Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-643/2020 08.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 04.12.2017-ci il, 29.09.2018-ci il tarixli müqavilələrinə əsasən İMEİ kod **********80708 Samsung Galaxy A3 və İMEİ kod **********79751 Samsung Galaxy A6 markalı telefonlar almış və nəticədə 915 (doqquz yüz on beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 04.12.2017-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 960 (doqquz yiiz altmış) manat (24 ay x 40 manat + 0 ilkin ödəniş) olan İMEİ kod **********80708 Samsung Galaxy A3 markalı telefon üçün ümumilikdə 44 (qırx dörd) manat olmaqla, ondan 40 (qırx) manat ödənilməmiş hissə, 12 manat (0.40 manat x 30 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş4 (dörd) manat cərimə pulu borcu yaranmışdır 29.09.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1058 (min əlli səkkiz) manat (24 ay x 44 manat + 2 manat ilkin ödəniş) olun İMEİ kod **********79751 Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə871 (səkkiz yiiz yetmiş bir) manat olmaqla, ondan 792 (yeddi yüz doxsan iki) manat ödənilməmiş hissə, 105 manat (0.44 manat x 240 gün) cərimə hesablanmalı olmasına baxmayaraq güzəşt olunmuş79 (yetmiş doqquz) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1186 manat təşkil edir. Müqaviləyə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmimlə mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 04.12.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********80708 Samsung Galaxy A3 markalı telefon üçün 40 (qırx) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu borcu, 29.09.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********79751 Samsung Galaxy A6 markalı telefon üçün 792 (yeddiyiiz doxsun iki) manat ödənilməmiş hissə, 79 (yetmiş doqquz) manat cərimə pulu borcu olmaqla, ümumilikdə 915 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 945 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmsaını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 04 dekabr 2017-ci il tarixli, 312378 nömrəli müqavilədən, ona əlavə olunmuş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 960 manat olan Samsung Galaxy A3 2017 DS (SM-A320) markalı əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0.1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 sentyabr 2018ci il tarixli, 00315218 nömrəli müqavilədən, ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1058 manat olan Samsung Galaxy A6 2018 DS (SM- A600) markalı əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0.1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 06 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 dekabr 2017-ci il tarixli-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 40 manat, cərimə borcu üzrə 4 manat olmaqla, ümumilikdə 44 manat, 29 sentyabr 2018-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 792 manat, cərimə borcu üzrə 79 manat olmaqla ümumilikdə 871 manat borcu vardır. Hər iki müqavilə üzrə cəmi 915 manat borcu vardır. İşə əlavə olunmuş 06 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 04 dekabr 2017-ci il tarixli və 29 sentyabr 2018-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 04 dekabr 2017-ci il tarixli müqavilə üzrə 40 manat əsas borc, 4 manat cərimə borcu olmaqla, ümumilikdə 44 manat, 29 sentyabr 2018-ci il tarixli müqavilə üzrə 792 manat əsas borc, 79 manat cərimə borcu olmaqla ümumilikdə 871 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-643/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-643/2020
08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver