Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-845/2021 03.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi İddiaçı Əlisəfər oğlunun iştirakı ilə Ərizəçi İddiaçı Əlisəfər oğlunun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Əlisəfər oğlu şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni onunla əsaslandırdı ki, X1 09.03.1960-ci ildə Şəki şəhərində anadan olmuşdur. Bacısı 1997-ci ildən Şizofreniya paranoid forma, remissiya diaqnozlu xəstəlikdən əziyyət çəkdiyindən, ona 1997-ci ilədn Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ömürlük müddətsiz 2-ci qrup əlillik təyin olunmuşdur.Bacısı Ziyafət həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtayacı vardır. X1 özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətləin mənasını dərk etmir. Ona görə məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olynanlara əsasən 09.03.1960-cı il təvəllüdlü X1nın fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və həmin şəxsin üzərində onun qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi İddiaçı Əlisəfər oğlu ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı Əlisəfər oğlu Bakı şəhəri,Nizami rayonu, B.Nuriyev küçəsindəki 48A saylı evin 29-saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsin 17.06.2021-ci il tarixli 1302 nömrəli ekspert rəyindən görünür ki, X3 hazırki psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 09.03.1960-ci il təvəllüdlü X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.03.1960-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsindəki 48A saylı evin 29 saylı mənzilində qeydiyyatda olan X3 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-845/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-845/2021
03.11.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver