Məhkəmə qərarları › İş №2(007)-822/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-822/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-822/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.02.2019-cu il tarixli müqaviləyə əsasən “PİZA (VENQE)” markalı mebel əşyası üçün 121 manat ödənilməmiş hissə, 12 manat cərimə, 16.10.2019-cu il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizor üçün 395 manat ödənilməmiş hissə, 39 manat cərimə və 30.01.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu üçün 573,4 manat ödənilməmiş hissə, 57,6 manat cərimə olmaqla ümumilikdə 1198 manat borc və 31,98 manat dövlət rüsumu Cavabdehdan alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MMC ilə 16.02.2019-cu il tarixli müqaviləyə əsasən “PİZA (VENQE)” markalı mebel əşyası almış və nəticədə 133 manat borc yaranmışdır. 16.10.2019-cu il tarixli müqaviləyə əsasən “LG LED” markalı televizor almış və nəticədə 434 manat borc yaranmışdır. 30.01.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung” markalı soyuducu almış və nəticədə 631 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 696 manat (24 ay x 29 manat +0 manat ilkin ödəniş) “PİZA (VENQE)” markalı mebel əşyası üçün ümumilikdə 133 manat olmaqla ondan 121 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 575 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Bundan əlavə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1170 manat (18 ay x 65 manat +0 manat ilkin ödəniş) “LG LED” markalı televizor üçün ümumilikdə 434 manat olmaqla ondan 395 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 39 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 775 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Həmçinin cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1400,4 manat (12 ay x 116,7 manat +0 manat ilkin ödəniş) “Samsung” markalı soyuducu üçün ümumilikdə 631 manat olmaqla ondan 573,4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57,6 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 827 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.02.2019-cu il, 00518192 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 696 manat olan “PİZA (VENQE)” markalı mebel əşyası satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16.10.2019-cu, 00984854 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1170 manat olan “LG LED” markalı televizor satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. Bundan əlavə, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 30.01.2020-ci il, 20069515 nömrəli müqavilədən və ona əlavə edilən sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 1400,4 manat olan “Samsung” markalı soyuducu satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 23 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 16.02.2019-cu il tarixli müqavilə üzrə 121 manat ödənilməmiş hissə, 12 manat cərimə pulu borcu, 16.10.2019-cu tarixli müqavilə üzrə 395 manat ödənilməmiş hissə, 39 manat cərimə pulu borcu və 30.01.2020-ci il tarixli müqavilə üzrə 573,4 manat ödənilməmiş hissə, 57,6 manat cərimə pulu borcu olmaqla ümumilikdə 1198 manat borc qalmışdır. İşə əlavə olunmuş 24.12.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 31,98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 16.02.2019-cu il, 16.10.2019-cu il və 30.01.2020-ci il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin həmin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 16.02.2019-cu il tarixli müqavilə üzrə əsas borc 121 manat, cərimə borcu üzrə 12 manat, cəmi 133 manat, 16.10.2019-cu il tarixli müqavilə üzrə əsas borc 395 manat, cərimə borcu üzrə 39 manat, cəmi 434 manat və 30.01.2020-ci il tarixli müqavilə üzrə əsas borc 573,4 manat, cərimə borcu üzrə 57,6 manat, cəmi 631 manat olmaqla, ümumilikdə 1198 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar