Məhkəmə qərarları › İş №2(007)-671/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-671/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-671/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı icra ödənişi və hərracın keçirilməsi xərclərinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı icra ödənişi və hərracın keçirilməsi xərclərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15.08.2013-cü il tarixli 116083-1-8244 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 36 ay müddətinə illik 17 fazi hesablanmaqla 14644 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi 15.08.2013-cü il tarixli 116083-16-11626 saylı İpoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan “Kia Rio” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçını xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, “Avtomobil krediti müqaviləsi” üzrə üzərinə götürdüyü öhədlikləri lazımınca yerinə yetirməmiş və iddiaçı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-356/2015 saylı 03.02.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən 12540.06 ABŞ dolları məbləğində vəsaitin İddiaçı-yə ödənilməsi qət olunmuşdur. Tələb Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş “Kia Rio” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəlmişdir. Nəticədə qanunvericiliyin tələbinə əsasən iş icraya yönəldikdən sonra, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında hərrac keçirilmişdir və 76/03 saylı 29.11.2019-cu il tarixli hərracın yekunlarına dair protokoldan göründüyü kimi satışa çıxarılmış avtomobil, İddiaçı tərəfindən əldə edilmişdir. Bank tərəfindən 02.12.2019-cu il tarixində 48.62 manat və 270.13 manat, cəmi 312.81 manat vəsait avtomobilin hərrac xərcləri ödənilmişdir. Əlavə olaraq 05.12.2019-cu il tarixdə 446.25 manat icra ödənişi ödənilmişdir. Qanunvericiliyin təlıəbinə əsasən sözü gedən vəsaitlər borclu tərəfindən ödənilir. Qəbzlərdən göründüyü kimi, Cavabdeh yerinə banak tərəfindən vəsait ödənilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər borclu tərəfindən ödənilir. Göründüyü kimi cavabdeh öz öhdəliyini tam icra etməyib və İddiaçı-nin pul tələb hüququ yaranıb. Qeyd olunanlara əsasən Cavabdeh 312.81 manat məbləğində hərrac xidmət dəyəri, 446.25 manat icra ödənişi, cəmi 759.06 manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 05.12.2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəmənin depozitinə 446.25 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 02.12.2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı hərrac mərkəzinə 270.13 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 02.12.2019-cu il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı hərrac mərkəzinə 48.62 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 29.11.2019-cu il tarixli 76/03 saylı hərracın yekunlarına dair protokoldan görünür ki, Cavabdeh İddiaçı-nə olan borcu mülkiyyət hüququ əsasında ona məxsus olan və banka ipotekaya qoyulmuş “Kia Rio” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəlmişdir. Nəticədə qanunvericiliyin tələbinə əsasən iş icraya yönəldikdən sonra, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında hərrac keçirilmişdir və 76/03 saylı 29.11.2019-cu il tarixli hərracın yekunlarına dair protokoldan göründüyü kimi satışa çıxarılmış avtomobil,İddiaçı tərəfindən əldə edilmişdir. İş materiallarında olan 26.11.2019-cu il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan “Kia Rio” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin qiyməti 10000 manat olmaqla, 6375 manata satılmış,270.13 manat və 48.62 manat ödənişlər edilmişdir. İş materiallarında olan AC seriyalı 061749 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadıətnaməsindən görünür ki, “Kia Rio” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-356/2015 saylı 03.02.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən 12540.06 ABŞ dolları məbləğində vəsaiti İddiaçı-yə ödənilməsi qət olunmuşdur. İş materiallarında olan İddiaçı-nin pretenziya məktubundan görünür ki, borclu Cavabdeh borcu olması barədə məlumatlandırılmış, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı ona bildirilmişdir. İş materiallarında olan 06.10.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 -ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası “İcra haqqında” qanununun 79.1-ci maddəsinə əsasən İcra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin qanunun 79.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə, borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər aiddir. İşin hallarından görünür ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15.08.2013-cü il tarixli 116083-1-8244 saylı “Avtomobil krediti müqaviləsi”nə əsasən cavabdehə avtomobil satın alınması üçün 36 ay müddətinə illik 17 fazi hesablanmaqla 14644 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi 15.08.2013-cü il tarixli 116083-16-11626 saylı İpoteka müqaviləsinə əsasən cavabdehin mülkiyyətində olan “Kia Rio” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçını xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-356/2015 saylı 03.02.2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən 12540.06 ABŞ dolları məbləğində vəsaiti İddiaçıyə ödənilməsi qət olunmuşdur. Tələb Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş “Kia Rio” markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilinə yönəlmişdir. Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin sifarişi əsasında hərrac keçirilmişdir və 76/03 saylı 29.11.2019-cu il tarixli hərracın yekunlarına dair protokoldan göründüyü kimi satışa çıxarılmış avtomobil, İddiaçı tərəfindən əldə edilmişdir. Bank tərəfindən 02.12.2019-cu il tarixində 48.62 manat və 270.13 manat, cəmi 312.81 manat vəsait avtomobilin hərrac xidmət dəyəri ödənilmişdir. Əlavə olaraq 05.12.2019-cu il tarixdə 446.25 manat icra ödənişi ödənilmişdir. Göründüyü kimi, Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-356/2015 saylı 03.02.2015-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə ipoteka predmetinin satılması üçün keçirilmiş hərracla əlaqədar bank əlavə vəsaitlər xərcləmişdir.Həmin vəsaitlərin borcludan(cavabdehdən)tutulmasının hüquqi əsasları mövcuddur.Bu səbəbdən Məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 312.81 manat mıəbləğində hərrac xidməti dəyəri, 446.25 manat icra ödənişi, cəmi 759.06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 312.81 manat mıəbləğində hərrac xidməti dəyəri, 446.25 manat icra ödənişi, cəmi 759.06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar