Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-706/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59036 olan “Xiaomi Mİ A3” markalı telefon üçün 422,3 manat ödənilməmiş hissə, 42,7 manat cərimə, 20.08.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01694 olan “Samsung Galaxy A51” markalı telefon üçün 678,6 manat ödənilməmiş hissə, 67,4 manat cərimə və 08.09.2020-ci tarixli müqavilələrinə əsasən “Samsung LED” markalı televizor üçün 1737 manat ödənilməmiş hissə, 173 manat cərimə, ümumilikdə 3121 manat borc və 51,21 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 15.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59036 olan “Xiaomi Mİ A3” markalı telefon almış və nəticədə 465 manat, 20.08.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01694 olan “Samsung Galaxy A51” markalı telefon almış və nəticədə 746 manat və 08.09.2020-ci tarixli müqavilələrinə əsasən “Samsung LED” markalı televizor almış və nəticədə 1910 manat olmaqla ümumilikdə 3121 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 662,2 manat (14 ay x 47,3 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********59036 olan “Xiaomi Mİ A3” markalı telefon üçün ümumilikdə 465 manat olmaqla ondan 422,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 42,7 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 239,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 753,6 manat (18 ay x 40,2 manat + 30 manat ilkin ödəniş) İMEİ kodu **********01694 olan “Samsung Galaxy A51” markalı telefon üçün ümumilikdə 746 manat olmaqla ondan 678,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 67,4 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 75 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1822 manat (18 ay x 96,5 manat + 85 manat ilkin ödəniş) İMEİ kodu **********68835 olan “Samsung LED” markalı televizor üçün ümumilikdə 1910 manat olmaqla ondan 1737 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 173 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 85 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 15.02.2020-ci il tarixli, 20105042 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 662,2 manat “Xiaomi Mİ A3” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Həmçinin işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20.08.2020-ci il tarixli, 21092802 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 753,6 manat İMEİ kodu **********01694 olan “Samsung Galaxy A51” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.09.2020-ci il tarixli, 21149941 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1822 manat İMEİ kodu **********01694 olan “Samsung Galaxy A51” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 20 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15.02.2020-ci il tarixli il tarixli müqavilə üzrə 422,3 manat ödənilməmiş hissə, 42,7 manat cərimə pulu borcu, 20.08.2020-ci il tarixli müqavilə üzrə 678,6 manat ödənilməmiş hissə, 67,4 manat cərimə pulu borcu və 08.09.2020-ci il tarixli müqavilə üzrə 1737 manat ödənilməmiş hissə, 173 manat cərimə pulu borcu olmaqla ümumilikdə 3121 manat borc qalmışdır. İşə əlavə olunmuş 21.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 51,21 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 15.02.2020-ci il, 20.08.2020-ci il və 08.09.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 15.02.2020-ci il tarixli müqavilə üzrə əsas borc 422,3 manat, cərimə borcu üzrə 42,7 manat, 20.08.2020-ci il tarixli müqavilə üzrə əsas borc 678,6 manat, cərimə borcu üzrə 67,4 manat və 08.09.2020-ci il tarixli müqavilə üzrə əsas borc 1737 manat, cərimə borcu üzrə 173 manat olmaqla, ümumilikdə 3121 manat borcun və ödənilmiş 51,21 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-706/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-706/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver