Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-785/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X6 Mirzəyevin sədrliyi, Ramil Firdun oğlu Qurbanovun katibliyi, İddiaçı,onun vəkili və nümayəndəsi Vəkil Höküməli oğlunun, Cavabdeh X8 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Nizami rayon İcra Şöbəsinə, X8 "xxxx" ASC-yə,Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Nizami rayon İcra Şöbəsinə, X8 "xxxx" ASC-yə, Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil Höküməli oğlu iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" ASC-nin İddiaçı qarşı “kreditin faizlərin və vurulmuş zərərin ödənilməsi və tutmanın ipoteka predimentinə yönəldilməsi ” tələbinə dair iddiasına Bakı şəhər Nizami Rayonu Məhkəməsi 07 iyul 2011-ci il tarixdə hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi ilə baxaraq 2(007)-1110/2011 saylı qətnamə qəbul edib. Həmin qətnamə ilə iddia qismən təmin olunub. İddiaçı "xxxx" ASC-nin xeyrinə 4262 manat əsas borc, 2.217 manat faiz borcu, 1600 manat peniya borcu, ümumilikdə 8085 manat məbləğində borcun tutulması, tutmanın İddiaçı tərəfindən "xxxx" ASC-yə girova qoyulan BMW-320 markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomaşının açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və əldə edilən vəsaitdən İddiaçı 8.085 manat məbləğində borcunun "xxxx" ASC-yə ödənilməsi və qalan məbləğin İddiaçı qaytarılması qeyd olunub. Hesab edir ki, icra məmurunun etdiyi qərarlar qeyri qanunidir. İcra məmuru əmlakın açıq hərraca getməsi barədə iddiaçıya rəsmi məlumat verməyib.25 saylı vəkil bürosunun Nizami Rayon İcra şöbəsinə ünvanladığı sorğuya cavab olaraq Daşınar və Daşınmaz Əmlakların Satış üzrə Hərrac Mərkəzi MMC-nin xx.xx.2012-ci il tarixli protokolu onlara xx.xx.2022-ci il tarixdə təqdim olunub. Həmin protokola əsasən Nizami Rayon Məhkəməsinin 2(007)-1110 saylı, xx.xx.2011-ci il tarixli sifarişinə əsasən İddiaçı məxsus olan BMW markalı,**-GT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 680 manat olmaqla açıq hərracda çıxarılması barədə qərar qəbul edilib. Həmin qərarla İddiaçı məxsus BMW-320 markalı **-GT-*** dövlət qeydiyyat nişanlı avtomabilin qiyməti 680 manat olmaqla 01 saylı alıcı X2 hesab edilmiş və lazımi sənədlərin tərtib edilməsi qeyd olunmuşdur.İddiaçı avtomabili 5000 ABŞ dollarına alıb və maşının alınması üçün iddiaçı bankdan 4000 ABŞ dolları pul götürüb. Bundan başqa, həmin il avtomobilin real bazar qiymətinin 6000 manat olduğu halda avtomobili 680 manat qiymətləndirməklə qalan məbləğin iddiaçıdan tutulması qanunsuz hesab edilməlidir. Ən əsası, hərrac ilk dəfə keçirilərkən qiyməti barədə iddiaçıya məlumat verilməli və ilkin mərhələdə iddiaçıya təklif olunmalı idi.Odur ki, qeyd olunanlara əsasən xx.xx.2012-ci il tarixli 37/01 saylı protokolun, hərracın yekunları barədə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qanunsuz olaraq tutulmuş ödənişin, hərrac xərcinin geri qaytarılması, əmlakın yenidən qiymətləndirilməsi barədə qətnamə çıxarılnasını xahiş edir. İddiaçı da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh X8 "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, qanunvericiliyin tələbinə uyğun olaraq hərrac keçirilib, həmin hərracın nəticəsində qeyd olunan əmlak özgəninkiləşdirilib. Hər hansı bir pozuntuya yol verilməyib. Eyni zamanda onu da, qeyd edir ki, iddiaçı iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət edib. Hərrac keçirilib 2012-ci il tarixdə iddiaçı isə 2023-cü ildə məhkəməyə iddia ərizəsi ilə müraciət edib.Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilmiş cavabdehlər Nizami rayon İcra Şöbəsi və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC öz nümayəndələrini məhkəməyə göndərməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1110/2011 saylı iş üzrə qəbul etdiyi xx.xx.2011-ci il tarixli qətnamə ilə"xxxx" ASC-nin İddiaçı qarşı “kreditin faizlərin və vurulmuş zərərin ödənilməsi və tutmanın ipoteka predimentinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunmuş, İddiaçı "xxxx" ASC-nin xeyrinə 4262 manat əsas borc, 2.217 manat faiz borcu, 1600 manat peniya borcu, ümumilikdə 8085 manat məbləğində borcun tutulması, tutmanın İddiaçı tərəfindən "xxxx" ASC-yə girova qoyulan BMW-320 markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomaşına yönəldilməsi, avtomaşının açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və əldə edilən vəsaitdən İddiaçı 8.085 manat məbləğində borcunun "xxxx" ASC-yə ödənilməsi və qalan məbləğin İddiaçı qaytarılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. İş materiallarında olan İxtisaslaşdırılmış “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-nin 37/01 saylı,xx.xx.2012-ci il tarixli protokolunun məzmunundan görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə girov qoyulan BMW-320 markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomaşın 680 manata 1 saylı qalib alıcı X1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad edilən maddələrinə əsasən: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Mübahisələndirilən əqd xx.xx.2012-ci il tarixdə tərtib olunmuşdur.Lakin iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir.Göründüyü kimi iddiaçı tərəfindən bu cür iddalar üçün qanunla müəyyən olunmuş 1 illik iddia müddəti açıq-aşkar ötürülmüşdür Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). İddiaçı iddia tələbinin əsaslılığına dəlalət edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddiaçı iddia müddətini ötürdüyündən və öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Nizami rayon İcra Şöbəsinə, X8 "xxxx" ASC-yə,Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC-yə qarşı hərracın yekunları üzrə alqı-satqı müqaviləsinin, protokolun və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir)ay müddətinə Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-785/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-785/2023
20.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver