Məhkəmə qərarları › İş №2(007)-820/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-820/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-820/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86480 olan “Samsung Galaxy A30” markalı telefon və “X2 Samsung A30 Black” markalı aksesuar üçün 258 manat ödənilməmiş hissə, 25 manat cərimə, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19779 olan “Samsung Galaxy A50” markalı telefon üçün 220 manat ödənilməmiş hissə, 22 manat cərimə, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57580 olan “X1 8 Pro” markalı telefon üçün 270 manat ödənilməmiş hissə, 27 manat cərimə və 08.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72134 olan “X1 8 Pro” markalı telefon üçün 472,5 manat ödənilməmiş hissə, 47,5 manat cərimə olmaqla ümumilikdə 1342 manat borc və 33,42 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 01.08.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********86480 olan “Samsung Galaxy A30” markalı telefon və “X2 Samsung A30 Black” markalı aksesuar almış və nəticədə 283 manat, 28.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********19779 olan “Samsung Galaxy A50” markalı telefon almış və nəticədə 242 manat, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********57580 olan “X1 8 Pro” markalı telefon almış və nəticədə 297 manat və 08.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********72134 olan “X1 8 Pro” markalı telefon almış və nəticədə 520 manat olmaqla ümumilikdə 1342 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 602 manat (14 ay x 43 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********86480 olan “Samsung Galaxy A30” markalı telefon və “X2 Samsung A30 Black” markalı aksesuar üçün ümumilikdə 283 manat olmaqla ondan 258 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 344 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 644 manat (12 ay x 44 manat +116 manat ilkin ödəniş) İMEİ kodu **********19779 olan “Samsung Galaxy A50” markalı telefon üçün ümumilikdə 242 manat olmaqla ondan 220 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 22 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 424 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 655 manat (12 ay x 44 manat +127 manat ilkin ödəniş) İMEİ kodu **********57580 olan “X1 8 Pro” markalı telefon üçün ümumilikdə 297 manat olmaqla ondan 270 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 385 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Həmçinin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 630 manat (12 ay x 52,5 manat +0 manat ilkin ödəniş) İMEİ kodu **********72134 olan “X1 8 Pro” markalı telefon üçün ümumilikdə 520 manat olmaqla ondan 472,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 157,5 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2019-cu-ci il tarixli 00817982 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 602 manat olan “Samsung Galaxy A30” markalı telefon və “X2 Samsung A30 Black” markalı aksesuar satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 28.09.2019-cu il tarixli 00943650 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 644 manat İMEİ kodu **********19779 olan “Samsung Galaxy A50” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.10.2019-cu il tarixli 01001926 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 655 manat İMEİ kodu **********57580 olan “X1 8 Pro” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Həmçinin işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08.01.2020-ci il tarixli 20021693 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 630 manat İMEİ kodu **********72134 olan “X1 8 Pro” markalı telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 23 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.08.2019-cu il tarixli müqavilə üzrə 258 manat ödənilməmiş hissə, 25 manat cərimə pulu borcu, 28.09.2019-cu il tarixli müqavilə üzrə 220 manat ödənilməmiş hissə, 22 manat cərimə pulu borcu, 24.10.2019-cu il tarixli müqavilə üzrə 270 manat ödənilməmiş hissə, 27 manat cərimə pulu borcu və 08.01.2020-ci il tarixli müqavilə üzrə 472,5 manat ödənilməmiş hissə, 47,5 manat cərimə pulu borcu olmaqla ümumilikdə 1342 manat borc qalmışdır. İşə əlavə olunmuş 24.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 33,42 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01.08.2019-cu il, 28.09.2019-cu il, 24.10.2019-cu il və 08.01.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehdan 01.08.2019-cu il tarixli müqavilə üzrə əsas borc 258 manat, cərimə borcu üzrə 25 manat, cəmi 283 manat, 28.09.2019-cu il tarixli müqavilə üzrə əsas borc 220 manat, cərimə borcu üzrə 22 manat, cəmi 242 manat, 24.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc 270 manat, cərimə borcu üzrə 27 manat, cəmi 297 manat və 08.01.2020-ci il tarixli müqavilə üzrə əsas borc 472,5 manat, cərimə borcu üzrə 47,5 manat, cəmi 520 manat olmaqla, ümumilikdə 1342 manat borcun və ödənilmiş 33,42 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar