Məhkəmə qərarları › İş №2(007)-862/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-862/2022

25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-862/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 09.05.2020-ci il və 11.12.2019-cu il tarixli müqavilələrə əsasən, LG markalı paltaryuyan və Lenovo TB markalı komputer almış və nəticədə 584 manat borc yaranmışdır. Cavabdeh 11.12.2019cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1191 manat (yəni 18 ay x 66 manat + 0 manat ilkin ödəniş) olan LG markalı paltaryuyan üçün ümumilikdə 420 manat olmaqla ondan 382 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 09.05.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 336.6 manat (yəni 12 ay x 24.8 manat + 39 manat ilkin ödəniş) olan Lenovo TB markalı komputer üçün ümumilikdə 164 manat olmaqla ondan 149.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14.8 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 996.4 manat təşkil edir. Qeyd olunanlara əsasən 11.12.2019-cu il tarixli müqavilə üzrə, LG markalı paltaryuyan üçün 382 manat ödənilməmiş hissə, 38 manat cərimə, 09.05.2020-ci il tarixli müqavilə üzrə Lenovo TB markalı komputer üçün 149.2 manat ödənilməmiş hissə, 14.8 manat cərimə, ümumilikdə 584 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il tarixli 01118499 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə LG markalı paltaryuyan verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 11.12.2019-cu il tarixli 01118499 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 18 ay müddətinə 66 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 22.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 11.12.2019-cu il tarixli 01118499 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 382 manat ödənilməmiş hissə, 38 manat cərimə, cəmi 420 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 09.05.2020-ci il tarixli 20269586 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə Lenovo TB markalı komputer verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 09.05.2020-ci il tarixli 20269586 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə 24.8 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 12.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 09.05.2020-ci il tarixli 20269586 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 149.2 manat ödənilməmiş hissə, 14.8 manat cərimə, cəmi 164 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh ünvanlanmış 14.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 11.12.2019-cu il və 09.05.2020-ci il tarixli müqavilələrə əsasən, istifadəsinə, LG markalı paltaryuyan, Lenovo TB markalı komputer üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 23.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 11.12.2019-cu il tarixli 01118499 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə , LG markalı paltaryuyan verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 11.12.2019-cu il tarixli 01118499 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 20-dən gec olmayaraq 18 ay müddətinə 66 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. 09.05.2020-ci il tarixli 20269586 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə , Lenovo TB markalı komputer verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 09.05.2020-ci il tarixli 20269586 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 20-dən gec olmayaraq 12 ay müddətinə 24.8 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. 11.12.2019-cu il tarixli müqavilə üzrə, LG markali paltaryuyan üçün 382 manat ödənilməmiş hissə, 38 manat cərimə, 09.05.2020-ci il tarixli müqavilə üzrə Lenovo TB markalı komputer üçün 149.2 manat ödənilməmiş hissə, 14.8 manat cərimə olmaqla, ümumilikdə 584 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar