Məhkəmə qərarları › İş №2(007)-809/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-809/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-809/2021 27.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ilə cavabdeh X4 arasında 18 may 2019-cu il tarixdə Bakı Şəhəri 15 Saylı Notariat ofisinin xüsusi notarisu X7 tərəfindən təsdiqlənmiş borc müqaviləsi bağlamışdır.Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı cavabdeh X2 18 iyun 2020-ci il tarixdə qaytarmaq şərti ilə 50000 manat pul vermişdir.Müqavilə müddətinin başa çatmasına və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh bu günə qədər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən yayınır.2016-cı ilin oktyabr ayından bu günə qədər Mərkəzi Bankın uçot fiz dərəcəsi orta hesabla 5% olmuşdur.Cavabdeh iddiaçıya qaytarmalı pul vəsaitini uzun maddət qaytarmamqla ondan qanunsuz istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur.Bu səbəbdən Azərbaycan Respublikası MM-nin 21,439 və 449-cu maddələrinə əsasən cavabdeh əsas borc məbləğindən əlavə dəymiş ziyan da ödəməlidir.Hər ilə görə manatın dəyərdən düşməsi 10 faizlə qəbul olunarsa,hər ilə görə 5000 manat,iki ilə görə isə 10 manat pulun indeksasiyası aparılmalıdır.Bundan başqa,cavbdeh hər ilə görə 2.500 manat olmaqla iki ilə görə bank uçot dərəcəsinə uyğun olaraq 5000 manat pul ödəməlidir.Qeyd olunanlara əsasən X1 50000 manat əsas borcun,10000 manat indeksasiyaya görə,5000 manat bank uçot faiz dərəcəsinə görə, 30 manat dövlət rüsumuna görə cəmi 65030 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh X2məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili X3 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ilə X4 arasında 18 may 2019-cu il tarixdə Bakı Şəhəri 15 Saylı Notariat ofisinin xüsusi notarisu X7 tərəfindən təsdiqlənmiş borc müqaviləsindən görünür ki, İddiaçı X2 18 iyun 2020-ci il tarixədək qaytarmaq şərti ilə 50000 manat pul vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən,borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki,təərflər arasında qanunla müəyyən olunan qaydada natorial qaydada təsdiqlənmiş borc müqaviləsi bağlanmış və iddiaçı cavabdehə 1 il müddətinə 50000 manat borc pul vermişdir.Lakin cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş və aldığı borcu vaxtında qaytarmamışdır.Qeyd olunanlara əsasən məhkəmə əsas borc hissəsində iddianı əsaslı hesab edir. Məhkəmə iddianın 5000 manat bank uçot faiz dərəcəsinə görə pul tələbinə dair hissəsinə qiymət verərkən hesab edir ki,həmin hissədə iddia qismən təmin olunmalıdır.Belə ki,cavadehin vəkili və nümayəndəsi Vəkil2 tərəfindən məhkəməyə göndərilən etiraz ərizəsində cavabdehin nümayəndəsi həmin hissədə iddianı qismən etiraf etmişdir.Etiraz ərizəsində qeyd olunur ki,cavabdeh aldığı puldan 13 min manat qaytarmışdır və cəmi 37000 manat ödənilməmiş borcu qalmışdır.İddia qaldırılan 06.11.2020-ci il tarixinə qədər uçot faiz dərcəsi hesablandıqda,illik (365 gün) 37000 manat x 6.25%=2313 manat:365 gün=6 manat hər gün üçün.6 manat x 141 gecikmə gününə =846 manat faiz ödənilməlidir. Cavabdeh etiraz ərizəsində pulun 13000 manatını qaytardığını bildirsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda,eləcə də cavabdeh 37000 manata görə hər gecikdirilmiş gün üçün faiz (37000 manata nisbətdə 6 manat) ödəməli olduğunu və gecikdirilmiş günlərin sayının 141 günə bərabər olduğunu bildirdiyi üçün həmin hissədə faiz dərəcəsi aşağıdakı qaydada hesablanmalıdır: 50000 x 6,25%=3125 manat : 365 gün = 8,5 x141=1198,5 manat. Məhkəmə iddianın 10000 manat indeksasiyaya görə pul tələbinə dair hissəsini əsassız hedab edir.Belə ki iddiaçı pulun dəyərdən düşməsi ilə əlaqədar 10000 manat ziyana düşdüyünü sübuta yetirə bilməmişdir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, X1 50000 manat əsas borc, 1198,5 manat bank uçot dərəcəsinə görə faiz, 30 manat dövlət rüsumu tutulmalıdır.Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: X1 İddiaçı xeyrinə 50000 manat əsas borc, 1198,5 manat bank uçot dərəcəsinə görə faiz, 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakı̇ m Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar