Məhkəmə qərarları › İş №2(007)-645/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-645/2021

18.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-645/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Abdullayev Rafiq Nimət oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, X2nun qanun üzrə yeganə vərəsəsidir. X2 anası X10 ilə 1996-cı ildə boşanmışdır. Ona bu yaxınlarda məlum olmuşdur ki, atasının adına Bakı şəhərində Sabunçu rayonunda Pirşağı qəsəbəsi 87 saylı bağ sahəsində 0,0600 ha torpaq sahəsi vardır. X2 13 mart 2010-cu il tarixdə vəfat etmişdir. Bununla əlaqədar o 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi rəsmi məktubla bunu təsdiq etmişdir. O cavabdehə bu barədə rəsmi müraciət etmiş və vərəsəlik şəhadətnaməsi almasını xahiş etmişdir. Lakin cavabdeh müddətin keçməsi ilə əlaqədar ona imtina məktubu vermişdir. Hesab edir ki, onun tərəfindən iddia müddəti pozulmamışdır və atasının mirası barədə məlumat alan kimi dərhal notariusa müraciət etmişdir. Ona görə də xahiş edir ki, buraxılmış müddət üzürlü sayılaraq bərpa olunmalıdır. Qeyd olunanlara əsasən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbinin qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı mirasın qəbulunu üzürlü səbəblərdən ötürdüyünü bildirsə də bunu təsdiq edən sübut təqdim etməmişdir.Ona görə də iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, subaydır, ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Pirşağı qəaəbəsi, 87 saylı bağ sahəsi X6 xüsusi mülkiyyətindədir. Torpaq sahəsi X6 adına 02.08.2016-cı il tarixdə ********** nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan XVİİ-JQ seriyalı 314265 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X9, ana qrafasında isə X10 qeyd edilmişdir. İş materiallarında olan İİ-JQ seriyalı 318145 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X10 arasındakı nikah pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 08.06.1996-cı il tarixdə 168 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinin 28.09.220-ci il tarixli məktubundan görünür ki, X6 adına Bakı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 87 saylı bağ sahəsində yerləşən 0.0600 ha torpaq sahəsi qeydə alınmışdır və hazırda adındadır. Digər ərazi idarələri üzrə mərhum X6 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Ofisinin ərizəçiyə ünvanlanmış 1139 nömrəli 19.08.2020-ci il tarixli sorğuya cavab məktubundan qeyd olunur ki, 13.03.2010-cu il tarixdə vəfat etmiş mərhum X6 Qanun üzrə vərəsəsi kimi tanınaraq onun miras əmlakına dair şəhadətnamənin verilməsinə dair 19.08.2020-ci il tarixli müraciətinizə baxılmışdır.Vərəsə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən miras onun açıldığı gündən altı ay ərzində qəbul edilə bilər. Vərəsəliyin qəbulu müddətini itirdiyiniz üçün Sizə onun qanun üzrə vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməsi mümkün deyildir. Bu məsələ ilə əlaqədar Sizə buraxılmış müddətin bərpası üçün mərhumun sonuncu yaşayış yeri üzrə məhkəməyə müraciət etməniz tövsiyyə olunur. İş materiallarında olan AZ-İ seriyalı 821053 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 13.03.2010-cu il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında qeydlər kitabında 08.04.2010-cu il tarixdə 356 nömrə ilə qeydiyyat aparılmışdır. Ölümün səbəbi qaraciyər çatışmazlığı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa,uzada bilər.Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından görünür ki, mərhum X9 iddiaçının doğma atasıdır. X9 13.03.2010-cu il tarixdə vəfat etmişdir. Ondan Bakı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 87 saylı bağ sahəsində yerləşən 0.0600 ha torpaq sahəsi miras qalmışdır. İddiaçı 13.03.2010-cu ildə Bakı şəhərində ölmüş X6 qanun üzrə birinci növbəli vərəsəsi iddiaçıdır. İddiaçı mərhum atasından qalmış Bakı Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 87 saylı bağ sahəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Ofisinə müraciət etsə də, Notariat Ofisi 1139 nömrəli 19.08.2020-ci il tarixli məktubla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mirasın qəbulu barədə ərizə üzürlü səbəblərdən gec verilmişdir. Belə ki, iddiaçının atasının mülkiyyətində əmlakın olub-olması barədə məlumatı olmamışdır. Çünki anası ilə atası ayrılanda iddiaçının 4 yaşı var idi. X2 rəhmətə gedəndə iddiaçının 18 yaşı olub. Odur ki, iddiaçı atasından ayrı yaşadığından onun əmlakı barədə məlumtı olmamışdır. Ona görə də, müddət üzürlü səbəbdən buraxmışdır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, 13 mart 2010-cu il tarixdə vəfat etmiş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia təmin olunsun. 13 mart 2010-cu il tarixdə vəfat etmiş X5 qalmış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət İddiaçı münasibətdə uzadılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar