Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-599/2023 02.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil,, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ********* nömrəli şəxsiyyət vəsiqəsində yazılan X2, 315368 nömrəli doğum haqqında şəhadənaməsində yazılan X2, 357264 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədə yazılan X2, 813556 nömrəli ölüm haqqında şəhadənaməsində yazılan X2, ******* nömrəli hərbi biletdə yazılan X2, ******* nömrəli əmək kitabçasının ikinci bölməsində yazılan X2 əmək kitabçasının birinci bölməsində yazılan X1 eyni şəxs olması faktı müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, “DOST” mərkəzinə indi yox, məhkəmə qətnaməsi ilə ərizə təmin edildiyi təqdirdə, qətnamə və digər sənədləri təqdim etməklə müraciət edəcəkdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə3 etirazın dəlillərinə uyğun izahat verərək bildirdi ki, məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Bundan sonra isə ərizəçi hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi məqsədi ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, mülki işin materiallarını tədqiq edərək, belə hesab edir ki, iş kifayət qədər hazırlanmış hesab edilərək məhkəmə baxışına təyin edilə bilməz, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq ərizəçi müvafiq təşkilata sənəddə olan səhvlərin aradan qaldırılması ilə bağlı müraciət etməli, yalnız həmin təşkilat tərəfindən səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edildikdən, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirildikdən sonra hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxıla bilər. İş materialları ilə müəyyən edilir ki, ərizəçi mövcud uyğunsuzluqlarla bağlı müraciət etməmiş və hər hansı imtina və ya həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə cavab almamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, ərizəçiyə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün təqdim etdi mərhum əri X4 məxsus sənədlərdə (mərhumun adı xx.xx.2005-ci il tarixli AZE № 02291540 saylı şəxsiyyəti təsdiq edən sənəddə adı X5 qeyd edilməsinə baxmayaraq, xx.xx.1979-cu il tarixli MT-İ № ******* saylı əmək kitabçasının surətində X3 qeyd edilmişdir) uyğunsuzluq aşkarlanmışdır. Bildirilmişdir ki, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları”nın 3.2-ci maddəsinə əsasən onun ailə başçısını itirməyə görə əmək pensiyası hüquqununa qeyd olunanlarla bağlı uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar sənədi 3 saylı Bakı "DOST” Mərkəzinə təqdim etdikdən sonra baxıla bilər. Göründüyü kimi, iş üzrə maraqlı şəxs ərizəçinin mövcud məsələ ilə bağlı müraciət etməli olduğu orqanı göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6— 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Nəzərə alınmalıdır ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası MPM-nin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, nə qədər ki, ərizəçinin əmək kitabçasında olan olan səhvlərin aradan qaldırılması (düzəldilməsi) barədə müraciəti müvafiq orqan tərəfindən mövcud sənədlər əsasında araşdırılmamış və araşdırma üzrə hər hansı qərar qəbul edilməmişdir, o halda ərziəçinin hazırkı ərizəsinə məhkəmədə baxılmalı deyildir, iş məhkəmədə baxılmalı olmadığından icraata xitam verilməli, ona aidiyyəti orqana müraciət etməli olması ərizəçiyə izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 170.1, 261.0.1, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə dair mülki iş üzrə icraata, iş məhkəmədə baxılmalı olmadığından, xitam verilsin. Ərizəçi aidiyyəti orqana müraciət etməli olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-599/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-599/2023
02.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver