Məhkəmə qərarları › İş №2(007)-646/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-646/2020

08.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-646/2020 08.01.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFMANN X PLAY markalı telefon və 2 ədəd X1 almış və nəticədə 473 (dörd yüz yetmiş üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 540 (beş yiiz qırx)manat (18 ay x 30 manat + 0 manat ilkin ödəniş) olan2 ədəd HOFMANN X PLAY markalı telefon üçün ümumilikdə, 407 (dörd yüz yeddi)manat olmaqla ondan, 370 (üç yüz yetmiş)manat ödənilməmiş hissə, 99 manat (0.30 manat x 330 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə; 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 72 (yetmiş iki) manat (12 ay x 6 manat+ 0 manat ilkin ödəniş) 2 ədəd X1 üçün ümumilikdə, 66 (altmış altı) manat olmaqla ondan, 60 (altımış)manat ödənilməmiş hissə, 25 manat (0.06 manat x 420 gün) hesablanmalı olmasına baxmayaraq, güzəşt olunaraq 6 (altı)manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 182 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd HOFMANN X PLAY markalı telefon üçün 370 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə; 31.07.2018-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd X1 üçün 60 (altmış) manat ödənimləmiş hissə, 6 (altı) manat cərimə, ümumilikdə 473 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 493 manatın Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2018-ci il tarixli, K00234133 nömrəli müqavilədən, ona əlavə olunmuş sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 612 manat olan HOFMANN X PLAY markalı 2 ədəd telefon və 2 ədəd X1 satın almışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0.1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 06 dekabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 31 iyul 2018-ci il tarixli, K00234133 nömrəli müqavilə üzrə əsas borc üzrə 430 manat, cərimə borcu üzrə 43 manat olmaqla, ümumilikdə 473 manat borcu vardır. İşə əlavə olunmuş 06 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 31 iyul 2018-ci il tarixli, K00234133 nömrəli müqavilə əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 31 iyul 2018-ci il tarixli, K00234133 nömrəli müqavilə üzrə 430 manat əsas borc, 43 manat cərimə borcu olmaqla, ümumilikdə 473 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar