Məhkəmə qərarları › İş №2(007)-849/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-849/2022

03.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-849/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə ərizə verərək göstərdi ki,Cavabdeh1 qeydiyyat ünvanı ünvan 1lirlər Baş İdarəsinə qarşı iddia tələbi isə məhkəmə aidiyyəti qaydaları pozulmaqla verilmişdir.Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi inzibati orqandır.Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 vəsatətə münasibət bildirərək göstərdi ki, aidiyyətlə bağlı vəsatət əsassızdır.Belə ki,cavabdehlərdən birinin, Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu,H.Əliyev prospekti 105 olduğundan bu işə Nizami Rayon Məhkəməsində baxılmalıdır. Cavabdehlər iki və daha çox olduqda və onların ünvanları müxtəlif olduqda ərazi aidiyyətinin müəyyən olunması qanunvericiliyə görə iddiaçının seçimindən asılıdır.İddiaaçı öz vəsatətində əvvəldən axıra kimi işin məhkəmə aidiyyəti üzrə inzibati məhkəmədə baxılmalı olduğunu bildirsə də,sonda ərazi aidiyyətinin dəyişdirilməsini xahiş etmişdir.Qeyd olunanlara əsasən vəsatətin rədd olunmasını xahiş edir. Cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkıməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Cavabdeh Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsasən: 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. İddia ərizəsinin məzmunundan görünür ki,hazırkı mübahisə kommersiya münasibətlərindən yaranmışdır. Ona görə də mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil2 işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 və Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar