Məhkəmə qərarları › İş №2(007)-739/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-739/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-739/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin cavabdeh Binnətova (Məmmədzadə) Cəmilə Bəhmən qızına qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29115 olan “Samsung Galaxy A10” markalı telefon üçün 260,13 manat ödənilməmiş hissə, 26,87 manat cərimə və 10.06.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23160 olan “Samsung Galaxy A10” markalı telefon və Powerbank Canyon üçün 423,73 manat ödənilməmiş hissə, 27,27 manat cərimə ümumilikdə 738 manat borc və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 01.08.2019-cu il tarixli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29115 olan “Samsung Galaxy A10” markalı telefon almış və nəticədə 287 manat və 10.06.2020-ci il tarixli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********23160 olan “Samsung Galaxy A10” markalı telefon və Powerbank Canyon almış və nəticədə 451 manat olmaqla ümumilikdə 738 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 271,44 manat (23 ay x 11,31 manat +11,31 manat ilkin ödəniş) İMEİ kodu **********29115 olan “Samsung Galaxy A10” markalı telefon üçün ümumilikdə 287 manat olmaqla ondan 260,13 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 26,87 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 11,31 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 469,54 manat (33 ay x 13,81 manat + 13,81 manat ilkin ödəniş) İMEİ kodu **********23160 olan “Samsung Galaxy A10” markalı telefon və Powerbank Canyon üçün ümumilikdə 451 manat olmaqla ondan 423,73 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27,27 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 45,81 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01.08.2019-cu il tarixli 00817613 nömrəli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 271,44 manat “Samsung Galaxy A10” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli 20340905 nömrəli müqaviləyə 01 saylı əlavə olan 18.03.2021-ci il tarixli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 469,54 manat “Samsung Galaxy A10” markalı telefon və Powerbank Canyon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 22 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.08.2019-cu il tarixli müqavilə üzrə 260,13 manat ödənilməmiş hissə, 26,87 manat cərimə pulu borcu, 10.06.2020-ci il tarixli müqavilə üzrə 423,73 manat ödənilməmiş hissə, 27,27 manat cərimə pulu borcu olmaqla ümumilikdə 738 manat borc qalmışdır. İşə əlavə olunmuş 23.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01.08.2019-cu il və 10.06.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Binnətova (Məmmədzadə) Cəmilə Bəhmən qızından 01.08.2019-cu il tarixli müqavilə üzrə əsas borc 260,13 manat, cərimə borcu üzrə 26,87 manat, cəmi 287 manat və 10.08.2020-ci il tarixli müqavilə üzrə əsas borc 423,73 manat, cərimə borcu üzrə 27,27 manat, cəmi 451 manat olmaqla, ümumilikdə 738 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar