Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-883/2020 18.03.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı1, onun nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı1 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinədair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru və Cavabdeh1 qarşı “alqısatqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 fevral 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış AN-İ N ******* alqı-satqı müqaviləsinin etibarsız sayılması, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhəri Ərazi idarəsi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2017-ci il tarixli mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarış) ləğv edilməsi, məhkəmə xərclərinin Cavabdeh1 tutulması, Cavabdeh1 və etibarnaməni rəsmləşdirən Bakı şəhəri 14 saylı Notariat kontorunun notariusu X5 barələrində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 fevral 2017-ci il tarixdə Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən guya o, ona məxsus Bakı şəhəri, Hüseyn Cavid prospekti 577-ci məhəllə ev 87A yerləşən yaşayış sahəsini Cavabdeh1 satmışdır. Hesab edir ki, sözü gedən alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və ondan irəli gələn çıxarış ləğv edilməlidir. Bu məsələ ilə bağlı o, ilk növbədə hüquq-mühafizə orqanlarına verdiyi şikayətlə əlaqədar Bakı şəhəri, Nizami RPİnin İŞ-i qəbul etdiyi 26 may 2019-cu il tarixli qərarda müəyyən edilənlərə əsasən məlum olmuşdur ki, alqi-satqı müqaviləsində satıcı qismində adından iştirak edən X4 14 saylı Bakı şəhəri Notariat Kontorunda rəsmləşdirilmiş etibarnamə saxtalaşdırma yolu ilə həyata keçirilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı1 nümayəndəsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N-0595736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, oğluna evi satması üçün etibarnamə verməmişdir. Oğlu ona məxsus olan evi saxta etibarnamə əsasında onun adından satmışdır. Məhkəmə tərəfindən kapital Bankdan tələb edilmiş məxaric-mədaxil qəbzlərindəlki imza onun oğluna aid deyil. Həmin imza saxtadır. Ona görə də hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, kapital bank tərəfindən təqdim edilmiş vəsaitin alınması ilə bağlı qəbzdəki imza ona aiddir, lakin bildirdi iki, bank tərəfindən vəsaitinin həqiqətən onlar tərəfindən alınmasını təsdiq edən sənəd belə bir qəbz deyil, kassa məxaric ordeni omalıdır. Bu da onu təsdiq edir ki, həmin vəsait onlar tərəfindən bankdan alınmamışdır. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyəib izahat verərək göstərdi ki, evi İddiaçı1 oğlundan notariusda alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Sonrdan ona məlum olmuşdur ki, iddiaçının nümayəndəsi olan oğlu İddiaçı1 xəbəri olmadan həmin evi ona satmışlar. Ev satılarkən evdə kirayə yaşayanlar var idi. Onlar ev satıldıqdan sonra evdən çıxacaqlarını bildirsələr də alq-satqıdan sonra evdən çıxmamışlar. İddiaçının nümayəndəsi X7 onun yanına gətirərək özlərinin nümyəndəsi və vəkili kimi təqdim etmiş və həmin şəxslərin evdən müvəqqəti müddət üçün çıxarılmamaısnı xahiş etmişdir. Bunu iddiaçının evin satılmasından xəbəri olduğu təqdirdə, oğlu Hüeyini mirasdan məhrum edəcəyi ilə əlaqələndirmişlər. Onlara yazığı gəldiyindən onlara müvəqqəti vaxt vermişdir. Lakin kirayə yaşayanlar həmin müddət bitdikdən sonra da çıxmamışdır. İddiaçının və digər şəxslərin mənzildən çıxarılmasına dair Yasamal rayon Məhkəməsində onun tərəfindən iddia qaldırılmışdır. Lakin bu iddia ilə bağlı həmin işin icraatı dayandırılmışdır. O, bildirdi ki, vicdanlı alıcıdır. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında X8 şahid qismində ifadə verərək göstərmişdir ki, onun, tərəflərlə qohumluq münasibətləri yoxdur. Onun tanışı İsmayılov Famil adlı şəxs 2016-cı ilin axırlarında ona zəng edərək onunla görüşmüş və bildirmişdir ki, İddiaçı1 və onun öğlu Hüseyni aldatmışlar. Buna görə dəondan həmin şəxslərə kömək etməsini xahiş etmişdir. O, Hüseyndən hansı sənədlərin olmasını soruşmuş, lakin o heç bir sənədlərinin olmadığını bildirmişdir. İki aydan sonra onunla yenidən əlaq saxlayaraq, onlara kömək etməsini istəmişdir. O, da vəkilə müraciət etmələrini onlara tövsiyyə etmişdir ki, həmin vəkil notariusa sorğu versin. Ondan sonra əllərində sənəd ilə təkrar onun yanına gəlmişlər. Onun tərəfindən sənədə nəzər salındıqda müəyyən etmişdir ki, onların sözügedən alqısatqı müqaviləsində imzaları olmuşdur. Lakin, onlar qeyd etmişlər ki, həmin imzadan xəbərləri yoxdur. Onun yanına gələnə qədər olan 2-3 ay müddət ərzində prokurorluğa şikayət etmişlər. Həmin şikayət Nəsimi Rayon Prokurorluğunda qeydə alınmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, müqavilədəki imza onların imzasıdır. Ona bildirmişlər ki, İddiaçı1 bunlardan xəbəri yoxdur. Ona görə də gedib Cavabdeh1 evin boşaldılmasına görə möhlət istəsinlər. Çünki həmin evdə hazırda kirayə yaşayanlar var və İddiaçı1 həmin kirayəçilərdən aylıq kirayə pulu alır. Kirayə qalanlar mənzildən çıxarılsa İddiaçı1 hər şeydən xəbəri olacaq. Ona görə də o, Cavabdeh1 yanına gedərək, ondan Hüseyingilə vaxt verməsini istəmişdir. Cavabdeh1 hətta iddiaçılara maddi yardım da etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Bakı şəhəri 50 saylı Notariat Kontorunun və iş üzrə üçücü şəxs qismində cəlb edilmiş AzərbaycanRespublikasıƏmlakMəsələləriDövlət KomitəsininyanındaDaşınmazƏmlakınDövlətReyestriXidmətinin 1 saylıBakıƏraziİdarəsinin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə şəxslərin, onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AN-İ ******* nömrəli, 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 adından etibarnamə əsasında nümayəndəsi X6 Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87A, 577ci məhəllə, 756 nömrəli mənzili Cavabdeh1 satmışdır. Satıcı əmlakı 30 000 manata alıcıya satmışdır. - 16 fevral 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı1 onun bütün əmlakını idarə etməyi, öz mülahizəsinə görə qanunla icazə verilmiş əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və s. hüquqlarını 5 il müddətinə X4 etibar etmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 155794 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 13 iyun 2003-cü il tarixdə qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzili xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır; - Bakı şəhərinin notariusu X9 tərəfindən "xxxx" ASC-nin Qara Qarayev filialına göndərilmiş məktubdan görünür ki, Bakı şəh., Mərdanov qar. küç., ev 117B-də qeydiyyatda olan Cavabdeh1 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pulu Bakı şəh., H,Cavid pr., ev 87A, mən. 756-da qeydiyyatda olan İddiaçı1 adından xx.xx.2017-ci il tarixdə 14 saylı NK tərəfindən təstiq edilmiş 7E-2075 saylı etibarnamə əsasında çıxış edən Bakı şəh., 9A MKR, M.Cəlal küç., ev 49, mən. 9-da qeydiyyatda olan X6 verilməsi üçün bankda olan AZ49AİİB******************** №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli çekin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 30 000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu çekə imza edərək təsdiq etmişdir. - 26 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, iş üzrə Cavabdeh1 və X1 əməlində dələduzluq cinayətinin tərkib əlamətləri olmadığına görə onların barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, istintaqa məlum olmayan şəxs və X3 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda göstərilmişdir ki, məhkəmə xəttşünaslıq ekspertizasının 21 may 2019cu il tarixli 10006 nömrəli rəyindən göründüyü kimi ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T" soyadı- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.Ekspertizaya təqdim edilmiş 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Beləliklə də aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamə saxtadır. Materialla müəyyən edilmişdir ki, isintaqa məlum olmayan şəxs tərəfindən rəsmi sənədi saxtalaşdırma baş vermiş, Hüseyn Məmmədov tərəfindən isə onun saxta olduğunu qabaqcadan bilə-bilə həmin sənəddən istifadə etmişdir. Nəzərə alsaq ki, istintaqa məlum olmayan şəxs və X6 tərəfindən nəzərdə tutulan cinayəti əməli törətmələrindən iki ildən artıq müddət keçmişdir. Belə olan halda istintaqa məlum olmayan şəxs və X3 barəsində cinayət işinin başlanması rədd edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87A, 577-ci məhəllə, 756 nömrəli mənzil İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 155794 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87a, 577-ci məhəllə, 756 nömrəli mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına 13 iyun 2003-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı1 16 fevral 2017-ci il tarixli etibarnamə ilə, onun bütün əmlakını idarə etməyi, öz mülahizəsinə görə qanunla icazə verilmiş əqdləri bağlamağı, o cümlədən almağı, satmağı, bağışlamağı və s. hüquqlarını 5 il müddətinə X4 etibar etmişdir. Həmin etibarnamə əsasında onun adından çıxış edən X6 18 fevral 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Hüseyn Cavid prospekti, ev 87A, 577-ci məhəllə, 756 nömrəli mənzili Cavabdeh1 satmışdır. Müqavilə əsasında həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə 30 mart 2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hazırda İddiaçı1 alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbinin “Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N-0595736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi”nə dair hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Məhkəmə qeyd edir ki, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X6ilə Cavabdeh1 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan daşınmaz əmlakın alqı-satqısına dair müqavilə bağlamışlar, Cavabdeh1 əmlakın dəyərini İddiaçı1 adından onun nümayəndəsi X3 depozit hesabına köçürülmüş, sonrakı hərəkətləri edərək mənzili mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə qeyd edir ki, iddiaçı 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunmasını xahiş etsə də, cavabdehin müqavilənin məhz hansı şərtlərini əhəmiyyətli dərəcədə pozması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Belə olan halda isə, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi ləğv olunması tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında alqı-satqı müqaviləsinin saxta etibarnamə əsasında aparıldığını bildirmiş, buna görə də alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, 26 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imza və “Məmmədov T” soyadı-X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu işin mübahissiz halıdır. Lakin, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən, həmin müqavilənin bağlandığı notariat kontorunda sözügedən etibarnamənin saxta olması müəyyən olunmamışdır. Eləcə də, Cavabdeh1 həmin etibarnamənin saxta olması barədə məlumatı olmamışdır. Belə olan halda, Cavabdeh1 vicdanlı əldə edən olduğunu görə iddia tələbi həmin hissədə təmin oluna bilməz. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərardda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, 16 fevral 2017-ci il tarixli AR-İ seriyalı № 457000 nömrəli etibarnamədə “imza” qrafasındakı imzanın X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən notarius tərəfindən müəyyən olunmadığıdan, həmçinin həmin imzanın saxta olması Cavabdeh1 məlum olmadığından, sözügedən alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 vicdanlı sahib olduğu müəyyən edilir və belə olan halda onun hüquqları qorunmalıdır. Həmçinin, 18 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə Cavabdeh1 tərəfindən ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pul vəsaiti İddiaçı1 adından etibarnamə əsasında çıxış edən X3 bankda olan depozit hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 18 fevral 2017-ci il tarixli qəbzə əsasən, X6 30 000 manat məbləğində pulu bankdan qəbul etmiş və bunu həmin qəbzə imza edərək təsdiq etmişdir. Buna görə də hazırki işin hallarından və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda əks olunan hüquqi mövqeyindən çıxış edərək məhkəmə hesab edir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla bağlanmış mübahisələndirilən alqı-satqı müqaviləsi, 16 fevral 2017-ci il tarixli etibarnamənin saxta olması əsası ilə ləğv edilə bilməz. Bütün bu qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə tam əsas verir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi X6 ilə onun arasında 18 fevral 2017-ci il tarixlərdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair müqavilə ləğv edilə bilməz, həmin əqdin ləğv edilməsi üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı əmlakı vicdanlı əldə edəndir. Məhkəmə onu da qeyd edir ki, nə qədər ki, mənzilin alqı-satqı müqavilələri qüvvədədir, onların etibarsız hesab olunması üçün əsaslar müəyyən edilməmişdir, o zaman həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi və ya ləğv edilməsi, o cümlədən bundan irəli gələrək digər tələblərin təmin edilməsi üçün əsaslar yoxdur, ona görə iddia tələbi həmin hissələrdə də təmin edilməməlidir. Bununla da, müəyyən olundu ki, iddiaçının iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, iddiaçı iddia tələbini əsaslı edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə hesab edir ki hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, cavabdeh tərəfindən iddiaçıya borcunun olması etira edildiyindən, habelə cavabdehin əməlində cinayət tərkibi olmadığından onun barəsində xüsusi qərardad çıxarılmasına əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı1 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru, Cavabdeh1 və iş üzrə üçücü şəxs qismində cəlb edilmiş AzərbaycanRespublikasıƏmlakMəsələləriDövlət KomitəsininyanındaDaşınmazƏmlakınDövlətReyestriXidmətinin 1 saylıBakıƏraziİdarəsinəqarşı “Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N-0595736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 cavabdehlər Bakı şəhəri 50 saylı Notariat Kontoru, Cavabdeh1 və iş üzrə üçücü şəxs qismində cəlb edilmiş AzərbaycanRespublikasıƏmlakMəsələləriDövlət KomitəsininyanındaDaşınmazƏmlakınDövlətReyestriXidmətinin 1 saylıBakıƏraziİdarəsinə qarşı “Bakı şəhəri 50 saylı Notariat Kontorunda bağlanmış 18 fevral 2017-ci il tarixli AN-İ N-0595736 nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, Azərbaycan Respublikası ƏMDK-sı yanında DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş, mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməsi, Bakı şəhəri 50 saylı Notariat Kontorunun notariusu K.Rəhmanov Cavabdeh1 və "xxxx" ASC-nin Qarayev filialının vəzifəli şəxsi barədə xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinə xəbər verilməsi, məhkəmə xərclərinin cavabdehlərdən tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-883/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-883/2020
18.03.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver