Məhkəmə qərarları › İş №2(007)-715/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-715/2020

24.02.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-715/2020 24.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehlər Abdullazadə Əli Altay oğlunun, onun və Əsədullayeva Aidə Altay qızının vəkili və nümayəndəsi Əlirzayev Tahir Qafar oğlunun, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Zülfüqarova Yeganə Oktay qızının vəkili və nümayəndəsi Qənbərov Ziya Cavanşir oğlunun, ilkin iddia üzrə cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisinin vəkili Əliyev Eynar Arif oğlunun iştirakı ilə, İddiaçılar Abdullazadə Əli Altay oğlunun və Əsədullayeva Aidə Altay qızının cavabdeh Zülfüqarova Yeganə Oktay qızına və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “vərəsəlik hüququ üzrə mübahisələr” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Zülfüqarova Yeganə Oktay qızının cavabdehlər Abdullazadə Əli Altay oğlu və Əsədullayeva Aidə Altay qızına qarşı “mülkiyyət hüququndan istifadə edilməsi üçün maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Abdullazadə Əli Altay oğlunun və Əsədullayeva Aidə Altay qızının cavabdehlər Zülfüqarova Yeganə Oktay qızına və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 üzərində paylı mülkiyyət hüququ üzrə mərhum nənələri İsmayılova Aidə İsa qızının mülkiyyət hüququ olan iki otağına dair cavabdeh Zülfüqarova Yeganə Oktay qızına verilmiş 13 fevral 2013-cü il tarixli Vəsiyyətnamə üzrə verilmiş 19 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında cavabdeh Zülfüqarova Yeganə Oktay qızına AR İqtisadiyyat Nazirliyi yanında ƏMDKY DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mərhum nənələri İsmayılova Aidə İsa qızından miras qalmış Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3-də paylı mülkiyyət hüququ üzrə 2 otağına hər birinin 1/3 hissədə vərəsəlik hüququnun tanınması və ödənilmiş barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu Rüstəmov küçəsi ev 39, mənzil 3 üzərində mülkiyyət hüququ 1 otağı (17.0 kv.m) anaları Abdullayeva Gültəkin İsmayıl qızının qalan hissə (iki otağı) mərhum nənələri İsmayılova Aidə İsa qızının xüsusi mülkiyyətindədir. Onlar hər ikisi hazırkı ünvanda doğulmuşlar və hal hazıradək həmin mənzildə yaşayırlar. Mərhum nənələri İsmayılova Aidə İsa qızı vəfat etdiyi xx.xx.2019-cu il tarixədək onlarla birgə yaşamış və onlar nənələrinə baxmışlar və onun bütün ehtiyaclarını bir nəvə kimi qarşılamışlar. Nənələri vəfat etdikdən əvvəl də, vəfat etdikdən sonra da, hazırkı miras əmlakda yaşamaqla mirası faktiki qəbul elmişlər. Lakin, buna baxmayaraq mərhum nənələri İsmayılova Aidə İsa qızı 13 fevral 2013-cü ildə onların xəbəri olmadan, qeyri müəyyən şəraitdə Vəsiyyətnamə verərək ölən günədək ona məxsus olan , harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan Zülfüqarova Yeganə oktay qızına vəsiyyət etmişdir. Onların bundan yalnız cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması üçün müraciət etdikdən sonra onlara ünvanlanmış 20 noyabr 2019- cu il tarixli, 1719/2019 saylı məktubu aldıqdan sonra məlumatları olmuşdur. Nənələri vəfat etdikdən sonra miras əmlakı faktiki qəbul etməklə onu şəksiz idarə edirlər. Və mənzildən təyinatına uyğun olaraq istifadə edirlər. Bu məqsədlə bütün kommunal xidmət haqlarını onlar ödəyirlər. Cavabdeh Zülfüqarova Yeganə Oktay qızı yalnız vəsiyyətnamə almaqla kifayətlənmiş və miras əmlakda yaşamamaqla özünün faktiki qeydiyatda olduğu Bakı şəhəri, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də yaşayır. Bibiləri 02 iyul 2019-cu ildə notariat ofisinə təqdim etdiyi ərizəsində guya nənələrinin ölümündən 3 il əvvəldən ölən günədək, onun qulluğunda duraraq baxdığını, xəstəliyini müalicə etdirərək dəfn və hüzür mərasimlərinin icrasını öz üzərinə götürərək yerinə yetirdiyini qeyd etsədə, mərhum anasına baxmamışdır. Onun qulluğunda durmamışdır. Ölən günə yaxın qısa fasilələrlə qonşuluqda yaşasan bir tanışı ilə gəlib- getmişdir. Dəfni həyata keçirsə də hüzür mərasimi keçirilməmişdir. Çünki, həm bibiləri, həm onun həyat yoldaşı və həm də ətrafı bütövlükdə “vəhabi” təriqətinə əməl edirlər və onlar yas mərasimi keçirmirlər. Atası mərhum Abdullayev Altay Oqtay oğlu 18 may 2016-cı ildə xidmətdə olarkən Əfqanıstan Respublikası ərazisində qəzaya düşərək vəfat etmişdir. Nənələri isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada mirası faktiki qəbul etməklə yanaşı vaxtında cavabdeh Bakı şəhəri 52 saylı Notariat Ofisinə vərəsəlik işinin açılması üçün müraciət elmişlər və onlara 20 noyabr 2019-cu il tarixli imtina məktubu ilə cavabdeh Zülfüqarova Yeganə Oktay qızına vəsiyyətnamə verildiyindən onlara vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İddiaçı Zülfüqarova Yeganə Oktay qızı cavabdehlər Abdullazadə Əli Altay oğlu və Əsədullayeva Aidə Altay qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, qarşılıqlı iddiaçı Zülfıqarova Yeganə Oktay qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, m 3 ünvanının 2 y/otağına ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlər tərəfindən yaradılmış maneələrin özləri tərəfindən aradan qaldırılması və mənzilə aid açarın qarşılıqlı iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılqılı iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, m 3 ünvanının 2 y/otağına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə **********73- 05101-093047 nömrəli qeydiyyat nömrəsi ilə qeydə alınaraq, çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, m 3 ünvanının 2 y/otağı qarşılıqlı iddiaçının xüsusi mülkiyyətinə keçməsinə baxmayaraq qarşılıqlı iddiaçı xüsusi mülkiyyətindən istifadə edə bilmir. Çünki, ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlər Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, m 3 ünvanının açarını dəyişərək və qarşılıqlı iddiaçıya verməyərək, qarşılıqlı iddiaçının mənzilə girməyinə qanunsuz olaraq mane olurlar. İlkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlərlərin təqsiri üzündən qarşılıqlı iddia üzrə iddiaçı xüsusi mülkiyyətindən istifadə hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılılqı iddia üzrə cavabdeh Abdullazadə Əli Altay oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, anası Zemfira Gültəkin və Aida adlı xanım nənəsinə baxmışlar. Zemfira 2019-cu ilin martından may ayına kimi baxmışdır. Evin açarı ilə bağlı bildirdi ki, ev onlarındır. Kənar adamların ora daxil olmasını istəmirlər. Məhkəmə iclasında ilkin iddiaçıların vəkili və nümayəndəsi Əlirzayev Tahir Qafar oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdeh Zülfüqarova Yeganə Oktay qızının vəkili və nümayəndəsi Qənbərov Ziya Cavanşir oğlu qarşılıqlı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri 52 saylı notariat ofisinin vəkili Əliyev Eynar Arif oğlu ilkin iddianın təmin olunmamasını xahiş etdi və qarşılıqlı iddia ilə bağlı qərarı isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmənin əvvəlki iclaslarında şahid qismində iştirak etmiş Abdullayeva Gültəkin İsmayıl qızı ifadə verərək göstərmişdir ki, iddiaçıların anasıdır, mübahisəli mənzilə 92-ci ildə gəlin gəlmişdir. Uzun müddətdir ki uşaqları ilə həmin mənzildə yaşayır. Cavabdeh Yeganə Zülfüqarova onu baldızıdır. Aidə xanım xəstə olduğu zaman qızı Yegənə Zülfüqarova onu çağıraraq Aidə xanıma baxa bilmədiyini bildirmiş, ona baxması üçün bir adam tutmasını xahiş etmişdir. Onlar da Aidə xanıma baxmaq üçün qulluqçu tutmuşlar. Səhər saat 8-dən axşam saat 9-a kimi qulluqçu Aidə xanıma baxırdı. Yeganə xanım isə müəyyən müddətdən bir gəlibgedirdi. 2004-cü il tarixli qətnamə ilə həmin mənzilə istifadə hüquqları tanınmışdır. Şuşa rayon məhkəməsinin qərarı ilə evin bir otağı yoldaşına verilmişdir. 2019-cu ildə qaynansı öldükdən sonra isə notariusdan ona zəng etmişlər ki, baldızı Yeganə evi istəyir. Razindəki evi qardaşı onun adına almışdır. Ev qardaşınındır. Qarşılıqlı iddia tələbi ilə bağlı bildirdi ki, mübahisəli ev onlarındır. Kənar adamların ora daxil olmasını istəmirlər. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak etmiş Cəfərova Bənövşə Müzəffər qızı ifadə verərək göstərmişdir ki, 1996-cı ilə həmin evdə mənzil almış, orada yaşamışdır. Abdullayev Altay onun qonşusu, həmçinin xalası qızının sinif yoldaşı olmuşdur. Gültəkin xanım həmişə həmin mənzildə yaşamışdır. Qaynanası Aidə xanımı da tanıyırdı. Aidə xanımın vəziyyəti pisləşəndə dəfələrlə ona baş çəkmək üçün xəstəxanaya da getmişdir. 2019-cu ildə Aidə İsmayılova vəfat etmiş, hüzür verilməmişdir. Öləndən sonra mənzildə Gültəkin yaşayır. Yeganəni fərdi tanımıram gəlib-gedirdi. Gültəkin xanımın yas mərasimi keçirməsi barədə orada ay yarım olmadığım üçün xəbərim yoxdur. Məhkəmənin əvvəlki iclaslarında şahid qismində iştirak etmiş İsmayılova Nargilə İlyas qızı ifadə verərək göstərmişdir ki, 1992-1993-cü illərədən İsmayılova Aidənın yaşadığı mənzilin qonşuluğuna gəlin gəlmişdir. Onun uşaqları ilə Gültəkin Abdullayevanın uşaqları eyni məktəbdə təhsil almışlar. İndiyə kimi də həmin mənzildə yaşayırlar. Əvvəlcə Gültəkin Abdullayevanın yoldaşı Abdullayev Altay vəfat etdi, daha sonra isə Aidə İsmayılova vəfat etmişdir. Yeganə xanımı nadir hallarda həmin mənzildə görürdü. Eşitdiyinə görə Aida xanım evde vəfat etmışdir. Adətən işdə günün əksər hissəsini səhər 7-dən axşam 11-ədək işdə olduğundan yas mərasiminin keçirilməsindən xəbəri yoxdur. Məhkəmənin əvvəlki iclasılarında şahid qismində iştirak etmiş Abbasova Zemfira Vahid qızı ifadə verərək göstərmişdir ki, 2018-ci ildə Yeganə Zülfüqarova onu çağırmış və demişdir ki anasına baxa bilmir, anasına baxması müqabilində ona pul verəcəyini bildirdi. O, isə hər gün saat 8-dən, axşam saat 9-a kimi Yeganə Zülfüqarovanın anası İsmayılova Aidəyə baxırdı. İl yarım ona qulluq etmişdir. Arada 2019-cu ilin yanvar ayından martın ortasına kimi xəstəliyi ilə bağlı qulluq edə bilməmişdir. Ondan başqa Aida xanıma Gülnaz xanım da qulluq edirdi. O axşam 6-dan sonra gəlirdi. Onlardan başqa Aida adlı xanım da onlara köməklik edirdi. Gültəkin xanım və uşaqları orda yaşamırdı özlərinin Razindəki evində qalırdılar. Əli gəlib-gedirdi. Yeganə xanim tez-tez anasının yanına gəlib-gedirdi. Qulluq etməyə görə onlara haqqı Yeganə xanım verirdi. Yeganə xanım anasına Həzi Aslanovda yerləşən mərasim evində yas mərasimi keçirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 19 noyabr 2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 52 saylı notariat ofisində xx.xx.2013-cü ildə təsdiq edilən və reyestrdə 2V/01-22 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2019 tarixdə ölmüş İsmayılova Aidə İsa qızının vərəsəsi Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan Zülfüqarova Yeganə oktay qızıdır və o miras əmlakdan 1/1 (tam) hissədə irsalmalıdır. Şəhadətnamə verilən miras əmlak AR Bakı şənəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx/xx/1998-ci il tarixdə İsmayılova Aidə İsa qızına verilmiş 30/10064 qeydəalma nömrəsi ilə 130 inv nömrəli kitabın 21297-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən üzrə Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39 ünvanında yerləşən 3 nömrəli mənzilin paylı mülkiyyət üzrə 2 y/otağından ibarətdir. - AZ-İ 818213 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullayev Altay Oqtay oğlu 18 may 2016-cı il tarixdə ölmüşdür; - AZ-İİ 037116 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İsmayılova Aidə İsa qızı 22 may 2019-cu il tarixdə ölmüşdür; - AZ-İİ 191853 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullazadə Əli Altay oğlu 17 may 1997-ci il tarixdə doğulmuşdur. Atası Abdullayev Altay Oqtay oğlu, anası Abdullayeva Gültəkin İsmayıl qızıdır. - XİX-JQ 322690 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullayeva Aidə Altay qızı 28 iyul 1995-ci il tarixdə doğulmuşdur. Atası Abdullayev Altay Oqtay oğlu, anası Abdullayeva Gültəkin İsmayıl qızıdır. - AZ-İ 483475 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abdullayev Altay Oqtay oğlu ilə Hüseynova Gültəkin İsmayıl qızı 12 oktyabr 1994-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 ünvanının 1 otaq (17.0 kv.m) hissəsinə Abdullayeva Gültəkin İsmayıl qızının payı kimi 04 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 ünvanının 2 y/otağı Zülfiqarova Yeganə Oktay qızının adına 25 noyabr 2019-cu il tarixdə qeydə alınmışdır. - 13 fevral 2013-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, İamyılova Aidə İsa qızı ölən günədək ona məxsus olan, harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan Zülfüqarova Yeganə Oktay qızına vəsiyyət etmişdir. - AZ-T 090922 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abdullayeva Yeganə Oktay qızı 27 oktyabr 1961-ci il tarixdə doğulmuşdur. Atası Abdullayev Oktay Mustafa oğlu, anası İsmayılova Aidə İsa qızıdır. - İİİ-JQ 420049 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Zülfüqarov Bəhlul Sabir oğlu ilə Abdullayeva Yeganə Oktay qızı 31 avqust 1984cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2019-cu il tarili arayışdan görünür ki, Abdullayev Altay Oqtay oğlu 18 may 2016-cı il tarixdə ölmüşdür. - Bakı şəhəri icra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya MH, 135389 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İsmayılova Aidə İsa qızının adına 11 aprel 1998-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 xüsusi mülkiyyət hüququ üzrə İsmayılova Aidə İsa qızının adına 11 aprel 1998-ci il tarixdə qeydə alınmışdır. İsmayılova Aidə İsa qızı 13 fevral 2013-cü il tarixli vəsiyyətnamə ilə, ölən günədək ona məxsus olan, harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan Zülfüqarova Yeganə Oktay qızına vəsiyyət etmişdir. İsmayılova Aidə İsa qızı 22 may 2019-cu il tarixdə ölmüşdür. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 19 noyabr 2019cu il tarixli şəhadətnaməyə əsasən, İsmayılova Aidə İsa qızının vərəsəsi Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan Zülfüqarova Yeganə oktay qızıdır və o miras əmlakdan 1/1 (tam) hissədə irsalmalıdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 ünvanının 2 y/otağı Zülfiqarova Yeganə Oktay qızının adına 25 noyabr 2019-cu il tarixdə qeydə alınmışdır. Məhkəmə ilk olaraq ilkin iddianın “cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 üzərində paylı mülkiyyət hüququ üzrə mərhum nənələri İsmayılova Aidə İsa qızının mülkiyyət hüququ olan iki otağına dair cavabdeh Zülfüqarova Yeganə Oktay qızına verilmiş 13 fevral 2013-cü il tarixli Vəsiyyətnamə üzrə verilmiş 19 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.2-ci maddəsinə əsasən, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Məhkəmə yuxarıda qeyd olunan maddi normalarn tələblərindən çıxış edərək bildirir ki, miras qoyan İsmayılova Aidə İsa qızı 13 fevral 2013-cü il tarixli vəsiyyətnamə ilə, ölən günədək ona məxsus olan, harada və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Bakı şəhəri Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi ev 6, mənzil 1-də qeydiyatda olan Zülfüqarova Yeganə Oktay qızına vəsiyyət etmişdir. İş materiallarından görünür ki, miras qoyanın əmlakı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39 ünvanında yerləşən 3 nömrəli mənzilin paylı mülkiyyət üzrə 2 y/otağından ibarətdir. Belə olan halda məhkəmə qeyd edir ki, 13 fevral 2013-cü ildə təsdiq edilən vəsiyyətnaməyə əsasən 22 may 2019 tarixdə ölmüş İsmayılova Aidə İsa qızının vərəsəsi Zülfüqarova Yeganə oktay qızıdır və o miras əmlakdan 1/1 (tam) hissədə irsalmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçılar iddia tələblərini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsi 1252 maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Məhkəmə iddiaçının həmin normaya istinadının əsassız sayaraq qeyd edir ki, həmin maddənin tələbindən görünür ki, hazırki halda müəyyən olunmuşdur ki, İsmayılova Aidə İsa qızının oğlu Abdullayev Altay Oqtay oğlu mirasın açılmasında əvvəl, yəni 18 may 2016-cı il tarixdə ölmüşdür. Miras isə İsmayılova Aidə İsa qızının öldüyü tarixdə, yəni 22 may 2019cu il tarixdə açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Bundan başqa, ilkin iddia üzrə iddiaçılar onların nənələri İsmayılova Aidə İsa qızının əmlakından məcburi pay hüququ olduğunu bildirsə də, məhkəmə həmin dəlilləri əsassız sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Göründüyü kimi mirasdan məcburi pay almaq hüququ olan şəxslərin dairəsi konkret müəyyən olunmuşdur. Hazırki iddiaçılar isə həmin dairəyə aid deyildir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, idda tələbi “cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 üzərində paylı mülkiyyət hüququ üzrə mərhum nənələri İsmayılova Aidə İsa qızının mülkiyyət hüququ olan iki otağına dair cavabdeh Zülfüqarova Yeganə Oktay qızına verilmiş 13 fevral 2013-cü il tarixli Vəsiyyətnamə üzrə verilmiş 19 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi” hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi 19 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi hissəsində təmin olunmadığından, həmin şəhadətnamə əsasında cavabdeh Zülfüqarova Yeganə Oktay qızına AR İqtisadiyyat Nazirliyi yanında ƏMDKY DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mərhum nənələri İsmayılova Aidə İsa qızından miras qalmış Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3-də paylı mülkiyyət hüququ üzrə 2 otağına hər birinin 1/3 hissədə vərəsəlik hüququnun tanınması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Hazırki halda müəyyən edildi ki, 13 fevral 2013-cü il tarixli vəsiyyətnamənin və həmin vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 19 noyabr 2019-cu il tarixli şəhadətnamənin həqiqi olmaması üçün Mülki Məcəllənin 140-cı maddəsində müəyyən edilən hallar mövcud deyildir. Məhkəmə qarşılıqlı iddia tələbinin “cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, qarşılıqlı iddiaçı Zülfıqarova Yeganə Oktay qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, m 3 ünvanının 2 y/otağına ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlər tərəfindən yaradılmış maneələrin özləri tərəfindən aradan qaldırılması və mənzilə aid haçarın qarşılıqlı iddiaçıya verilməsi” hissəsini əsaslı sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə əsasən, Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 ünvanının 2 y/otağı Zülfiqarova Yeganə Oktay qızının adına 25 noyabr 2019-cu il tarixdə qeydə alınmışdır. Belə olan halda qarşılıqlı iddia üzrə iddiaçı Zülfiqarova Yeganə Oktay qızının həmin paydan sahiblik və istifadə hüquqlarına maneələrin yaradılması yolverilməzdir. Ona görə də, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, qarşılıqlı iddiaçı Zülfıqarova Yeganə Oktay qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, m 3 ünvanının 2 y/otağına ilkin iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavadehlər tərəfindən yaradılmış maneələrin özləri tərəfindən aradan qaldırılması və mübahisəli mənzilə aid açarı qarşılıqlı iddiaçıya verilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar Abdullazadə Əli Altay oğlunun və Əsədullayeva Aidə Altay qızının cavabdeh Zülfüqarova Yeganə Oktay qızına və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 üzərində paylı mülkiyyət hüququ üzrə mərhum nənələri İsmayılova Aidə İsa qızının mülkiyyət hüququ olan iki otağına dair cavabdeh Zülfüqarova Yeganə Oktay qızına verilmiş 13 fevral 2013-cü il tarixli Vəsiyyətnamə üzrə verilmiş 19 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında cavabdeh Zülfüqarova Yeganə Oktay qızına AR İqtisadiyyat Nazirliyi yanında ƏMDKY DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mərhum nənələri İsmayılova Aidə İsa qızından miras qalmış Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3-də paylı mülkiyyət hüququ üzrə 2 otağına hər birinin 1/3 hissədə vərəsəlik hüququnun tanınması” tələbinə dair ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli, Abdullazadə Əli Altay oğlu və Əsədullayeva Aidə Altay qızının qanunsuz hərəkətlərinə son qoyulmalı, Zülfıqarova Yeganə Oktay qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, mənzil 3 ünvanının 2 y/otağına Abdullazadə Əli Altay oğlu və Əsədullayeva Aidə Altay qızı tərəfindən yaradılmış maneələr özləri tərəfindən aradan qaldırılmalı və mənzilə aid açar Zülfıqarova Yeganə Oktay qızına verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə ödənilmiş 40,0 manat məbləğində dövlət rüsumu Abdullazadə Əli Altay oğluna, qarşılıqlı iddia üzrə ödənilmiş 10,0 manat məbləğində dövlət rüsumu Zülfüqarova Yeganə Oktay qızına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar Abdullazadə Əli Altay oğlunun və Əsədullayeva Aidə Altay qızının cavabdeh Zülfüqarova Yeganə Oktay qızına və Bakı şəhəri 52 saylı Notariat Kontoruna qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “cavabdeh Bakı şəhəri 52 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3 üzərində paylı mülkiyyət hüququ üzrə mərhum nənələri İsmayılova Aidə İsa qızının mülkiyyət hüququ olan iki otağına dair cavabdeh Zülfüqarova Yeganə Oktay qızına verilmiş 13 fevral 2013-cü il tarixli Vəsiyyətnamə üzrə verilmiş 19 noyabr 2019-cu il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamənin ləğv edilməsi, həmin şəhadətnamə əsasında cavabdeh Zülfüqarova Yeganə Oktay qızına AR İqtisadiyyat Nazirliyi yanında ƏMDKY DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışın ləğv edilməsi, onların mərhum nənələri İsmayılova Aidə İsa qızından miras qalmış Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi ev 39, mənzil 3-də paylı mülkiyyət hüququ üzrə 2 otağına hər birinin 1/3 hissədə vərəsəlik hüququnun tanınması” tələbinə dair ilkin iddiaları təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Abdullazadə Əli Altay oğlu və Əsədullayeva Aidə Altay qızının qanunsuz hərəkətlərinə son qoyulsun, Zülfıqarova Yeganə Oktay qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 39, mənzil 3 ünvanının 2 y/otağına Abdullazadə Əli Altay oğlu və Əsədullayeva Aidə Altay qızı tərəfindən yaradılmış maneələr özləri tərəfindən aradan qaldırılsın və mübahisəli mənzilə aid açar Zülfıqarova Yeganə Oktay qızına verilsin. İlkin iddia üzrə ödənilmiş 40,0 manat məbləğində dövlət rüsumu “Abdullazadə Əli Altay oğluna aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 10,0 manat məbləğində dövlət rüsumu Zülfüqarova Yeganə Oktay qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar