Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-779/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh arasında 28.06.2019-cu il tarixdə imzalanan kredit müqaviləsinə əsasən borcluya 22 faizlə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilib. Cavabdeh vaxtlı-vaxtında kredit borcunu ödəmədiyi üçün bank qarşısında borcu yaranıb. Dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcunu ödəməkdən yayınıb.Hal-hazırda cavabdehin 2691.3 manat əsas ,07.7 manat faiz,2.32 manat dəbbə pulu, cəmi 2701.32 manat borcu vardır.Qeyd olunanlara əsasən kredit müqaviləsinin ləğv olunması,Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2701.32 manat pul və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.06.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki,bank tərəfindən Cavabdeh 4000 manat məbləğində kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunub. 11 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 2691.3 əsas,07.7 manat faiz,2.32 manat dəbbə pulu,cəmi 2701.32 manat borcu vardır. 28.06.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 3960 manat kredit verilmişdir. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 28.06.2019-cu il tarixdə imzalanan kredit müqaviləsinə əsasən cavabdehə 3960 manat kredit verilib. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunaraq razılışdırılmış məbləğdə kredit Cavabdeh oğluna verilsə də sonuncu öz öhdəliklərini tam və lazimi qaydada icra etməmişdir. Hal-hazırda Cavabdeh banka 2691.3 əsas, 07.7 manat faiz,2.32 manat dəbbə pulu,cəmi 2701.32 manat borcu vardır. Ona görə də məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.06.2019-cu il tarixli kredit müqaviləsi ləğv olunmalı,Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2701.32 manat pul və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 28.06.2019-cu il tarixli kredit müqaviləsi ləğv olunsun. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2701.32 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-779/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-779/2021
11.06.2021 · Müqavilələrin ləğv edilməsi - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver