Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-651/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X10 Mirzəyevin sədrliyi X4 Qurbanovun katibliyi Cavabdeh, onun vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 28 aprel 2022-ci il tarixli iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil3 iddia tələbi onunla əsaslandırmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxsin atası X7 31.08.2021-ci il tarixdə vəfat edib. O, sağlığında öz xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini iddiaçıya verilən etibarnamə əsasında cavabdehə bağışlayıb. Bununla bağlı 05.02.2021-ci il tarixli bağışlama müqaviləsi bağlanıb və həmin müqavilə Bakı şəhəri, 9 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilib, reyestrdə 4Ə-94 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilib. Həmin müqaviləni mərhumun nümayəndəsi qismində onun adından iddiaçı imzalayıb.Bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində 17.02.2021-ci ildə, ********** nömrə ilə cavabdehin adına dövlət qeydiyyatına alınıb və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Yaşayış sahəsi cavabdehin adına dövlət qeydiyyatına alındıqdan 8 gün sonra - 25.02.2021 -ci ildə Bakı şəhəri 50 saylı notariat ofisində reyestrdə 4-Ə345 nömrə ilə təsdiq edilən müqavilə əsasında real bazar qiyməti 90.000 manat olan həmin yaşayış sahəsi cavabdeh tərəfindən Bakı şəhər sakini X5 içərisində olan əşyalarla birlikdə 74.000 manata satılıb. Mərhum mülkiyyətində olan mənzili cavabdehə azyaşlı övladı ilə birlikdə daimi yaşaması şərti ilə bağışlasa da və cavabdeh də həmin şərtlə razılaşsa da, bağışlama müqaviləsindən bir neçə gün sonra cavabdeh mənzili dəyər-dəyməzinə ucuz satıb pulunu israf edərək, azyaşlı uşağı ilə birlikdə kirayəyə götürdüyü müxtəlif evlərdə yaşamağa başlayıb. Bununla da cavabdeh sağlığında mərhumu və iddiaçını aldadaraq onunla bağışlama müqaviləsi bağlamağa, onun mülkiyyətində olan mənzili öz mülkiyyətinə keçirərək israfedici niyyətini həyata keçirməyə nail olub. Təbii ki, mərhum cavabdehin niyyətindən qabaqcadan məlumatı olsaydı o, heç zaman mülkiyyətində olan mənzili satıb pulunu israf etmək üçün cavabdehə bağışlamazdı. Beləliklə də hesab edir ki, Bakı şəhəri 9 saylı notariat ofısnin notariusu tərəfindən təsdiq edilərək, reyestrdə 4Ə-94 nömrə ilə qeyd edilən, mərhum X7 ilə cavabdeh arasında bağlanan və reyestrdə 40-94 nömrə ilə qeyd edilən 05.02.2021-ci il tarixli bağışlama müqaviləsi və bu müqavilənin doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab edilməlidir. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İddiaçı iddia tələbini onunla əsaslandırmağa çalışır ki, atası X8 31.08.2021-ci il tarixdə vəfat edib. O, sağlığında öz xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini cavabdehə bağışlayıb. Bununla bağlı X7 ilə cavabdehin arasında 05.02.2021-ci il tarixli bağışlama müqaviləsi bağlanıb və həmin müqavilə Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilən, reyestrdə 4Ə-94 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilib. Həmin müqaviləni X6 nümayəndəsi qismində onun adında İddiaçı imzalayıb. Sözügedən bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində 17.02.2021-ci il tarixdə, ********** nömrə ilə cavabdehin adına dövlət qeydiyyatına alınıb və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Yaşayış sahəsi cavabdehin adına dövlət qeydiyyatına alındıqdan 8 gün sonra - 25.02.2021-ci ildə Bakı şəhəri 50 saylı notariat ofisində reyestrdə 4-Ə345 nömrə ilə edilərək təsdiq edilən müqavilə əsasında real bazar qiyməti 90.000 manat olan həmin yaşayış sahəsi cavabdeh tərəfindən Bakı şəhər sakini X5 içərisində olan əşyalarda birlikdə 74.000 manata satılıb. Bununla da, cavabdeh mərhum atasını aldadaraq onun mülkiyyətində olan mənzili öz mülkiyyətinə keçirərək israfedici niyyətini həyata keçirməyə nail olub. Bu hal nəzərə alınmaqla X7 ilə Cavabdeh arasında 25.02.2021-ci il tarixdə bağlanan bağışlama müqaviləsi və bu müqavilənin doğurduğu bütün hüquqi nəticələr etibarsız hesab olunmalıdır. Hazırda qeyd edəcəklərinə əsasən hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilən qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.Bu maddənin tələblərindən də aydın olduğu kimi, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranan mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulan hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilib: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldıran şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunan zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Bu maddələrin tələbindən aydın olur ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, həmin müqavilə cavabdehin atası ilə bağlanıb və cavabdehin atası vəfat edib. Hazırkı iddia tələbini sağlığında X7 irəli sürə bilərdi ki, bu da artıq mümkün deyildir. Bütün qeyd edilən faktlar tam şəkildə sübuta yetirir ki, iddiaçı ərizəsində irəli sürdüyü tələbin qanuni əsaslarını göstərə bilməyib. Belə olan təqdirdə əgər iddiaçının ərizəsində qoyduğu iddia tələbinin qanuni əsası yoxdursa, iddia tələbi məhkəmə tərəfindən əsassız kimi qəbul edilməli və təmin edilməməlidir.İşin faktiki halları ondan ibarətdir ki, X8 31.08.2021-ci il tarixdə vəfat edib. O, sağlığında öz xüsusi mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini cavabdehə bağışlayıb. Bununla bağlı X7 ilə cavabdehin arasında 05.02.2021-ci il tarixli bağışlama müqaviləsi bağlanıb və həmin müqavilə Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilib, reyestrdə 4Ə-94 nömrə ilə qeyd edilib informasiya sisteminə daxil edilib. Həmin müqaviləni X6 nümayəndəsi qismində onun adında İddiaçı imzalayıb. Sözügedən bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətində 17.02.2021-ci il tarixdə, ********** nömrə ilə cavabdehin adına dövlət qeydiyyatına alınıb və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib. Yaşayış sahəsi cavabdehin adına dövlət qeydiyyatına alındıqdan 8 gün sonra - 25.02.2021-ci ildə Bakı şəhəri 50 saylı notariat ofisində reyestrdə 4-Ə345 nömrə ilə edilərək təsdiq edilən müqavilə əsasında Bakı şəhər sakini X2. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqları var.Bu maddədən də aydın olduğu kimi, X3 ilə Cavabdeh arasında bağlanan bağışlama müqaviləsi əsasında verilən yaşayış sahəsi barəsində Cavabdeh hər hansı sərəncam vermək hüququ sərbəstdir.Ona görə də hesab edir ki, iddiaçının iddia ərizəsində sözügedən bağışlama müqaviləsi əsasında Cavabdeh israfedici niyyətlə əmlakdan istifadə etməsini qeyd etməsi tamamilə cəfəngiyyatdır. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edirə ki, iddia təmin olunmasın. Cavabdeh da eyni məzmunlu izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: Bakı şəhəri 9 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilən, 4Ə-94 reyestr nömrəli 05.02.2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki,X7 öz mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini qızı Cavabdeh bağışlamışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki,X7 31.08.2021-ci il tarixdə vəfat edib. 50 saylı notariat ofisində rəsmiləşdirilmiş 25 fevral 2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini X1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Göründüyü kimi,bu və ya digər əqdin etibarsız hesab olunması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində olan hallardan biri baş verməlidir.İddiaçı əqdin etibarsızlığını onunla əsaslandırmışdır ki, cavabdeh mənzilə mülkiyyət hüquqi əldə etdikdən sonra onu qısa müddət ərzində ucuz qiymətə satmışdır. Halbuki qeyd edilən hal əqdin etibarsızlığına dəlalət edən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-349-cu maddələrində nəzərdə tutulan hallardan biri deyil və mülkiyyət hüququnun təməl prinsiplərini özündə əks etdirən,mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək, satmaq, bağışlamaq və hüquqları həyata keçirmək üçün qanunla verilən təminatdır. Bundan başqa,hazırkı iş üzrə iddiaçı bağışlama prosesində əvvəlki mülkiyyətçiniatasını təmsil etmiş və onun adından mübahisələndirdiyi əqdi imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinə əsasən əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Beləliklə,məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki,həmin sübutlar əsaslı şübhədən kənar sübutlar deyil və iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməsi üçün kifayət etmir. Ona görə də iddia təmin olunmamlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-651/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-651/2022
29.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver