Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-864/2022 25.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə 12.07.2019-cu il və 23.08.2019-cu il tarixli müqavilələrə əsasən, HOFFMANN LED TV, Router TP-LİNK, İMEİ Kodu **********62318 Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full, Earphones Panasonic almış və nəticədə 169 manat borc yaranmışdır. Cavabdeh 12.07.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 582 manat (yəni 11 ay x 52 manat + 10 manat ilkin ödəniş) olan HOFFMANN LED TV, Router TP-LİNK üçün ümumilikdə 143 manat olmaqla ondan 130 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh 23.08.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 483 manat (yəni 20 ay x 24 manat + 3 manat ilkin ödəniş) olan İMEİ Kodu **********62318 Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full, Earphones Panasonic üçün ümumilikdə 26 manat olmaqla ondan 24 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 911 manat təşkil edir. Qeyd olunanlara əsasən 12.07.2019-cu il tarixli müqavilə üzrə , HOFFMANN LED TV, Router TP-LİNK üçün 130 manat ödənilməmiş hissə, 13 manat cərimə, 23.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********62318 Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full, Earphones Panasonic üçün 24 manat ödənilməmiş hissə, 2 manat cərimə, ümumilikdə 169 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli 00777129 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə HOFFMANN LED TV, Router TP- LİNK verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 12.07.2019-ci il tarixli 00777129 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 12-dən gec olmayaraq 11 ay müddətinə 52 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 22.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12.07.2019-cu il tarixli 00777129 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 130 manat ödənilməmiş hissə, 13 manat cərimə, cəmi 143 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.08.2019-cu il tarixli 00864156 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə İMEİ Kodu **********62318 Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full, Earphones Panasonic verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 23.08.2019-cu il tarixli 00864156 nömrəli ödəniş cədvəlindən görünür ki, hər ayın 23-dan gec olmayaraq 20 ay müddətinə 24 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 12.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23.08.2019-cu il tarixli 00864156 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə Cavabdeh 24 manat ödənilməmiş hissə, 2 manat cərimə, cəmi 26 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC-nin Cavabdeh ünvanlanmış 13.12.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu ildə 23.08.2019-cu il tarixli müqavilələrə əsasən istifadəsinə, HOFFMANN LED TV, Router TP-LİNK və İMEİ Kodu **********62318 Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full, Earphones Panasonic üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. "xxxx" MMC öhdəliyin yerinə yetirilməsini, əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödənilməsini xahiş edir. Əks təqdirdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İşə əlavə olunmuş 23.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, 12.07.2019-cu il tarixli 00777129 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə, HOFFMANN LED TV, Router TP-LİNKverilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 12.07.2019-cu il tarixli 00777129 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 12-dən gec olmayaraq 11 ay müddətinə 52 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımi qaydada icra etməmişdir. 23.08.2019-cu il tarixli 00864156 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə görə "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə , İMEİ Kodu **********62318 Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full, Earphones Panasonic verilmiş, cavabdeh müqaviləyə əsasən borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, borcun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyi icra etməmişdir. Tərəflər arasında bağlanmış 23.08.2019-cu il tarixli 00864156 nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 23-dən gec olmayaraq 20 ay müddətinə 24 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Mecellesinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 12.07.2019-cu il tarixli müqavilə üzrə, HOFFMANN LED TV, Router TP-LİNK və qulaqlıq üçün 130 manat ödənilməmiş hissə, 13 manat cərimə, 23.08.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********62318 Samsung Galaxy A10 markalı telefon, 4D Glass Full, Earphones Panasonic üçün 24 manat ödənilməmiş hissə, 2 manat cərimə, ümumilikdə 169 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-864/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-864/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver