Məhkəmə qərarları › İş №2(007)-868/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-868/2023

19.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-868/2023 19.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi, İddiaçı, onun vəkili X3, X1 iştirakları ilə, İddiaçı Konı̇ kov İ̇osı̇ f Petrovı̇ çin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı “vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Konı̇ kov İ̇osı̇ f Petrovı̇ ç mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontoru cəlb edilməklə Cavabdeh qarşı “vəsiyyətnamənin qismən etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,0 kv.m olan 2 otaqlı mənzilin mülkiyyətçisi X14mşdur. Cavabdeh ölən Fana Petrovnanın bacısı qızı olmuşdur. O, isə ölənin qardaşı olmuşdur. Fana Petrovna ona bacı, o, isə ona qardaş olaraq qohum münasibətlərində olmuş və yuxarıda qeyd edilən ünvanda yaşamaqla o, həmin mənzilin mülkiyyətçisi olmuşdur. 30 may 2014-cü il tarixdə vəfat etmişdir, vəfat edənə qədər yaşlı bacı-qardaş kimi, bir-birlərinin məişət və insani qayğılarının ödənilməsində bir-birlərinə kömək, dayaq olmaq üçün onun mənzilində yaşamışdır. Bildirir ki, istinad etdiyi 2014-cü il tarixdə eləcə də özünün xüsusi mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 8B, mənzil 12-də yerləşən daşınmaz əmlak olmuşdur. Bacısı ilə münasibətlərdə səmimi olmuşlar, ömrünün sona çatacağı halda mülkiyyətində olan mənzillərin və digər mənzil-məişət əşyalarla bağlı belə razılığa gəlmişdilər ki, öləcəkləri halda bir-birlərinə vəsiyyət edəcəklər. 30 may 2014-cü il tarixdə bacısı X17 vəfat elmişdir, onun dəfn mərasimlərindən sonra uzun müddət onun mənzilində yaşamaqda davam etmişdir. Onun ölümündən təxminən bir ilə yaxın müddət keçəndən sonra cavabdeh iddiaçıdan onun mənzilini tərk etmək barədə xəbərdarlıq etmişdir, bu tələbi onunla əsaslandırmışdır ki, X10 qoyduğu vəsiyyətnamə əsasında onun mülkiyyətinə keçmişdir. Səhhəti ilə bağlı o, uzun müddət həmin vəsiyyətnamənin etibarsızlığını məhkəmədə mübahisələndirə bilməmiş, hazırda qərara gəlmişdir ki, vəsiyyətnaməni mübahisələndirsin. Bakı şəhəri 6-cı Dövlət Notariat Kontorunda 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamədən görünür ki, X17 ünvan 3 (küçənin əvvəlki adı Bakı şəhəri 2-ci şəhər kənarı küçəsi) ünvanında yerləşən, ümumi sahəsi 47,0 kv.metr olan 2 otaqlı mənzilini bərabər hissələrdə X6 və Cavabdeh Əziz qızına vəsiyyət etmişdir. X8 ölən Fana Petrovnanın oğlu, Cavabdeh isə bacısı qızıdır. Qanun üzrə vərəsə X8 01 iyun 2009-cu ildə vəfat etmişdir, bu səbəbdən də mirası qəbul edə bilməmişdir. Miras əmlakı miras qoyanın ölümündən sonra tam olaraq Cavabdeh Əziz qızı qəbul etmişdir. Yuxarıda qeyd etdiyi kimi cavabdehin adına Bakı şəhəri 6 saylı Notarius Kontorunda qoyulmuş 03 iyun 2003-cü il tarixdə tərtib və təsdiq edilmiş vəsiyyətnamədən aşağıda göstərilən əsaslara görə etibarsız hesab edilməlidir. 1.Vəsiyyətnamənin məzmunundan göründüyü kimi vəsiyyətnamə rəsmi dövlət dilində tərtib edilmişdir. Notarius hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 9-cu maddəsinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun “13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs dövlət dilini bilmirsə, rəsmiləşdirilmiş sənədin mətni ona notarius, yaxud tərcüməçi tərəfindən tərcümə olunmalıdır. Bildirir ki, mirasqoyan X17 milliyətcə rus olmuşdur, rus ailəsində anadan olmuş, rus dilində orta məktəbdə oxumuşdur, o, azərbaycan dilini bilməmişdir və bu səbəbdən də Azərbaycan dilində danışa bilməmişdir. Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü il tarixli vəsiyyətnamə Azərbaycan yəni dövlət dilində tərtib və təsdiq edilmişdir. Vəsiyyətnamə bir vərəqdə tərtib edilmişdir. Tərtib edilmiş həmin vəsiyyətnamənin üzərində mirasqoyanın qeyri, azərbaycanlı olduğu bilindiyi halda onun Azərbaycan dilində yaza bilməsi, Azərbaycan dilində oxuya bilməsi, Azərbaycan dilini bilməsi, Azərbaycan dilində yazılmış vəsiyyətnamənin məzmunun rus dilində ona izah olunması barədə hər hansı bir qeyd aparılmamışdır. Mülki Məcəllənin 1180.2-ci maddəsinə əsasən vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Buna əlavə olaraq bildirir ki, mirasqoyan X17 ilə bacı qardaş kimi 2009-cu ildən o, ölənə qədər bir yerdə onun mənzilində birgə təsərrüfatı idarə etməklə yaşamışlar, hərgah onun, mənzili cavabdehə vəsiyyət etmək niyyəti olmuş olsa idi və real olaraq mənzili ona vəsiyyət etmiş olsa idi bunu onunla müzakirə edər, ən azı ölüm ərəfəsi ona demiş olardı, çünki əmlakları ilə niyyətlərini birgə müzakirə edəcək qədər yaxın olmuşlar. Buna görə də hesab edir ki, mirasqoyan X17 adından tərtib edilmiş və Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu Ə.İmanov tərəfindən təsdiq edilmiş 02 iyun 2003-cü il tarixli vəsiyyətnamə ölənin son iradəsini ifadə etmir, vəssiyyətnamə qanun tələblərinin pozulması ilə təsdiq edilmişdir. Hesab edirəm ki, bu şəxs Cavabdeh Əziz qızı olmuşdur, məhz o adına vəsiyyətnamə qoyulana qədər mirasqoyanla yaxınlıq eləmiş vəsiyyətnamənin əldə edilməsi ilə bağlı məqsədinə nail olduqdan sonra həmin dövrdə xəstə və yaşlı olan mirasqoyanı baxımsız qoymuşdur. Beləliklə hesab edir ki, cavabdeh mirasqoyanı onun iradəsinə zidd olaraq notariat kontoruna başqa ad altında aparmış, burada o mirasqoyanı aldadaraq başqa ad altında öz adına vəsiyyətnamə yazdırmağa nail olmaqla miras qoyanın son iradəsinə təsir göstərməklə özünün vərəsəliyə çağırlmasına nail olmuşdur ki, məqsədi qanunsuz yolla əmlak əldə etmək olmuşdur, buna görə də yuxarıda qeyd edilən tarixli vəsiyyətnamə cavabdehə aid hissədə etibarsız hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X15 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 4 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 6 saylı Notariat Kontorunun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını, onun vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 30 iyul 2014-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2003-cü ildə təsdiq edilən və reyestrdə 2V- 51 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2014-cü ildə vəfat etmiş X10 vəsiyətnamədə göstərilən vərəsəsi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 177-də yaşayan Cavabdehdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 47.0 kv.m, yaşayış sahəsi 29.01 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. - Cavabdeh 04 iyul 2014-cü il tarixdə ünvan 4 ünvanlandığı ərizənin surətindən görünür ki, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmişdir. - 01 iyun 2014-cü il tarixli, 05 nömrəli arayışın surətindən görünür ki, X17 ünvan 3 ünvanında yaşayır, o, xx.xx.2014-cü ildə vəfat edənədək qeydiyyatda tək özü olmuşdur. - Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 iyun 2009-cu il tarixdə verilmiş AZ-İ № 365432 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 iyun 2009-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 20 iyun 2009-cu il tarixdə 647 nömrəsi ilə qeyd edilmişdir. - Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən 06 iyun 2014-cü il tarixdə verilmiş AZ-İ № 679435 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 06 iyun 2014-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 iyun 2014-cü il tarixdə 558 nömrəsi ilə qeyd edilmişdir. - 03 iyun 2003-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 ünvan 3 ünvanında yerləşən mənzili X9 və Cavabdeh bərabər hissələrdə vəsiyyət etmişdir. - Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin MH seriyalı, 003431 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil X10 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabında 574 səhifəsində 30/85808 № ilə 19 mart 1996-cı il tarixdə qeydiyyat aparılmışdır. - Dövlət Notariat Arxivinin 09 iyul 2014-cü il tarixli məktubunun surətindən görünür ki, 03 iyun 2003-cü il tarixdə 2-V-51 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin xx.xx.2014-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil edilməmişdir. - Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin 10 iyun 2014-cü il tarixli məktubunun surətindən görünür ki, X10 nikahda olub-olmaması barədə 1995-ci ildən xx.xx.2014-cü ilədək elektron bazada məlumat aşkar edilməmişdir. - Bakı şəhəri 6 saylı Notariat Kontorunun 13 aprel 2023-cü il tarixli, X-630 nömrəli məktubundan görünür ki, mərhum X12 miras qalmış əmlaklara dair Bakı şəhəri 6 saylı notariat ofisinə mərhumun vəsiyyətnamə üzrə vərəsəsi X2 müraciət etmiş, vərəsəlik işi açılmış və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vəsiyyətnamədə göstərilən digər vərəsə vəfat etmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X17 xx.xx.2014-cü ildə vəfat etmişdir. 03 iyun 2003-cü il tarixli vəsiyyətnaməyə əsasən X17 ünvan 3 ünvanında yerləşən mənzili X9 və Cavabdeh bərabər hissələrdə vəsiyyət etmişdir. X11 20 iyun 2009-cu il tarixdə ölmüşdür. X10 vəsiyyətnamə üzrə vərəsəsi X2 Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət etmiş və X12 miras qalmış əmlaka dair vərəsəlik işi açılmış və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 30 iyul 2014-cu il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2014-cü ildə vəfat etmiş X10 vəsiyətnamədə göstərilən vərəsəsi Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 75, mənzil 177-də yaşayan Cavabdehdır. Miras əmlak ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 47.0 kv.m, yaşayış sahəsi 29.01 kv.m olan 2 otaqlı mənzildən ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 03 iyun 2003-cü il tarixli vəsiyyətnamədən göründüyü kimi X17 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 47.0 kv.m, yaşayış sahəsi 29.01 kv.m olan 2 otaqlı mənzildən ibarət olan miras əmlakı Cavabdeh və X9 vəsiyyət etmişdir. Lakin X11 miras qoyandan əvvəl ölmüşdür və iş materiallarından göründüyü kimi X7 vərəsəsi müəyyən olunmamışdır. Belə olan halda Cavabdeh vəsiyyət üzrə yeganə vərəsə olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 04 iyul 2014-cü il tarixdə ünvan 4 ünvanlandığı ərizənin surətindən görünür ki, Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciət etmişdir və miras əmlakı qəbul etmişdir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən vəsiyyətnamədə göstərilən şəxslərə keçməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bundan başqa İddiaçı miras qoyan X5rdaşıdır və birinci dərəcəli vərəsəsi deyil. Mülki Məcəllənin tələbinə görə mirasda məcburi payı da yoxdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1159.1.1-ci maddəsinə əasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr hesab olunur. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsini xahiş edir. Lakin, vəsiyyətnamənin etibarsız hesab olunması üçün iddia ərizəsində ehtimallara əsaslanan dəlillər qeyd edib. Belə ki, iddiaçı, iddia ərizəsində “hesab edir ki, cavabdeh mirasqoyanı onun iradəsinə zidd olaraq notariat kontoruna başqa ad altında aparmış, burada o, mirasqoyanı aldadaraq başqa ad altında öz adına vəsiyyətnamə yazdırmağa nail olmaqla miras qoyanın son iradəsinə təsir göstərməklə özünün vərəsəliyə çağırlmasına nail olmuşdur ki, məqsədi qanunsuz yolla əmlak əldə etmək olmuşdur” qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-ci maddəsinə əsasən əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230-ci maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qanunun tələbindən aydın olunur ki, vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtlərə və qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Beləliklə, göründüyü kimi vəsiyyətnamə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə və qaydalara uyğun tərtib edilmiş, həmçinin mirasqoyan X17 Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnaməni 03 iyun 2003-cü il tarixdə qoymuşdur, 06 iyun 2014-cü il tarixdə isə ölmüşdür. İddiaçının bildirdiyi kimi əgər cavabdeh mirasqoyanı onun iradəsinə zidd olaraq vəsiyyətnamə qoymağa məcbur etsə idi 11 il ərzində mirasqoyan vəsiyyətnaməni ləğv edə yaxud yenisini tərtib edilə bilərdi. Qeyd olunanlarla yanaşı məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mirasın etibarsız hesab olunması barədə iddia tələbi ilə 20 ildən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1231.1-ci maddəsinə əsasən vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı “Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, ərizənin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontorunun notariusu İ.Ə.İmanov tərəfindən təsdiq edilmiş 03 iyun 2003-cü ildə tərtib edilmiş vəsiyyətnamənin hissəvi, yəni Cavabdeh vəsiyyət etməsi hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiy gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar