Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-620/2020 08.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 24.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********48540 HTC Desire 12 plus markalı telefon almış və nəticədə 547 (beş yüz qırx yeddi) manat borc yaranmışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 575 manat (beş yüz yetmiş beş) (yəni 6 ay x 95 manat + 5 manat ilkin ödəniş), İMEİ Kodu **********48540 HTC Desire 12 plus markalı telefon üçün 547 (beş yüz qırx yeddi) manat olmaqla ondan 498 (dörd yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 171(yüz yetmiş bir) manat cərimə pulu (180 gün x 0.95 manat), (hər gün üçün ödənilməmiş məbləğin 1 % miqdarında cərimə pulu)hesablanmalı olmasına baxmayaraq, müştəriyə güzəşt olunaraq 49 (qırx doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 77 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən,24.02.2019cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********48540 HTC Desire 12 plus markalı telefon üçün 498 (dörd yüz doxsan səkkiz) manat ödənilməmiş hissə, 49 (qırx doqqıız) manat cərimə olmaqla, ümumilikdə 547 manat borc, 30 manat dövlət rüsumu, cəmi 577 manat Cavabdeh alınaraq «ABC Telekom» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2019-cu il tarixli, 00530980 nömrəli müqavilədən, ona əlavə olunmuş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 575 manat olan HTC Desire 12 plus markalı telefon satın almışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 28 noyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 24 fevral 2019-cu il tarixl müqavilə üzrə əsas borc üzrə 498 manat, cərimə borcu üzrə 49 manat olmaqla, ümumilikdə 547 manat borcu vardır. İşə əlavə olunmuş 10 oktyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 24 fevral 2019-cu il tarixli, 00530980 nömrəli nömrəli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 24 fevral 2019-cu il tarixli, 00530980 nömrəli müqavilə üzrə 498 manat əsas borc, 49 manat cərimə borcu olmaqla, ümumilikdə 547 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-620/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-620/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver