Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-740/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91682 olan “X1 A 10.1” markalı planşet üçün 315 manat ödənilməmiş hissə, 31 manat cərimə, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09829 olan “HOFFMANN T110” markalı telefon üçün 30 manat ödənilməmiş hissə, 3 manat cərimə və 14.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81079 olan “Samsung Galaxy A20s”, İMEİ kodu **********67775 olan “X2 8T” markalı 2 ədəd telefon üçün 811,8 manat ödənilməmiş hissə, 81,2 manat cərimə ümumilikdə 1272 manat borc və 32,72 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 30.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91682 olan “X1 A 10.1” markalı planşet almış və nəticədə 346 manat, 14.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********09829 olan “HOFFMANN T110” markalı telefon almış və nəticədə 33 manat və 14.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81079 olan “Samsung Galaxy A20s”, İMEİ kodu **********67775 olan “X2 8T” markalı 2 ədəd telefon almış və nəticədə 893 manat olmaqla ümumilikdə 1272 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 624 manat (12 ay x 52 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********91682 olan “X1 A 10.1” markalı planşet üçün ümumilikdə 346 manat olmaqla ondan 315 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 31 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 309 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 60 manat (6 ay x 10 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********09829 olan “HOFFMANN T110” markalı telefon üçün ümumilikdə 33 manat olmaqla ondan 30 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 30 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan başqa cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1175,4 manat (14 ay x 81,6 manat + 33 manat ilkin ödəniş) İMEİ kodu **********81079 olan “Samsung Galaxy A20s”, İMEİ kodu **********67775 olan “X2 8T” markalı 2 ədəd telefon üçün ümumilikdə 893 manat olmaqla ondan 811,8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 81,2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 30 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.08.2019-cu il tarixli 00878373 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 624 manat İMEİ kodu **********91682 olan “X1 A 10.1” markalı planşet satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli 20100153 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 60 manat İMEİ kodu **********09829 olan “HOFFMANN T110” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan başqa işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14.02.2020-ci il tarixli 20101695 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1175,4 manat İMEİ kodu **********81079 olan “Samsung Galaxy A20s”, İMEİ kodu **********67775 olan “X2 8T” markalı 2 ədəd telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 22 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 30.08.2019-cu il tarixli müqavilə üzrə 315 manat ödənilməmiş hissə, 31 manat cərimə pulu borcu və 14.02.2020-ci il tarixli müqavilələr üzrə 841,8 manat ödənilməmiş hissə, 84,2 manat cərimə pulu borcu olmaqla ümumilikdə 1272 manat borc qalmışdır. İşə əlavə olunmuş 23.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 32,72 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 30.08.2019-cu il və 14.02.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 30.08.2019-cu il tarixli müqavilə üzrə əsas borc 315 manat, cərimə borcu üzrə 31 manat, cəmi 346 manat və 14.02.2020-ci il tarixli müqavilələr üzrə əsas borc 841,8 manat, cərimə borcu üzrə 84,2 manat, cəmi 926 manat olmaqla, ümumilikdə 1272 manat borcun və ödənilmiş 32,72 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-740/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-740/2022
23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver