Məhkəmə qərarları › İş №2(007)-790/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-790/2021

02.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-790/2021 02.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1,onun nümayəndəsi və vəkili Vəkil2 Əbülfət oğlunun iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 02 iyul 2021-ci il tarixdə iddiaçı və cavabdeh iş üzrə barışdıqlarını və aralarında barışıq saziçi bağlandığını bildirmiş və barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim olunmuş barışıq sazişinin şərtlərinə görə: 1.İddiaçı cavabdeh X1 ilə Cavabdeh2 arasında 14 dekabr 2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi,nikah dövründə əldə edilmiş Hyundai Matrix minik markal ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən payların ½ hissədə müəyyən olunmasna dair iddiasından imtina edir. 2.Cavabdeh1 Nizami Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli 2(007)2691/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsi tələbinin icrasından imtina edir. 3.Tərəflər gələcəkdə əmlak və aliment tələbi ilə məhkəməyə müraciət etməyəcəklərini öz öhdələrinə götürürlər və iş üzrə icraata xitam verilməsini xahiş edirlər.İş üzrə icraata xitam verilməsinin hüquqi nəticəsi tərəflərə aydındır. Məhkəmədə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1,cavabdeh X2,onun nümayəndəsi və vəkili Vəkil2 Əbülfət oğlu ayrı ayrılıqda barışıq sazişinin təsdiq olunaraq icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə,işdə iştirak edən şəxsləri dinləyib barışıq sazişini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki,tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmaqla işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 52.5.-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki,tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də təsdiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq olunsun: 1.İddiaçı cavabdeh X1 ilə Cavabdeh2 arasında 14 dekabr 2019-cu il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi,nikah dövründə əldə edilmiş Hyundai Matrix minik markal ** DJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən payların ½ hissədə müəyyən olunmasna dair iddiasından imtina edir. 2.Cavabdeh1 Nizami Rayon Məhkəməsinin 04.10.2019-cu il tarixli 2(007)2691/2019 saylı qətnaməsi ilə təyin edilmiş alimentin ödənilməsi tələbinin icrasından imtina edir. 3.Tərəflər gələcəkdə əmlak və aliment tələbi ilə məhkəməyə müraciət etməyəcəklərini öz öhdələrinə götürürlər və iş üzrə icraata xitam verilməsini xahiş edirlər.İş üzrə icraata xitam verilməsinin hüquqi nəticəsi tərəflərə aydındır. 2 (007)-790/2021 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar