Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-675/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Yalama kəndi ərazisində yerləşən, mərhum həyat yoldaşı X3 ölümündən sonra miras qalmış, onun və Cavabdeh ümumi birgə mülkiyyətində olan Daşınmaz Əmlaka Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı, xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.08 ha həyətyanı torpaq sahəsinin, Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı, ******* saylı xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.08 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 351,6 kv.metr sahəli fərdi yaşayış evinin, ** MZ *** nömrəli “X8” və ** GT *** nömrəli "Moskviç 2141 markalı avtomobillərin onun payı olan ½ hissəsinin naturada ayrılması, ona təhkim edilməsi və mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi, eləcə də ödənilmiş 100 manat məbləğində dövlət rüsumu pulunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ona məhkəməyə müraciət edilməmişdən qabaq pretenziya məktubunun gəlmədiyini, iddiaçının onunla heç bir danışıq aparmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı X4 məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirmə ərizəsində onun iştirakı olmadan iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərərk hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin, iddiaçı cavabdehə qarşı mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına əməl etməsinə, cavabdehə müraciət edib onunla razılığa gəlinməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı X1 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat məbləğində pul vəsaitinin əvəzi X2 tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 306, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi və naturada ayrılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Məhkəmə tikinti-texniki ekspertizalarına sərf olunmuş 50,00 manat məbləğində vəsait X2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) köçürülsün. Qərardad X4 tərəfindən xx.xx.2021-ci il tarixdə ********* saylı qəbz üzrə ödənilmiş 50 manat dövlət rüsumunun qaytarılması üçün əsasdır. İddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-675/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-675/2022
06.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver