Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-750/2024 29.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı ərizəsinə dair mülki işə (Açar sözlər: “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X9 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1999-cu ildə Saatlı rayonunda anadan olmuş və Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildə Saatlı rayonunda anadan olmuş və Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşıb yaşayan oğlu X10 anadan olandan “Ağır debillik dərəcəsində anadangəlmə kəmağıllıq davranış pozuntuları” xəstəliyindən əziyyət çəkir və ona 3-cü dərəcəli əlillik verilmişdir. X13 əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna ehtiyac vardır. Oğlu özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasım dərk etmir. X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya bilmədiyindən müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. Ona görə, hesab edir ki, xx.xx.1999-cu ildə Saatlı rayonunda anadan olmuş və Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşan X10 faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Hesab edir ki, məhkəmə X6 fəaliyyət qabiliyyəti olmayan hesab etməlidir.
İş materialları :
3. AZ-İİİ seriyalı, 706532 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.1999-cu ildə doğulmuş və bu barədə Saatlı rayon 01 saylı Çadır şəhərciyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir, atası X11, anası Ərizəçidır.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışın surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7 Ağır debillik dərəcəsində kəmağıllıq davranış pozuntuları ilə xəstəliyi diaqnozu qoyulmuşdur və xəstəliyin xx.xx.1999-cu il tarixindən başlandığı qeyd edilmişdir.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 saylı “Respublika Psixiatriya Xəstəxanası" X23 tərəfindən verilmiş Ambulator, X20 Kartasından Çıxarışın surətindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X7 Ağır debillik dərəcəsində anadangəlmə kəmağıllıq davranış pozuntuları xəstəliyi diaqnozu qoyulmuşdur və X10 xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək “Ağır debillik dərəcəsində anadangəlmə kəmağıllıq davranış pozuntusu ilə” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olmuşdur.
6. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 88 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən Maştağa qəsəbəsi 1 saylı ruhi dispanserə təqdim olunmaq üçün verilmiş xx.xx.2019-cu il tarixli, 773 nömrəli arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X3 rayonunda məcburi köçkün (qaçqın) düşüb və 88 saylı MKİS-in ərazisində E.Süleymanov küçəsi 148 a saylı yarımçıq bina olan evin mənzilində o, atası X11, anası Ərizəçi və bacısı X8 ilə birlikdə yaşayır.
7. Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli qərarına əsasən verilmiş AA seriyalı 214766 nömrəli Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi yaşayış yeri olan Füzulini 1993-cü ildə tərk etmişdir və məcburi köçkün qeydiyyat vəsiqəsinin nömrəsi 058716 olmuşdur.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 630 saylı rəyindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları müəyyən edildiyi, onun psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı, onun psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsasların olduğu və X1 onun məhkəmə iclasına gəlməsinə yol vermədiyi qeyd edilmişdir. Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə Komissiyasının nümayəndəsi X14 izahat verərək X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir.
319. Hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir.
İşin faktiki halı :
14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi oğluxx.xx.1999-cu il təvəllüdlü X10 anadangəlmə ağır debillik dərəcəsində kəmağıllıq davranış pozuntuları xəstəliyindən əziyyət çəkir və Allahyarov Rəşad oğlu hal-hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir.
15. Məhkəmə qeyd edir ki, xx.xx.1999-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmənin mövqeyi :
16. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
17. Belə ki, mülki qanunvericiliyə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Əgər həmin şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs sayılarsa, onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı tərəfindən qəyyumluq və himayəçilik təyin edilir.
18. xx.xx.1999-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 630 saylı rəyi ilə öz təsdiqini tapmışdır.
19. Belə ki, iş üzrə xx.xx.1999-cu il təvəllüdlü X4 psixi vəziyyətinin müəyyən edilməsi zərurəti olduğundan məhkəmənin 29 yanvar 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə stasionarpsixiatriya ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli 630 saylı rəyindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X5 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilmişdir. Psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X10 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X1 onun məhkəmə iclasında iştirakına yol vermir.
22. Məhkəmə ekspert rəyini işdə olan digər sənədlər ilə birlikdə qiymətləndirərək qeyd edir ki, hazırki işin hallarının müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən və məhkəmənin özü müstəqil qaydada həmin halları müəyyən edə bilmədiyindən mötəbər sübut kimi qəbul edilməlidir.
23. Buna görə də məhkəmə qeyd edir ki, xx.xx.1999-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair kifayət qədər əsaslar olduğundan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir.
24. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Nəticə :
25. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1999-cu ildə Saatlı rayonunda anadan olmuş və Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1999-cu ildə Saatlı rayonunda anadan olmuş və Füzuli rayonu, Aşağı Seyidəhmədli kəndində qeydiyyatda olan və məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşan X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva