Məhkəmə qərarları › İş №2(007)-84/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-84/2021

19.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-84/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı prosessual hüquqi varisi X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 50 saylı Notariat Kontoru 3-cü şəxs qismində cəlb edilməklə “miras əmlakdan imtinaya dair ərizənin etibarsız sayılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “miras əmlakdan imtinaya dair ərizənin etibarsız sayılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəfat etmiş oğlu X5 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan ona düşən paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada imzaladığı 15 dekabr 2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, X8 məxsus ünvan 1 ünvanına dair ünvan 2qqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı və Cavabdeh1 vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Əliağa Kürçaylı küçəsi, 8 saylı evin, 14 saylı mənzili mərhum oğlum X6 xüsusi mülkiyyətində olmuşdur. Mənzil xüsusi mülkiyyət kimi 11 avqust 2012-ci il tarixdə Fikrət Şahbazovun adına qeydiyyatdan keçmişdir. Mənzil oğlunun adına qeydiyyata alınsa da mənzildə o yaşamışdır. Fikrət Arzu ilə birlikdə Binə qəsəbəsində olan fərdi yaşayış evində yaşamışdılar. X12 19 noyabr 2018-ci il tarixdə vəfat etmişdir. Fikrətin qanun üzrə vərəsələri sırasında o da var. 16 may 2019-cu il tarixdə ərizə ilə Bakı şəhəri 50 saylı Notariat Ofisinə müraciət edərək oğlunun arvadı Cavabdeh1 tərəfindən aldadılaraq mirasdan imtinaya dair ərizəyə (ölüm haqqında şəhadətnamə alınmasına razılıq verilməsi adı ilə) qol çəkdiyini, ona görə də mirasdan imtina barədə ərizəsindən imtina etdyini və mərhum oğlu X6 vərəsəsi kimi vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Ərizəyə münasibət bildirən Bakı şəhəri 50 saylı notariat ofisinin notarisu Kənan Rəhimovun 22 may 2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Cavabdeh1 notariat ofisinə təqdim etdiyi sənədlərdən görünür ki, o, vəfat etmiş oğlu X5 miras qalmış əmlaklardan ons düşən paydan Cavabdeh1 xeyrinə imtina etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 29 iyun 2019-cu il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda miras açılmışdır. X1 arvadı Cavabdeh1 vərəsə kimi tanınmış və ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 29 iyun 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə tanış olarkan məlum olmuşdur ki, güya İddiaçı 15 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 31 saylı Notariat Kontorunda ərizə yazaraq mərhum oğlu Fikrət Şahbazovdan miras qalmış əmlaklardan düşən paydan oğlunun arvardı Cavabdeh1 xeyrinə imtina etmişdir. Hesab edir ki, 15 dekabr 2018-ci il tarxdə 31 saylı notariat kontorunda vəfat etmiş oğlu Fikrət Şahbazovdan miras qalmış bütün daşınar və daşınmaz əmlakdan cavabdehin xeyrinə imtina etməsi ilə bağlı tərtib olunmuş ərizəni aldadılması səbəbindən imzalamışdır. Ərizə evdə, yas günlərində tərtib olunmuşdur. Oğlunun ölümündən sonra heç ağlına da gəlməzdi ki, gəlin onu aldadar. Oğlu vəfat etdikdən sonra səhhəti bir neçə dəfə pisləşmiş, ilkin tibbi yardım göstəriliməsi üçün təcili yardım çağrılmış və ona müalicə təyin olunmuşdur. Miras əmlakdan imtina etməsi üçün heç bir əsas yoxdur. Məhkəmə iclasında iddiaçının prosessual hüquqi varisi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, Cavabdeh1 onun anasını polisə şikayət etməklə təhdid etmişdir. Anası isə həmin təhdidə görə imtina ərizəsi vermişdir. Ona görə də hesab edir ki, həmin imtina etibarsız hesab edilməlidir. Göstərdiklərinin nəzərə alınması və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, əri X11 vəfat etdikən sonra İddiaçı ona bildirmişdir ki, evdən ona düşən paydan onun xeyrinə imtina etdiyini bildirmişdir. O, isə notariat kontorunun nümayəndəsini evə dəvət etmiş, İddiaçı miras əmlakın ona düşən hissəsindən imtina barədə ərizə yazmışdır. Firəngizin maddi ehtiyacları olduğu üçün ona 10 000 manat verəcəyini bildirmiş, qarşılıqlı razılığa gəlmişlər. Hazırki halda Firəngiz belə etdiyi üçün onlar arasında razılıq pozulmuşdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirdi, hazırda məhkəmə mübahisəsi olduğu üçün qızının payını öz adına rəsmiləşdirə bilmir. Hesba edir ki, həmin mənzildən X7 da pay çatmalıdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Mülki iş üzrə üçüncü şəxs ünvan 3 ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 29 iyun 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 noyabr 2018-ci il tarixdə ölmüş X6 vərəsəsi olan arvadı Cavabdeh1dır və o, miras əmlakdan 2/3 hissədə pay almalıdır. Miras əmlak X8 məxsus olan ünvan 1-dın ibarətdir. Miras əmlakın 1/3 hissəsi miras qoyanın X6 adına açıq saxlanılmışdır. - İddiaçı tərəfindən 15 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 31 saylı Notariat Kontorunda yazılaraq təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, 19 noyabr 2018-ci il tarixdə vəfat etmiş oğlu X5 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən paydan mərhumun həyat yoldaşı Cavabdeh1 xeyrinə imtina etmiş, vərəsəlik payından imrina ərizəsini ləğv etməyin mümkünsüzlüyünün notarius tərəfindən ona izah edildiyini, gələcəkdə həmin əmlaka heç bir iddia və tələbi olmayacağını, bununla bağlı məhkəmədə iddia qaldırmayacağını imzası ilə təsdiq etmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X6 adına 11 avqust 2012-ci il tarixdə qeydə olunmuşdur. - AZ-İ 982129 nömrəli nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 19 noyabr 2018-ci il tarixdə ölmüşdür. - AZ-T 368485 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 ilə Cavabdeh1 22 noyabr 2007-ci il tarixdə rəsmi nikahlarını qeydə aldırmışlar. - AZ-İİ 031060 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 05 avqust 2019-cu il tarixdə ölmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə X6 adına 11 avqust 2012-ci il qeydə alınmışdır. X11 19 noyabr 2018-ci il tarixdə ölmüşdür. Onun vəfatından sonra anası İddiaçı 15 dekabr 2018-ci il tarixdə notarial qaydada ərizə yazaraq 19 noyabr 2018-ci il tarixdə vəfat etmiş oğlu X5 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən paydan mərhumun həyat yoldaşı Cavabdeh1 xeyrinə imtina etmiş, vərəsəlik payından imrina ərizəsini ləğv etməyin mümkünsüzlüyünün notarius tərəfindən ona izah edildiyini, gələcəkdə həmin əmlaka heç bir iddia və tələbi olmayacağını, bununla bağlı məhkəmədə iddia qaldırmayacağını imzası ilə təsdiq etmişdir. 29 iyun 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 19 noyabr 2018-ci il tarixdə ölmüş X11 vərəsəsi olan arvadı Cavabdeh1dır və o, miras əmlakdan 2/3 hissədə pay almalıdır. Miras əmlak X8 məxsus olan ünvan 1-dın ibarətdir. Miras əmlakın 1/3 hissəsi miras qoyanın X6 adına açıq saxlanılmışdır. Lakin, İddiaçı 02 avqust 2019-cu il tarixdə “miras əmlakdan imtinaya dair ərizənin etibarsız sayılması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1257.2-ci maddəsinə əsasən, əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1261-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1268.1-ci maddəsinə əsasən, vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1269-cu maddəsinə əsasən, mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən 15 dekabr 2018-ci il tarixdə Bakı şəhəri 31 saylı Notariat Kontorunda yazılaraq təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, 19 noyabr 2018-ci il tarixdə vəfat etmiş oğlu X5 miras qalmış bütün daşınar və daşınmaz əmlakdan ona düşən paydan mərhumun həyat yoldaşı Cavabdeh1 xeyrinə imtina etmiş, vərəsəlik payından imrina ərizəsini ləğv etməyin mümkünsüzlüyünün notarius tərəfindən ona izah edildiyini, gələcəkdə həmin əmlaka heç bir iddia və tələbi olmayacağını, bununla bağlı məhkəmədə iddia qaldırmayacağını bildirmiş və öz imzası ilə təsdiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin imtinanın etibarsız hesab edilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Belə ki, ərizə yazılan zaman ərizəçinin (onun nümayəndəsinin) şəxsiyyəti müəyyən edilmiş, hüquq və vəzifələri izah edilmiş, sözügedən miras qalmış bütün əmlakdan imtina barədə ərizəni İddiaçı imzası ilə təsdiq etmişdir. Göstərilənlərə əsasən, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının prosessual hüquqi varisi X10 məhkəmə iclasında, Cavabdeh1 onun anasını polisə şikayət etməklə təhdid etdiyini, anasının isə həmin təhdidə görə imtina ərizəsi verdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “İddiaçı X5 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan ona düşən paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada imzaladığı 15 dekabr 2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi” hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi 15 dekabr 2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi hissəsində təmin olunmadığından, “X8 məxsus ünvan 1 ünvanına dair ünvan 2qqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı və Cavabdeh1 vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması” hissə də də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 50 saylı Notariat Kontoru cəlb edilməklə “vəfat etmiş oğlu X5 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan ona düşən paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada imzaladığı 15 dekabr 2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, X8 məxsus ünvan 1 ünvanına dair ünvan 2qqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı və Cavabdeh1 vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 50 saylı Notariat Kontoru cəlb edilməklə “vəfat etmiş oğlu X5 miras qalmış bütün daşınar və daşınmaz əmlaklardan ona düşən paydan Cavabdeh1 xeyrinə imtina etməsinə dair notarial qaydada imzaladığı 15 dekabr 2018-ci il tarixli ərizənin etibarsız hesab edilməsi, X8 məxsus ünvan 1 ünvanına dair ünvan 2qqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı və Cavabdeh1 vərəsə kimi miras əmlakdakı hər birinin 1/3 hissəsinə vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia təmin ediməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar