istifadəsində olmuş miras əmlakın İddiaçı1 və X3 tərəfindən qəbul müddətinin uzadılması, mirasın qəbul edilməsi, miras əmlaka payın müəyyən edilməsinə və buna dair vərəsəlik haqqında şəhadətnamənin verilməsini cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və iş üzrə hazırlıq iclası təyin edilmişdir.

İşdə iştirak edən tərəflər:

3. Məhkəmə iclasında iddiaçılar X3 və İddiaçı1 ərizə verərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etdilər.

4. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədilər.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254-cü, 255-ci, 161.0.1-261.0.3-cü və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3-cü maddəsinin tələbinə görə 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.

6. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarı:

“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişiklik edilərək, qərarın 5.1.2ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

9. Məhkəmə hesab edir ki, X2 və İddiaçı1 ərizəsi təmin edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

10. Beləliklə, işin məhkəmə baxışına hazırlanması mərhələsi olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə geri qaytarılmalıdır.

11. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən geri qaytarılmalıdır.

12. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzdən görünür ki, ("xxxx" ASC, VÖEN: **********, terminal nömrəsi: 562, PİN kod: **********404726, qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 14:02) görünür ki, hazırki iş üzrə iddiaçılar X3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

13. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və X2 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdeh1ndə Notariat Ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara büdcədən geri qaytarılmalıdır.

14. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci, 263-264-cü və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

İddiaçılar İddiaçı1 və X2 cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 5 saylı Bakı Cavabdeh1ndə Notariat Ofisinə, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakın qəbulu müddətinin uzadılması, mirasın qəbul edilməsi və miras əmlaka tam payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçılar X3 və İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, terminal nömrəsi: 562, PİN kod: **********404726, qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 14:02) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə təqdim olunduqdan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar