Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-662/2022 18.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X11 Qurbanovun katibliyi, İddiaçılar İddiaçı1, X3, X5 və İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1,X9, X12 və İddiaçı2 15 saylı Notariat Odisinə qarşı mirasın qəbul eddilməsi müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və X9 X12,İddiaçı2 15 saylı Notariat Ofisinə qarşı mirasın qəbul etmə müddətinin uzadılması və miras əmlakın vərəsələr arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə də işə baxılarkən İddiaçı1, X9,X12 və İddiaçı2 birgə iddiaçılar qismində 15 saylı Notariat Ofisinə qarşı mirasın qəbul etmə müddətinin uzadılması barədə iddia qaldırmışlar. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini onunla əsaslandırdı ki, o və digər iddiaçılar 09.04.2021-ci il tarixdə vəfat edən mərhum X4 qanuni vərəsələridirlər. Belə ki, mərhum X10 ilə 17.09.1972-ci il tarixdə ailə qurub evləniblər. Onların rəsmi nikahı həmin tarixdə Lerik rayonu, Çayrud kənd sovetliyində 24 sayla qeydə alınıb. Birgə nikahlarından xx.xx.1974-cü il tarixdə İddiaçı3 Firuddin oğlu, 1975-ci ildə X13, xx.xx.1977-ci il tarixdə,İddiaçı2 Firudin qızı, xx.xx.1980-cı il tarixdə isə İddiaçı4 anadan olmuşlar. X13 24.12.2006-cı il tarixdə ürəyin işemik xəstəliyindən vəfat edib, X10 09.04.2021-ci il tarixdə vəfat edib.Ərinin vəfatından sonra onun mülkiyyətində olan daşınmaz əmlak ünvan 1 ünvanda olan ümumi sahəsi 69.1 kv.metr olan mənzil, Lada-1214 markalı **-MN-*** dövlət qeydiyyat nömrəli və HVUNDAİ SANTAFE markalı 99SE165 dövlət qeydiyyat nömrəli minik avtomobillər miras qalıb, mərhumun ölümündən sonra miras açılıb və faktiki olaraq o, İddiaçı1 qeyd olunan miras əmlakları qəbul edib, hazırda miras əmlakın yerləşdiyi ünvan 2 ünvanda yerləşən mənzildə yaşayır, qeyd olunan minik avtomobillərdən istifadə edir. Miras qoyanın ölümündən sonra qoymuş olduğu miras vərəsələr arasında bölünüb, vərəsəlik şəhadətnaməni almaq məqsədi ilə bütün vərəsələr o, cümlədən iddia ərizəsində əvvəllər cavabdeh kimi adı qeyd olunan İddiaçı4 çağırıb mirasın bölüşdürülməsi təklifim irəli sürüb. İddiaçı4 təklif olunan bölgü ilə razılaşmadığı üçün məhkəməyə müraciət etmişlər.Lakin məhkəmənin gedişində razılığa gəlmişlər ki,hamısı iddiaçı qismində çıxış etsinlər. Qeyd etmək istəyir ki, miras əmlakın vərəsələr arasında bölünməsi və vərəsəlik şəhadətnaməni almaq məqsədi ilə müvafiq sənədləri toplayıb, mirasın açıldığı yer Bakı şəhəri Nizami rayonu ərazisində fəaliyyət göstərən 15 sayla xüsusi notariat ofiinə müraciət etmişlər. Notariat ofisi sənədləri qəbul edib, 24.11.2021-ci il tarixli 1532 saylı məktubla onlara cavab vermişdir ki,09.04.2021-ci il tarixdə vəfat etmiş X4 adına olan miras əmlakın qəbul müddəti ötürülmüşdür. Bununla əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilib. Mərhumun ölümündən sonra onun dəfni, dəfn mərasimin keçirilməsi, qəbri düzəltdirmək, baş daşı qoymaq və sair işlərlə əlaqədar mirasın qəbulunun rəsmiləşdirilməsi ilə bağlı notariat ofisinə müraciət etməmişlər. Qeyd olunanlara əsasən X2 miras qalmış əmlakın qəbul etmə müddətinin ona, X6, X8 və İddiaçı2 münasibətdə uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir. Digər iddiaçılar X9,X12 və İddiaçı2 da oxşar məzmunlu izahatlar verərək iddianın təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs 15 saylı Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da nümayəndəsini məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatlarınıı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 09.04.2021-ci il tarixində vəfat etmişdir. Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 oğlu 24.12.2006-cı il tarixində vəfat etmişdir. DƏDRX-dən verilmiş ******* saylı çıxarışdan görünür ki,Bakı şəhəri Nizami rayonu, Bəhruz Nuriyev küçəsindəki 40 saylı evin 79 saylı mənzili mərhum X4 mülkiyyətində olmuşdur. Avtomobillərin qeydiyyat şəhadətnaməsindən görünür ki, Lada - 1214 markalı **- MN-*** dövlət qeydiyyat nömrəli və HVUNDAİ SANTAFE markalı 99SE165 dövlət qeydiyyat nömrəli minik avtomobillər mərhum X4 mülkiyyətində olmuşdur. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Şiləvər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 26 noyabr 2021-ci il tarixli arayışından görünür ki, 09.04.2021ci il tarixində vəfat etmiş X15 oğlunun aşağıdakı ailə üzvləri vardır:arvadı-İddiaçı1,oğlu- X9,qızı-İddiaçı2 Firuddin qızı,oğlu-İddiaçı4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşin hallarından görünür ki,mirasqoyan Muradov Firuddin Ağamməd oğlu 09.04.2021-ci il tarixində vəfat etmişdir.Hal-hazırda onun sağ qalmış 4 vərəsəsi vardır:arvadı-İddiaçı1,oğlu-X9,qızı-İddiaçı2 Firuddin qızı,oğlu-İddiaçı4. Miras əmlak Bakı şəhəri Nizami rayonu,Bəhruz Nuriyev küçəsindəki 40 saylı evin 79 saylı mənzili,Lada-1214 markalı **-MN-*** dövlət qeydiyyat nömrəli və HVUNDAİ SANTAFE markalı 99SE165 dövlət qeydiyyat nömrəli minik avtomobilləridir. Əvvəllər İddiaçı4 ilə digər vərəsələr arasında mirasın bölgüsü ilə bağlı mübahisə olsa da hazırda vərəsələrin hamısı mirasın qanunla müəyyən olunan qaydada bölüşdürülməsinə etiraz etmirlər.Bu səbəbdən bütün vərəsələr iddiaçı qismində 15 sayli Notariat Ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması ilə bağlı iddia qaldırmışlar. Məhkəmə mərhumun ölümündən sonra iddiaçıların dəfndə,digər mərasimlərdə iştirak etmələri ilə əlaqədar mirasın qəbulunun rəsmiləşdirməsinə təşəbbüs göstərmədiklərini,uzun müddətdir davam edən Covid-19 pandemiyası ilə əlaqədar bir çox ssosial-inzibati məhdudiyyətin davam etdiyini, eləcə də bütün vərəsələr arasında mirasın bölüşdürülməsi barədə yekdil razılığın olmasını nəzərə alaraq hesab edir ki,iddia təmin olunmaqla mirasın qəbulu müddəti iddiaçılara münasibətdə uzadılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 09.04.2021-ci il tarixdə vəfat etmiş X2 qalmış mirasın qəbulu müddəti onun vərəsələri İddiaçı1,X6, İddiaçı2 Firuddin qızına və İddiaçı4 münasibətdə uzadılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-662/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-662/2022
18.03.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver