Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-830/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 ilə 29 sentyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə görə o, dəyəri 1499 manat olan “PURİCOM” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları cavabdehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya 0 manat məbləğində ilkin ödəniş həyata keçirir, qalan 1500 manat isə hər ay 63 manat olmaqla 24 ay müddətinə ödəməli idi. Cavabdeh müqavilənin şərtini pozaraq 219 manat məbləğində su təmizləmə sisteminin pulunu və hesablanmış 80 manat faiz borcunu ödəməkdən imtina etmişdir. Satıcı tərəfindən alıcı ilə mübahisənin məhkəməyə qədər (xəbərdarlıq) qaydada nizama salınmasına riayət edilərək borcluya müvafiq borcunu ödəməsi ücün dəfələrlə xəbərdarlıq olunsa da borclu öhdəliklərini icra etməmişdir. Qeyd olunanlara əsasən X1 219 (iki yuz on doqquz) manat əsas borcun, 80 (səksən) manat faiz borcunun və döviət büdcəsinə ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cəmi 329 (üç yüz iyirmi doqquz) manat vəsaitin onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o həqiqətən də, su təmizləmə sistemini kreditə götürmüşdür. İlk vaxtlar borcunu vaxtlı vaxtında ödəsə də, sonradan pandemiya olduğu üçün şəhərə giriş bağlanmış,o rayonda qalmışdır. Buna görə də, borcunu ödəyə bilməmişdir. Hal-hazırda onun 219 manat borcu var, onu da bölsələr hər ay hissə-hissə ödəyər. Odur ki, qeyd olunanları nəzərə alıb iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29.09.2018-ci il tarixli F-307 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh müqavilənin şərtinə görə dəyəri 1499 manat olan “PURİCOM” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, borclu 16 ay müddətinə ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materillarında olan 29.09.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı tərəfindən dəyəri 1499 manat olan “PURİCOM” modelli su təmizləmə sistemi Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki,cavabdeh 02.09.2020ci il tarixinə müqavilə üzrə 929 manat əsas, 80 manat faiz borcunun, cəmi 1009- manat borcun ödənilməsi barədə xəbərdar olunmuşdur. əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandıılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə dəyəri 1499 manat olan “PURİCOM” modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarları cavabdehə verilmişdir. Müqavilənin 2.4 bəndinə əsasən cavabdeh müqavilə bağlayarkən satıcıya ilkin ödəniş ödəmir 1500 manat vəsaiti isə hər ay 63 manat olmaqla 24 ay müddətinə ödəməyi öhdəsinə götürür. Cavabdeh müqavilənin şərtini pozaraq 219 manat məbləğində su təmizləmə sisteminin pulunu və hesablanmış 80 manat faiz borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, 219 manat borc məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tələb olunması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. İddianın öhdəliyin vaxtında yerinə yetirılməməsınə görə 80 manat faiz hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki, qeyd olunan tələb hissəsində iddia təmin oluna bilməz. Belə ki, iddiaçı bu tələblər üzrə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 219 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə rədd olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 219 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-830/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-830/2021
26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver