Məhkəmə qərarları › İş №2(007)-637/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-637/2021

08.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-637/2021 08.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızının, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun vəkili və nümayəndəsi Yolçı̇ yev Mübarı̇ z Xalı̇ d oğlunun iştirakları ilə, İddiaçı Xəlı̇ lova Elnurə Yaşar qızının cavabdeh Məmmədzadə Emı̇ l Telman oğluna qarşı “borc” tələbinə dair ilkin iddia ərizəsi, Məmmədzadə Emı̇ l Telman oğlunun cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızına qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xəlı̇ lova Elnurə Yaşar qızı cavabdeh Məmmədzadə Emı̇ l Telman oğluna qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 03.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə ödənilmiş 36600 manat vəsaitin Məmmədzadə Emı̇ l Telman oğlundan tutularaq Xəlı̇ lova Elnurə Yaşar qızına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 03.12.2016-cı il tarixində İddiaçı ilə Cavabdeh arasında 057026 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq 36600 (otuz altı min altı yüz) manat qarşılığında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətinə verilmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmiş sorğuda Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanındakı qeyri-yaşayış binası daşınmaz əmlakın dövlət reyestrində digər şəxsin adına qeydiyyata alınması bildirilmişdir. Sözü gedən qeyri-yaşayış binası İddiaçı sonra başqa şəxsə hansısa qanunsuz yollarla satılmışdır. İddiaçı dəfələrlə cavabdehlə əlaqə saxlayaraq ya ödənilmiş vəsaiti geri qaytarmasını, ya da sözügedən qeyri-yaşayış binasını qeyd-şərtsiz onun ixtiyarına verməsini tələb etmişdir. Lakin heç bir nəticəsi olmamışdır. Bu müddət ərzində iddiaçının cavan həyat yoldaşı vəfat etmiş və himayəsində qalan körpə ilə birlikdə düşdüyü ağır psixoloji vəziyyətdən çıxmağa çalışmışdır. Daha sonra Ruhid Əkbərov adlı vəkilə müraciət etsə də, həmin şəxs iddiaçının vəsaitini mənimsəyərək, böyük vaxt itkisinə yol vermişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında 03.12.2016-cı il tarixində notarial qaydada kredit müqaviləsi də bağlanmışdır. Lakin cavabdeh bu müqavilədən də irəli gələn öhdəlikləri yerinə yetirmir. Buradan açıq və aydın görünür ki, cavabdeh öz qanunsuz əməlləri ilə öhdəlikləri yerinə yetirməkdən yayınır. Nəticədə iddiaçıya 36 600 manat və 4 il ərzində aylıq minimum 1500 (min beş yüz) manat olmaqla, ümumilikdə 108 600 (yüz səkkiz min aİtı yüz) manat ziyan dəymişdir. İddiaçı Məmmədzadə Emı̇ l Telman oğlu cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızına qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlu ilə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızından 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Məmmədzadə Emı̇ l Telman oğluna ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızından tutularaq iddiaçı Məmmədzadə Emı̇ l Telman oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehə qarşı olan tələbini 03.12.2016-cı ildə bağlanan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısına dair formal müqavilə ilə əsaslandırmışdır. Belə ki, Məmmədzadə Emı̇ l Telman oğlu Zaur Əliyev adlı şəxs ilə razılaşaraq 03.12.2016cı ildə Zaurdan 25 000 (iyirmi beş min) ABŞ dolları borc pul almışdır. Həmin 25 000 ABŞ dolları pulun sənədləşdirilməsi üçün Zaur Əliyevin təkidi ilə Məmmədzadə Emı̇ l Telman oğlu ilə Xəlı̇ lova Elnurə Yaşar qızı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 25 000 (iyimi beş min) ABŞ dollar pulun guya İddiaçı tərəfindən Cavabdeh verildiyinə dair formal (uydurma) Kredit Müqaviləsi bağlanmışdır. Bu kredit müqavilənin etibarsız sayılması üçün Cavabdeh İddiaçı qarşı Binəqədi rayon Məhkəməsində iddia qaldırmış və hal-hazırda bununla bağlı həmin məhkəmədə hakim X8 icraatında e-2-(001)-6441/2020 saylı mülki iş üzrə icraat davam edir. Bundan başqa Zaur Əliyevin təkidi və tələbi ilə onun Cavabdeh verdiyi 25 000 ABŞ dolları borcun təminat altına alına bilməsi üçün yenə həmin tarixdə, yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini satın aldığını bildirmişdir. İddiaçı Nəsimi RPİ-nin 19-cu PŞ-ndə verdiyi izahatında Zaurun onun həyat yoldaşı olduğunu (əslində həyat yoldaşı deyil), bundan başqa 03.12.2016-cı il tarixində həm də Cavabdeh 25 000 ABŞ dolları verərək ondan ünvan 3 ünvanında yerləşən qeyriyaşayış sahəsini satın aldığını bildirmişdir. Belə çıxır ki, Xəlilova eyni gün Məmmədzadəyə həm 25000 ABŞ dollar borc pul verib, həm də 25 000 ABŞ dolları ondan mağazanı satın alıb. Bu fakt da Xəlilova eyni gün Məmmədzadə arasında olan 03.12.2016-cı il tarixli borc müqaviləsi və alqı-satqı müqaviləsinin tamamilə formal (uydurma) olduğunu təsdiq edir. Bunlardan başqa, Məmmədzadə 25000 ABŞ dolları pulu Zaur Əliyevdən alıb və həmin 25000 ABŞ dollarını Zaur Əliyevə 2018-ci ildə tam həcmdə geri qaytarıb. Bütün bunları şahidlər və Məmmədzadə ilə mərhum Zaur Əliyev arasındakı whatsapp mesajları da sübut edir. İddiaçı Zaur Əliyevin vəfatından (2019-cu ilin yanvar ayında vəfat edib) sonra Məmmədzadəyə qarşı Bakı şəhəri 14 Saylı tarixli İcra Qeydini göndərib və borc Cavabdeh tələb etdiyi kimi, həm də 03.12.2016-cı ildə yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanındakı qeyri-yaşayış sahəsinin 36600 manata İddiaçı satılmasına dair Cavabdeh ilə İddiaçı arasında formal alqı-satqı müqaviləsinin icrasını tələb edib. Bu durum belə Cavabdeh ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin formal xarakterdə olduğunu bir daha sübut edir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun vəkili və nümayəndəsi Yolçı̇ yev Mübarı̇ z Xalı̇ d oğlu məhkəməyə ərizə ünvanlayaraq Bakı şəhəri 14 Saylı Notariat Kontorunda 03.12.2016-cı ildə təsdiq olunmuş ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 31 kv.m olan qeyri-yaşayış sahəsinin 36 600 manata satıcı-Cavabdeh tərəfindən alıcı-İddiaçı satılması öhdəliklərini göstərən Alıq-satqı müqaviləsi ilə bağlı 36 600 (otuz altı min altı yüz) manat pulun alıcı tərəfindən satıcıya ödənildiyinə dair bank qəbzinin surəti və satıcı Cavabdeh həyat yoldaşı X1 bu alqı-satqıya razlıq verdiyinə dair notarial razılıq məktubunun surəti, həmin notariat kontorunda 03.12.2016-cı ildə təsdiq olunmuş borc verən-İddiaçı ilə borc alan-Cavabdeh arasında bağlanmış 25 000 (iyimi beş min) ABŞ dollar pulun borc verilməsi öhdəliklərini göstərən kredit müqaviləsi ilə bağlı 25 000 (iyimi beş min) ABŞ dolları pulun borc verən tərəfindən borc alana verildiyinə dair qəbzin surətinin təqdim edilməsini xahiş etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun vəkili və nümayəndəsi Yolçı̇ yev Mübarı̇ z Xalı̇ d oğlu məhkəməyə məlumat ünvanlayaraq qanunsuz olaraq Məmmədzadədən alınmış olan 5000 (beş min) ABŞ dollarının İddiaçı tutularaq Məmmədzadəyə geri ödənilməsini xahiş etmişdir. Məlumatda göstərilmişdir ki, cavabdeh İddiaçı həyat yoldaşı kimi təqdim etdiyi Zaurun vəfatından sonra E. Məmmədzadəyə Bakı şəhəri 14 Saylı Notariat Kontoru vasitəsi ilə 15.04.2020-ci il tarixli İcra Qeydini göndərib və borc verdiyini iddia etdiyi 25 000 ABŞ dollarını Cavabdeh tələb edib. İddia müddətinin tətbiqinə dair ərizə məhkəməyə təqdim olunub. Məlum olduğu kimi, 03.12.2016-cı il tarixli formal borc müqaviləsinin 2-ci bəndinə görə, iddiaçı həmin pulu cavabdehə ən son 03.06.2017-ci ildə qaytarmalı idi. 03.06.2017-ci il tarixindən 15.04.2020-ci il tarixinə qədər olan müddət 2 il 10 aydır. Cavabdeh Xəlilova bu 2 il 10 aylıq müddət ərzində 1 dəfə də olsun E. Məmmədzadəyə müraciət edərək həmin 25 000 ABŞ dollarını ondan tələb etməyib. Cavabdeh 25 000 ABŞ dollarını tamamilə ödədiyi Zaur Əliyevin 2019-cu ilin yanvar ayında vəfatından sonra cavabdeh Xəlilova bu formal müqavilə əsasında Məmmədzadəyə qarşı İcra Qeydini göndərmişdir. Bu durum da həmin borc müqaviləsinin formal (uydurma) olduğunu bir daha təsdiq edir. İddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 Saylı Notariat Kontorunda bağlanmış borc müqaviləsi formal (uydurma) əqd olduğu üçün etibarsızdır. Ona görə də həmin müqavilə əsasında Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən iddiaçı Cavabdeh 25 000 ABŞ dolları və 20 manat pulun tutulmasına dair 15.04.2020-ci il tarixli İcra Qeydi ləğv olunmalıdır. İddiaçı və Əliyev Zaurun qanunsuz birgə-hiyləli hərəkətləri səbəbi ilə Cavabdeh aldanmış və nəticədə ona xeyli miqdarda 5000 ABŞ doları maddi zərər dəymişdir. Belə ki, Zaur Əliyevin təkidi və tələbi ilə onun Cavabdeh verdiyi 25 000 ABŞ dolları məbləğində borcun təminat altına ala bilməsi üçün yenə həmin tarixdə, yəni 03.12.2016-cı ildə, yenə 14 Saylı Notariat Kontorunda Cavabdeh məxsus ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 36 600 manata İddiaçı satılmasına dair Cavabdeh ilə İddiaçı arasında formal alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı və Əliyev Zaurun qanunsuz birgə-hiyləli hərəkətləri səbəbi ilə Cavabdeh onlara haqları olmadığı halda 5000 (beş min) ABŞ faiz borcu ödəmişdir. Bu 5.000,00 (beş min) ABŞ dolları pul qanunsuz olaraq Məmmədzadədən alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızı ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddianı qəbul etmədiyini bildirdi və ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əgər Cavabdeh pulu Zaura veribsə, buna sübut gətirməli, bütün bunların cavabdeh tərəfindən işi uzatması ilə nəticələnmiş, himayəsində azyaşlı övladı olduğunu, ona baxmalı olduğunu, həyat yoldaşının 08.11.2018-ci il tarixdə vəfat etdiyini, 25000 ABŞ dolları pul verdiyini, bu günə həmin vəsaitin manata məzənnədə 36000 manat olduğunu, Binəqədi Məhkəməsində məsələnin mübahisələndirildiyini, heç bir ödəniş olunmadığını, pul tələbi ilə bağlı icra işi üzrə heç bir ödəniş edilmədiyini bildirdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun vəkili və nümayəndəsi Yolçı̇ yev Mübarı̇ z Xalı̇ d oğlu ilkin iddianı qəbul etmədiklərini, qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia tələbinin məzmununa uyğu izahat verərək ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Məmmədzadə Emı̇ l Telman oğlu arasında bağlanmış 03.12.2016-cı il tarixili kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Məmmədzadə Emı̇ l Telman oğluna 25 000 ABŞ dolları borc pul verilmiş, həmin borcun qaytarılması tarixi 03.06.2017ci il müəyyən olunmuşdur. - İddiaçı ilə Məmmədzadə Emı̇ l Telman oğlu arasında bağlanmış 03.12.2016-cı il tarixili, 057026 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Məmmədzadə Emı̇ l Telman oğlu 36600 (otuz altı min altı yüz) manat qarşılığında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri-yaşayış binası İddiaçı satılmışdır. - Nəsimi RPİ-nin 19-cu PŞ-in 18.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarından görünür ki, İddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun müəyyən edilərək barəsində qanuni tədbir görülməsini və ona dəyən maddi ziyanın ödənilməsində köməklik göstərilməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əmlak tələbi mülki xarakter daşıdığından ona mülki qaydada müraciət etmək hüququ olması izah edilməsi qərara alınmışdır. Həmin iş üzrə tərəflərin izahatları alınmışdır. Məmmədzadə Emı̇ l Telman oğlu izahatında müqavilənin bağlanılmasından bir il sonra Zaura olan borcunu ödəməsini və buna görə qeyri-yaşayış sahəsini qaynanası X2 adına keçirməsini bildirmişdir. İddiaçı 13.03.2020-ci il tarixli notariat qaydasında təsdiq edilmiş və Məmmədzadə Emı̇ l Telman oğluna ünvanlanmış ərizəsinin məzmunundan görünür ki, ərizəçi sonuncudan 03.12.2016-cı il tarixili kredit müqaviləsi üzrə 25 000 ABŞ dolları borcun qaytarılmasını, əks təqdirdə bununla bağlı icra qeydinin veriləcəyini bildirmişdir. - 15.04.2020-ci il tarixli icra qeydindən görünür ki, Bakı şəhəri 14 Saylı Notariat Kontoru Məmmədzadə Emı̇ l Telman oğlundan İddiaçı xeyrinə 25 000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını müəyyən olunmuşdur. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin 27.04.2020-ci il tarixli “İcraata başlamaq haqqında” qərarının və “Tələbin könüllü icrası haqqında” bildirişin sürətindən görünür ki, Məmmədzadə Emı̇ l Telman oğlundan İddiaçı xeyrinə 25 000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə icra sənədi üzrə icraata başlanılmış, tələbin 10 gün müddətində icrası edilməsi tələbkardan xahiş edilmişdir. - Bakı şəhəri Nizami rayon məhkəməsinin 22.10.2020-ci il tarixli “Borclunun məcburi gətirilməsi barədə” qərarından görünür ki, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ- 4505 nömrəli, 15.04.2020-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü, ünvan 6 ünvanında qeydiyyatda olan Cavabdeh Nizami rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır.. - 29.07.2020-ci il tarixli icraata xitam verilməsi haqqında Qərardan görünür ki, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, 15.04.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İcra haqqında" Azərbaycan Respublikası Qanununun: 6.1-6.1.9-cu maddələrinə əsasən, notariusun icra qeydləri icra sənədi sayılır. 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. 20.5-ci ci maddəsinə görə tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən olundu ki, 03.12.2016-cı il tarixində İddiaçı ilə Cavabdeh arasında notarial qaydada sonuncuya 25 000 ABŞ dolları borc verilməsinə dair kredit müqaviləsi və həmin gün kredit müqaviləsinin təminatı ilə bağlı tərəflər arasında 057026 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanaraq 36600 manat qarşılığında Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 5A ünvanında yerləşən ümumi sahəsi 31.1 kv/m olan qeyri-yaşayış binasının İddiaçı satılmasına dair tərəflər arasında razılıq əldə olunmuşdur. Həmin kredit müqaviləsində borcun qaytarılması tarixi 03.06.2017-ci il müəyyən olunmuşdur. Kredit müqaviləs üzrə Bakı şəhəri 14 Saylı Notariat Kontoru tərəfindən 15.04.2020-ci il tarixli icra qeydi verilmişdir. Bu icra qeydinə əsasən, Məmmədzadə Emı̇ l Telman oğlundan İddiaçı xeyrinə 25 000 ABŞ dolları borc pul və 20 manat məbləğində dövlət rüsumunun tutulmasını müəyyən olunmuşdur. 27.04.2020-ci il tarixli qərarla icra sənədi üzrə “İcraata başlama haqqında” qərar verilmiş və borcun könüllü olaraq icra edilməsi ilə bağlı borcluya bildiriş göndərilmişdir. 07.10.2020-ci il tarixli qərarla borclu Məmmədzadə Emı̇ l Telman oğlunun məcburi gətirilməsi müəyyən olunmuş, həmin borcla bağlı İddiaçı müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin 18.05.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Qərarı ilə müraciət mülki xarakter daşıdığından cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Zaur Həmzəyevin 29.07.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarına əsasən, Bakı Şəhəri 14 saylı Notariat Kontorunun 8İ-4505 nömrəli, 15.04.2020-ci il tarixli icra sənədi üzrə icraata Məmmədzadə Emı̇ l Telman oğlu tərəfindən borc tam şəkildə təmin olunması əsası ilə xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırda məhkəmədə mübahisələndirilən borc məbləği və həmin borcla bağlı kredit müqaviləsi üzrə icra qeydi olan icra sənədi verilmiş, bu icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı tədbirlər görülmüş və nəticədə icra icraatına xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddiaçı tərəfindən icra sənədi üzrə borclu Məmmədzadə Emı̇ l Telman oğlundan yenidən həmin borcun tələb edilməsinə dair iddia qaldırılmışdır ki, bu hal da həmin tələbin mülki icraat qaydasında baxılmasını və eyni məsələ ilə bağlı qərar qəbul edilməsini mümkünsüz edir. Məhkəmə belə qənaətə gəlir ki, göstərilənlərə əsasən Xəlı̇ lova Elnurə Yaşar qızı cavabdeh Məmmədzadə Emı̇ l Telman oğluna qarşı “03.12.2016-cı il tarixli kredit müqaviləsi üzrə 36600 manat vəsaitin Məmmədzadə Emı̇ l Telman oğlundan tutulması” barədə ilkin iddia tələbi təmin edilməməli, ilkin İddiaçı icra sənədinin nəticəsindən narazı olduğu halda icranın nəticəsindən şikayət vermək hüququnun olması izah edilməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun Xəlı̇ lova Elnurə Yaşar qızına qarşı “Məmmədzadə Emı̇ l Telman oğlu ilə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızı arasında 03.12.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması” tələbinə münasibətdə bildirir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, kredit müqaviləsi 03.12.2016-cı il tarixdə bağlandığı halda Məmmədzadə Emı̇ l Telman oğlu məhkəməyə 13.08.2021-ci il tarixində müraciət etmişdir. Göründüyü kimi Məmmədzadə Emı̇ l Telman oğlu öz hüququnun pozulduğunu bildiyi andan əqdin etibarsızlığı nəticələri ilə bağlı bir il müddəti ötürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, Məmmədzadə Emı̇ l Telman oğlu “Məmmədzadə Emı̇ l Telman oğlu ilə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması” tələbi ilə məhkəməyə müraciət edərkən, qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.12.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Bundan əlavə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlu qarşılıqlı iddia ərizəsində, məhkəməyə təqdim edilmiş yazılı müraciətlərində və məhkəmə iclaslarında kredit müqaviləsi üzrə borc götürməsini, həmin borcu iddiaçının yoldaşı Zaur adlı şəxsə ödəməsini bildirdiyi halda həmin müqaviləni sonradan məhkəmə qaydasında etibarsız hesab edilməsini irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun Xəlı̇ lova Elnurə Yaşar qızına qarşı qarşılıqlı iddia tələbinin avol̇ıləX“ Elnurə Yaşar qızından 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Məmmədzadə Emı̇ l Telman oğluna ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin tuttulması” hissəsi ilə bağlı bildirir ki, həmin tələb “Məmmədzadə Emı̇ l Telman oğlu ilə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızı arasında 03.12.2016-cı il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması” tələbindən törəmə tələb olduğundan qarşılıqlı iddianın əsas hissəsi təmin olunmadığı üçün bu hissəsi də təmin olunmamalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızının “03.12.2016-cı il tarixli borc müqaviləsi üzrə ödənilmiş 36600 manat vəsaitin Məmmədzadə Emı̇ l Telman oğlundan tutularaq Xəlı̇ lova Elnurə Yaşar qızına ödənilməsi” tələbinə dair ilkin iddia tələbi və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızına qarşı “Məmmədzadə Emı̇ l Telman oğlu ilə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızı arasında 03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızından 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Məmmədzadə Emı̇ l Telman oğluna ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızından tutulması” barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızının “03.12.2016-cı il tarixli müqaviləsi üzrə ödənilmiş 36600 manat vəsaitin Məmmədzadə Emı̇ l Telman oğlundan tutularaq Xəlı̇ lova Elnurə Yaşar qızına ödənilməsi” barədə ilkı̇ n ı̇ ddı̇ a tələbi təmin edilməsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı icra sənədinin nəticəsindən narazı olduğu halda icranın nəticəsindən şikayət vermək hüququnun olması izah edilsin. Xəlı̇ lova Elnurə Yaşar qızı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədzadə Emı̇ l Telman oğlunun “03.12.2016-cı il tarixində Bakı şəhəri 14 saylı Notariat Kontorunda bağlanmış uydurma borc müqaviləsinin etibarsız sayılması, vurduğu maddi zərərin ödənilməsi üçün cavabdeh Xəlı̇ lova Elnurə Yaşar qızından 5000 ABŞ dolları pul vəsaitinin tutularaq Məmmədzadə Emı̇ l Telman oğluna ödənilməsi, vəkilə ödənilən 400 manat hüquqi xidmət haqqı və 30 manat dövlət rüsumu olmaqla, cəmi 430 manat vəsaitin tuttulması” tələbinə dair qarşılıqlı ı̇ ddia ibələṫ təmin edilməsin. İddiaçı və Məmmədzadə Emı̇ l Telman oğlu tərəfindən hər biri tərəfindən ayrıayrılıqda ödəm ödənilmiş 30 manat dövlət rüsumu onlara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar