Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-768/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi Ərizəçiş oğlunun, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçiş oğlunun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçiş oğlu X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ilə əlaqədar hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini onunla əsaslandırdı ki, 17.11.1992-ci ildə anadan olmuş övladı, X4 anadangəlmə hidrosefaliya dekompensasiya dövrü, tetraplegiya, intellekt geriliyi diaqnozu qoyulmuşdur. O, anadan olandan bu xəstəlikdən əziyyət çəkir.Özünü müstəqil şəkildə idarə edə bilmir, 28 yaşı olmasına baxmayaraq azyaşlı uşaq ağlındadır. Kənar şəxsin daimi qulluğuna ehtiyacı var. Uzun müddət müalicə müəssisələrində müalicə alsa da, səhhətində heç bir irəliləyiş olmamışdır. Hal-hazırda Nizami rayonunda yerləşən 18 nömrəli Birləşmiş şəhər xəstəxanasının poliklinik şöbəsində həkim müalicəsi alır. Ona 2014cü ildən müddətsiz 1-ci qrup əlillik verilmiş və əlilliyə görə pensiya təyin olunmuşdur. Psixi vəziyyətinə, yaddaş pozğunluğuna görə daim başqasının qulluğuna ehtiyacı vardır. Onu evdə tək qoymaq mümkün olmur. Hərəkətlərinin mənasını tam dərk etmir və onları şüurlu idarə etmək iqtidarında olmur. X1 xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasında ehtiyacı vardır. Övladı birinci qrup əlildir. Uşaq sərbəst şəkildə öz hərəkətlərini idarə edə bilmir. Qeyd olunanlara əsasən X1nın psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmədiyi və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyi üçün fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, onun övladı üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik üzrə daimi komissiyasının nümayəndəsi Nümayəndə idianın təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962ci il tarixdə Bakı şəhərində anadan olan Ərizəçiş oğlu evlidir, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 29 saylı evin 23 saylı mənzilində yaşayır. ƏƏSMN yanında DSMF Bakı şəhəri Nizami rayon Şönbəsinin 021700 nömrəli vəsiqəsindən görünür ki, X5 müddətsiz 1-ci qrup əlildir. AZ-İİ seriyalı 490313 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 noyabr 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçiş oğlu qeyd olunmuşdur. AR ƏƏSMN 502514 nömrəli SER TSE-01 seriyalı arayışından görünür ki, X5 müddətsiz 1-ci qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18 №li Birləşmiş şəhər xəstəxanasının 320 nömrəli 22.10.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr., 29 saylı evin 23 saylı mənzilində yaşayan X5 həqiqətən 18 saylı BşX-nın poliklinika şöbəsində dispanser qeydiyyatındadır. Anadangəlmə hidrosefaliya dekompensasiya dövrü, tetraplegiya, intellekt geriliyi diaqnozu qoyulmuşdur. Xəstə 2014cü ikldən İ qrup müddətasi əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X3 Məhkəmə Psixiatrik Ekspertizasının 11.05.2021-ci il tarixli 1036 saylı ekspert rəyindən görünür ki, X5 ağır dərəcəli əqli gerilik aşkar olunur. O öz psixi vəziyyətinə görə hərəkətlıərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs heab olunması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 17 noyabr 1992-ci il tarixdə Bakı şəhərində anadan olan X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməli, Ərizəçiş oğlu onun üzərində qəyyum təyin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17 noyabr 1992-ci il tarixdə Bakı şəhərində anadan olan X5 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Ərizəçiş oğlu onun üzərində qəyyum təyin edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-768/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-768/2021
24.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver