Məhkəmə qərarları › İş №2(007)-671/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-671/2022

02.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-671/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması və aliment təyin edilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ : İddiaçı Cavabdeh qarşı alimentin artırılması və aliment təyin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 2012-ci ildə Cavabdeh ilə ailə münasibətlərinə daxil olaraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 13.08.2009-cu ildə X3 və 14.05.2012-ci ildə X7 adlı övladları anadan olub. Bərdə Rayon Məhkəməsinin 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə nikahlarının pozulması, uşaqların onun himayəsinə verilməsi və hər ay 13.08.2009-cu il təvəllüdlü X2 və 14.05.2012-ci təvəllüdlü X1 üçün hər birinə 70 manat olmaqla, cəmi hər ay 140 manat alimentin cavabdehdən alınıb ona ödənilməsi qət edilib. Bərdə rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədə qeyd olunan aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Hal hazırda ata evində yaşayır. Ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilib və 2022-ci ildə uşaqlar üçün 193 manat müəyyən edilib. Məhkəmə qərar qəbul eldiyi müddətdən indiyə qədər borclu alimenti vaxtı-vaxtında ödəmir. Məhkəmə qərarı çıxarılmış olsa da, məhkəmə qərarı icra olunmur. Belə olan halda isə o, övladları ilə çıxılmaz vəziyyətdə qalır, onların gündəlik tələbatını ödəyə bilmir. Xüsusi olaraq qeyd edir ki, 14.05.2012-ci il təvəllüdlü X6 nevroloji probləmlər var və mülamadi olaraq müalicələr alır. Özü heç bir yerdə işləmi. Uşaqların qayğısı ilə o, məşğul olur. Qeyd etdiyi səbəblərə görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət elmək məcburiyyətində qalmışdır.Qeyd olunanlara əsasən 13.08.2009-cu il təvəllüdlü X2 və 14.05.2012-ci təvəllüdlü X1 üçün müəyyən olunmuş alimentin artırılaraq hər ay hər uşağa görə 193 manat müəyyən edilməsi və 13.08.2009-cu il təvəllüdlü X2 və 14.05.2012-ci təvəllüdlü X1 üçün hər ay 193 manat olmaqla iki uşağa görə cəmi 386 manat aliment təyin olunması və cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(007)-2933/2017 saylı, 14 sentyabr 2017-ci il il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuş və birgə nikahdan doğulmuş 13.08.2009-cu il təvəllüdlü X2 və 14.05.2012-ci təvəllüdlü X5 anaları X4 himayəsində qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşağa görə 90 manat,cəmi 180 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu» haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün məbləğ 193 manat müəyyən edilmişdir. Məhkəmə birgə nikahdan doğulmuş və iddiaçı X4 himayəsində qalmış uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməklə, Bərdə Rayon Məhkəməsinin 2(007)-2933/2017 saylı, 14 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiaçı X4 xeyrinə tutulan aliment artırılmalı, tərəflərin birgə nikahından doğulmuş 13.08.2009-cu il təvəllüdlü X2 və 14.05.2012-ci təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddiaçı X4 xeyrinə hər ay hər uşağa görə 193 manat,cəmi 386 manat aliment tutulmalıdır. Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(007)-2933/2017 saylı, 14 sentyabr 2017-ci il il tarixli qətnaməsinə əsasən Cavabdeh iddiaçı X4 xeyrinə tutulan aliment artırılsın. Tərəflərin birgə nikahından doğulmuş 13.08.2009-cu il təvəllüdlü X2 və 14.05.2012-ci təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh X4 xeyrinə hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat aliment tutulsun.Qalan hissədə iddia təmin olunmasın Alimentin artırılmış miqdarı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar