Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-811/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76810 olan “X1 9” markalı telefon üçün 410,3 manat ödənilməmiş hissə, 41 manat cərimə, 24.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********69467 olan “X1 8” markalı telefon üçün 70 manat ödənilməmiş hissə, 7 manat cərimə, 27.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59975 olan “X1 8T” markalı telefon üçün 209 manat ödənilməmiş hissə, 20 manat cərimə və 18.05.2020-ci il tarixli müqaviləyə əsasən əsasən İMEİ kodu **********77292 olan “İPONE 11 Pro Max” markalı telefon üçün 2762,5 manat ödənilməmiş hissə, 276,2 manat cərimə ümumilikdə 3796 manat borc və 57,96 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 22.10.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********76810 olan “X1 9” markalı telefon almış və nəticədə 451,3 manat, 24.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********69467 olan “X1 8” markalı telefon almış və nəticədə 77 manat, 27.02.2020ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59975 olan “X1 8T” markalı telefon almış və nəticədə 229 manat və 18.05.2020-ci il tarixli müqaviləyə əsasən əsasən İMEİ kodu **********77292 olan “İPONE 11 Pro Max” markalı telefon almış və nəticədə 3038,7 manat olmaqla ümumilikdə 3796 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 927 manat (18 ay x 51,5 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********76810 olan “X1 9” markalı telefon üçün ümumilikdə 451,3 manat olmaqla ondan 410,3 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 41manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 516,7 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 700 manat (20 ay x 35 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********69467 olan “X1 8” markalı telefon üçün ümumilikdə 77 manat olmaqla ondan 70 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 630 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 525 manat (12 ay x 42 manat + 21 manat ilkin ödəniş) İMEİ kodu **********59975 olan “X1 8T” markalı telefon üçün ümumilikdə 229 manat olmaqla ondan 209 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 316 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Həmçinin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5113,4 manat (18 ay x 256,3 manat + 500 manat ilkin ödəniş) İMEİ kodu **********77292 olan “İPONE 11 Pro Max” markalı telefon üçün ümumilikdə 3038,7 manat olmaqla ondan 2762,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 276,2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2350,9 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 22.10.2020-ci il tarixli 21267909 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 927 manat olan İMEİ kodu **********76810 olan “X1 9” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.11.2019-cu il tarixli 01072944 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 700 manat İMEİ kodu **********69467 olan “X1 8” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 27.02.2020-ci il tarixli 20130564 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 525 manat İMEİ kodu **********59975 olan “X1 8T” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Həmçinin işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 18.05.2020-ci il tarixli 20287236 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 5113,4 manat İMEİ kodu **********77292 olan “İPONE 11 Pro Max” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 23 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22.10.2020-ci il tarixli müqavilə üzrə 410,3 manat ödənilməmiş hissə, 41 manat cərimə pulu borcu, 24.11.2019-cu il tarixli müqavilə üzrə 70 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu borcu, 27.02.2020-ci il tarixli müqavilə üzrə 209 manat ödənilməmiş hissə, 20 manat cərimə pulu borcu və 18.05.2020-ci il tarixli müqavilə üzrə 2762,5 manat ödənilməmiş hissə, 276,2 manat cərimə pulu borcu olmaqla ümumilikdə 3796 manat borc qalmışdır. İşə əlavə olunmuş 25.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 57,96 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 22.10.2020-ci il, 24.11.2019-cu il, 27.02.2020-ci il və 18.05.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə 22.10.2020-ci il tarixli müqavilə üzrə əsas borc 410,3 manat, cərimə borcu üzrə 41 manat, cəmi 451,3 manat, 24.11.2019-cu il tarixli müqavilə üzrə əsas borc 70 manat, cərimə borcu üzrə 7 manat, cəmi 77 manat, 27.02.2020-ci il tarixli müqavilə üzrə əsas borc 209 manat, cərimə borcu üzrə 20 manat, cəmi 229 manat və 18.05.2020-ci il tarixli müqavilə üzrə əsas borc 2762,5 manat, cərimə borcu üzrə 40 manat, cəmi 2802,5 manat olmaqla, ümumilikdə 3559,8 manat borcun və ödənilmiş 57,96 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalı iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 22.10.2020-ci il tarixli müqavilə üzrə əsas borc 410,3 manat, cərimə borcu üzrə 41 manat, cəmi 451,3 manat, 24.11.2019-cu il tarixli müqavilə üzrə əsas borc 70 manat, cərimə borcu üzrə 7 manat, cəmi 77 manat, 27.02.2020-ci il tarixli müqavilə üzrə əsas borc 209 manat, cərimə borcu üzrə 20 manat, cəmi 229 manat və 18.05.2020-ci il tarixli müqavilə üzrə əsas borc 2762,5 manat, cərimə borcu üzrə 40 manat, cəmi 2802,5 manat olmaqla, ümumilikdə 3559,8 manat borcun və ödənilmiş 57,96 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-811/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-811/2022
24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver