Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-619/2020 07.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 12.08.2017-ci il tarixli və 27.12.2017-ci il tarixli müqaviləsinə əsasən, Mebel dəsti və HOFFMANN LED markalı televizor almış və nəticədə 597 (beş yüz doxsan yeddi)manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.08.2017-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1788 manat olan Mebel dəsti üçün 159 manat olmaqla ondan, 145 manat ödənilməmiş hissə, 14 manat cərimə, 27.12.2017-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 844 manat olan HOFFMANN LED markalı televizor üçün 438 manat olmaqla ondan, 399 manat ödənilməmiş hissə, 39 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2088 manat təşkil edir. Cavabdeh 12.08.2017-ci il tarixli müqavilə üzrə aldığı İMEİ Kodu **********42051 Samsung Galaxy J5 markalı telefonun borc öhdəliyini icra etmişdir. Göstərilənlərə əsaən, 12.08.2017-ci il tarixli müqaviləsinə əsasən, Mebel dəsti üçün 145 (yüz qırx beş) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə. Cəmi 159 manat,27.12.2017-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN LED markalı televizor üçün 399 (üç yüz doxsan doqquz) manat ödənilməmiş hissə, 39 (otuz doqquz) cərimə olmaqla 438 manat, ümumilikdə 597 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 627 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Muradova Cavabdeh arasında bağlanmış 12 avqust 2017-ci il tarixli müqavilədən, ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 2620 manat olan mebel dəsti və Samsung Galaxy J5 2017 markalı əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0.1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Muradova Cavabdeh arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli müqavilədən, ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 844 manat olan HOFFMANN LED 40A3300 markalı əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0.1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 28 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12 avqust 2017-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 145 manat, cərimə borcu üzrə 14 manat olmaqla, ümumilikdə 159 manat, 27 dekabr 2017-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 399 manat, cərimə borcu üzrə 39 manat olmaqla ümumilikdə 438 manat borcu vardır. Hər iki müqavilə üzrə cəmi 597 manat borcu vardır. İşə əlavə olunmuş 31 oktyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 12 avqust 2017-ci il tarixli və 27 dekabr 2017-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 12 avqust 2017-ci il tarixli müqavilə üzrə 145 manat əsas borc, 14 manat cərimə borcu olmaqla, ümumilikdə 159 manat, 27 dekabr 2017-ci il tarixli müqavilə üzrə 399 manat əsas borc, 39 manat cərimə borcu olmaqla ümumilikdə 438 manat borc olmaqla, ümumilikdə 597 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-619/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-619/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver