Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-88/2022 27.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,cavabdehlə bağlanmış 10.08.2019-cu il tarixli müqaviləyə əsasən ona “Hoffmann LED” markalı televizor nisyə satılmışdır.Lakin cavabdeh aldığı malın pulunu tam olaraq ödəməmişdir.Belə ki,onun 623 manat borcu qalmışdır.Qeyd olunanlara əsasən 10.08.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh “Hoffmann LED” markalı televizor üçün 567 manat əsas borc, 56 manat cərimə olmaqla cəmi 623 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki,ona televizoru xarab vəziyyətlə satıblar. Bununla bağlı iddiaçı tərəfə məktub yazsa da, məktubu cavabsız qalıb. Bundan sonra məcbur olub televizoru təmir etdirmişdir. Ona təzə televizor versələr ödənişini edər. Deffekti olan televizora görə hər hansı bir vəsait ödəməyəcək.Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki iddia təmin olunmasın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.08.2019-cu il tarixli, 00835519 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh “Hoffmann LED” markalı televizor satılmışdır. Cavabdeh “Hoffmann LED” markalı televizora görə müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10.08.2019-cu il tarixli 00835519 nömrəli müqavilənin ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 20-dən gec olmayaraq 11 ay müddətinə hər ay 63 manat ödəniş etməyi öhdəsinə götürür. İş materiallarında olan 04 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 10.08.2019-cu il tarixli 00835519 nömrəli müqavilə üzrə cavabdehin 567 mannat əsas borcu, 56 manat cərimə olmaqla cəmi 623 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, "xxxx" tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Radiotexnika və Telekommunikasiya Kafedrasının professoru Rəhimov Ağarəhim və mühəndis Nəcəfov Baloğlan tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunur ki, “İstehlakçı Cavabdeh iştirakı ilə “Hoffmann” 43 A3500 (1910314M-00462) markalı televizora baxış keçirilən zamanı heç bir fiziki zədələnmə aşkarlanmdı,ekspertiza zamanı plombu açıq olduğuna görə dəqiq rəy vermək mümkün olmadı” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. İşin hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10.08.2019-cu il tarixli,00835519 nömrəli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh “Hoffmann LED” markalı televizor nisyə olaraq satılmış,cavabdeh 11 ay müddətində televizorun dəyərini hə ay 63 manat olmaqla ödəmək barədə öhdəlik gğtürmüşdür.Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi tam və layiqincə yerinə yetirməmişdir.Nəticədə cavabdehin 567 mannat əsas borcu,56 manat cərimə olmaqla cəmi 623 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə əsas borc hissəsində təmin olunmalıdır. Məhkəmə qeyd olunan müqavilə üzrə dəbbə puluna qiymət verərək hesab edir ki, həmin hissədə iddia qismən təmin olunmalı dəbbə pulu azaldılmalıdır.Belə ki,56 manat dəbbə pulu əsas borca nisbətdə tənasübsüz olaraq yüksəkdir. Ona görə də cəriməni azaldaraq 05 manat müəyyən edir. Cavabdehin televizoru alarkən qüsurlu olması barədə dedikləri,işdə olan sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 10.08.2019-cu il tarixli 00835519 nömrəli müqavilə üzrə “Hoffmann LED” markalı televizor üçün 567 manat əsas borc,05 manat cərimə,30 manat dövlət rüsumu,cəmi 602 manat tutulmalıdır,iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə 10.08.2019-cu il tarixli, 00835519 nömrəli müqavilə üzrə “Hoffmann LED” LED markalı televizor üçün 567 manat əsas borc, 5 manat cərimə, 30 manat dövlət rüsumu, cəmi 602 manat tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-88/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-88/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver