Məhkəmə qərarları › İş №2(007)-887/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-887/2022

16.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-887/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 326,78 manat borcun ünvan 1-nin hesabından (Abonet kodu **********01320) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yaşayır. Mənzil əvvəllər atası X2 adına olub. İddiaçı ilə (istehlakçi) (Abonet kodu **********01320) "Azəriqaz" İB-nin Nizami rayon X3 (paylayicı) arasında "Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" 10.07.2014-cü il tarixli, 5179 saylı Müqavilə bağlanmışdır. Mənzildə qazdan istifadə smart-kartla aparılır. 20.12.2021-ci ildə "Azəriqaz" İB Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təqdim olunan Xəbərdarlıqda qazdan istifadəyə görə 326,78 manat borclarının olduğu bildirirlir. Həmin borcun haradan, hansı əsasla yaranmağı barədə onlarda heç bir məlumat yoxdur. Əsassız hesablanmış həmin məbləğin araşdırılması və silinməsi üçün 22.12.2021-ci ildə "Azəriqaz" İB Bakı Regional Qazın Satışı Departamentinə müraciət etmiş, lakin həmin Departamentin verdiyi cavabda borcun nə vaxt, hansı əsasla yaranması barədə heç bir məlumat yazılmamışdır. Nəhayət araşdırmadan sonra onlara məlum oldu ki, guya 30.03.2018-ci ildə "Azəriqaz" İBnin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* saylı Akt tərtib olunmuş, həmin Aktda sayğacın qayka birləşməsinə vurulan polmbun olmadığı, həmçinin guya onlar tərəfindən imza etməkdən imtina olunduğu göstərilmişdir. Guya plomb olmadığı üçün 3 (üç) aylıq orta sərfiyyat hesablanıb. Üç ay üçün 1728 kub.m qaz sərf edildiyi göstərilir. Əgər abonentin saldosuna nəzər salsalar bütün dövrlər ərzində orta aylıq qaz sərfiyyatının 40-50 kub.m arasında olduğu aşkar olunar. Tərəflər arasında bağlanmış Müqavilənin 3.5-ci bəndində deyilir: İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcı İstehlakçı tərəfindən ödəniləmsini tələb edə bilməz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahata verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, əvvəl onlarda smart kart sayğacı quraşdırılmışdır. Yəni normal olaraq 20 manat ödəniş eləyirdi, bu da 3-4 ay ərzində ona kifayət edirdi ki, bu qaz təminatı davamlı olsun. Uzun illər boyu bu şəkildə davam edib. Bir dəfə 2021-ci ilin sentyabrında evə gəlib görmüşlər ki, onların borcları 345 manat olması ilə bağlı bildiriş gəlib. O, fərqinə varanda haradasa oktyabr-noyabr ayları idi. Borcun səhvlik olduğunu düşünüb əhəmiyyət verməmiş, ustündən bir müddət keçəndən sonra qazı bağladıqlarını, plomb kimi bir şey qoyduqlarını, amma tam bağlamadıqlarını görmüşlər. Həftə içi işdə olduğu üçün şənbə günü qaz idarəsinə yaxınlaşmış, orada ona Sənani deyilən bir şəxsin əlaqə nömrələri verilmiş, o da onlara hesablanan borcla bağlı əlaqə saxlamış, o da işləmədiklərini, regional qaz satışı idarəsinə müraciət eləmələrini demişdir. Sonra o, Asan kommunala müraciət etmiş, onlar oradan akt çıxartdılar ki, 2018-ci ildə akt tərtib olunub. Finans birləşməsində plomb yoxdur və 345 manat borc hesablama aparılıb, yəni özlərinin metrologiyası var da maksimalınan hesablayıblar. Qaz sayğacı blokda yerləşir. 2014-cü ildən həmin mənzildə daimi olaraq yaşayır. Ailə tərkibi də o, yoldaşı və iki uşaqdan ibarətdir. Evdə bir ədəd qaz plitəsi və hamamda qaz isidicisi var. Atasının adına məktub gəlmişdi ki, belə bir borc var və atası da onların evində qeydiyyatdadır. Azəriqaz müqaviləni onunla bağlayıb. Səhv eləmirsə 2017ci ildə evi özəlləşdirmişdir. Qaz sayğacı blok qəfəsində yerləşir. Sayğaca hansısa səbəbdən müdaxilə etməyinə, qaz sayğacını qırmağa heç bir motivi yoxdur. Evdə 3-5 manatlıq qaz istifadəsindən söhbət gedir. Buna onun heç bir marağı ola bilməz və hətta o, qanunu pozan insanda deyil. Ola bilsin ki, hansısa halda səhv olunsun. Onlarda qonşularda məcburi köçkünlər də var və o qonşuların 3-nə də eyni cərimə yazılıb. Onlarda axırıncı dəfə Rövnəq müəllimin adına məktub ünvanlayıb. Atası da Azəriqaza və regional qaz satışı departamentinə müraciət ünvanladı. Ordan cavab gəlmədi. Ona görədə İstehsalat Birliyinə müraciət etmişlər. Onlar da demişlər ki, həmin məbləğ mübahisələndirilməlidi və bu barədə onlara məktub göndərmişlər. O evlərində kombi olmadığını, evdə Mərkəzi isitmə sistemi və odun bərbad vəziyyətdə olduğunu, işləmədiyini, evi kondisioner və yağ isidicisiylə isitdiklərini, qaz sayğacının blokda bir mərtəbə yuxarı qalxanda arada blokun pəncərəsinin yanında yerləşdiyini, evlə sayğac arasında 2 metr məsafə olduğunu, onun əlinin sayğaca çatdığını, boyu çatmayan adamın ayağının altına nəsə qoyaraq, ya da pəncərəyə çıxa bildiyini, sayğacın qutuda olmadığını, istənilən şəxs tərəfindən müdaxilə edilə biləcəyini, bildirdi. 2018-ci ildə akt tərtib edildiyini, onun və atasının xəbəri olmadığını, 2014-cü ildə müqavilənin onun adına bağlandığını, sayğac blokda olduğundan onun mühafizə edə bilmədiyini, aktın tərtib olunmasından 4 il sonra məlumatları olduğunu, sayğac dəyişdiriləndə xəbərləri olduğunu, orada blombu kimin sındırdığından yenə də xəbərləri olmadığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini 2018-ci ilin 30 mart aylarında onların əməkdaşlarının Akt tərtib etdiklərini və akt tərtib edəndə o sayğacı çıxarmadıqlarını, aktda sayğacın qayka birləşməsində blomp olduğunu və sayğaca texniki baxış keçirilməsi və blomb vurulmasının qeyd olunduğunu, vətəndaşın hal-hazırda istifadə etdiyi sayğacı onların 25.08.2021-ci il tarixdə dəyişdiklərini, smart kart sayğaclarda ödənişi etdiyini və qazdan istifadə etdiyini, smartkartda ödəniş olmasa qazdan istifadə oluna bilinməyəcəyini, 2014-cü il iyul ayında abonetdə sayğacın dəyişdiyini, avqustda 20 manat ödəniş edildiyini, ötən müddətdə ödəniş edilmədiyini, bir də 2016-cı ilin yanvar ayında ödəniş edildiyini, dolayısı ilə bunun istehsalçı qazdan qeyriqanuni istifadə olunduğu üçün, blomba müdaxilə olunduğu üçün sayğacın müəyyən dövlərdə açılma və birləşmə ehtimalı düşünərək sərfiyyatı düzgün hesabladıqlarını sübut etdiyini, 2014-cü ildən 2021-cı avqust ayına kimi nəzər saldıqda abonentin ödənişləri düzgün aparmayan abonent olduğunu bildirdi. O, həmçinin qeyd etdi ki, sayğaçı quraşdırılanda blomb vurulur və akt tərtib edilir. Bundan başqa 2018-ci ildə akt tərtib edilib, 2021-ci ildə iddia verilib iddia müddəti ötürülüb. Qaz sayğacları Azəriqazın mülkiyyətindədir, sayğaclar təhlükəsizlik səbəbindən blokda yerləşdirilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 10.07.2014-cü il tarixli, 5179 saylı müqavilədən görünür ki, paylayıcı istehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq məlumatlandırmaq, istehlakçının istismarda olan qaz qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək və nəticələrin 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etmək, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq, təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsi nəticəsində istehlakçıya dəyən zərərin əvəzini ödəmək vəzifələrinə malik olduğu, İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, Paylayıcı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin Paylayıcının İstehlakçı tərəfindən ödəniməsini tələb edə bilməməsi müəyyən edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2018-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, ünvan 1 ünvanında 30.03.2018-ci il tarixdə qazın uçotu və TQİQ-nə riayət edilməsi yoxlanılmış və sayğacın qayka birləşməsinə vurulan blombun olmadığı müəyyən olunmuş, sayğaca texniki baxış keçirilməsi və blomb vurulması tələb olunmuşdur. - “Azəriqaz” İB tərəfindən istehlakçı Nəsibov Eldara ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcun 20.12.2021-ci il və 23.12.2021-ci il tarixə qədər borcun ödənilməsini təmin etmədiyi təqdirdə təbii qaz təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. -“Azəriqaz” İB tərəfindən hazırlanmış 30.03.2018-ci il tarixli, ******* nömrəli aktın əsas götürüldüyü sənəddən görünür ki, qüsur olaraq qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulan blombun olmadığı müəyyən olunmuş, sayğaca texniki baxış keçirilməsi və blomb vurulması tələb olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış 27.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, növbəti baxış zamanı ünvan 1 ünvanında istifadədə olunmuş qaz sayğacının filyans birləşmələrinə vurulmuş xüsusi nömrəli plombun olmadığı aşkarlandığı, ******* nömrəli aktın tərtib olunaraq 345,60 manat məbləğində hesabat aparıldığı və istehlakçı hesablarına daxil edildiyi məlum olmuşdur. - Abonentin saldosundan görünür ki, 2018-ci il tarixdə ünvan 1 ünvanında qazın sərfiyyatı digər illərə münasibətdə artaraq 1728 m3 olmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçının yaşadığı ünvanda Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2018-ci il tarixli, ******* nömrəli akt ilə 30.03.2018-ci il tarixdə qazın uçotu və TQİQ-nə riayət edilməsi yoxlanılmış və sayğacın qayka birləşməsinə vurulan blombun olmadığı müəyyən olunmuş, sayğaca texniki baxış keçirilməsi və blomb vurulması tələb olunmuşdur. Həmin müddət ərzində qazdan istifadəyə görə 326,78 manat borc yaranmış və plomb olmadığı üçün 3 (üç) aylıq orta sərfiyyat hesablanaraq 1728 kub.metr qaz sərf edildiyi göstərilmişdir. İddiaçı və atası X2 həmin borcdan və 30.03.2018-ci il tarixli aktdan heç bir məlumatı olmamışdır. “Azəriqaz” İB tərəfindən istehlakçı Nəsibov Eldara ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcun 20.12.2021-ci il və 23.12.2021-ci il tarixə qədər borcun ödənilməsini təmin etmədiyi təqdirdə təbii qaz təchizatının əlavə xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmiş, borc məbləğinin araşdırılması və silinməsi üçün 22.12.2021-ci ildə "Azəriqaz" İB Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilmiş, 27.12.2021-ci il tarixli cavab məktubu əsasında növbəti baxış zamanı ünvan 1 ünvanında istifadədə olunmuş qaz sayğacının filyans birləşmələrinə vurulmuş xüsusi nömrəli plombun olmadığı aşkarlandığı, ******* nömrəli aktın tərtib olunaraq 345,60 manat məbləğində hesabat aparıldığı və istehlakçı hesablarına daxil edildiyi məlum olmuşdur. Göründüyü kimi, iddiaçının yaşadığı ünvanda “qaz sayğacında zədənin olması” müəyyən edilmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Həmçinin istehlakçının əlavə qaz xəttinin çəkilməsi qaz paylayıcısı tərəfindən sübut edilməlidir. Göründüyü kimi 2018-ci il tarixdən əvvəlki vaxtlarda ünvan 1 ünvanında qazın orta sərfiyyatı 20-60 m3 olmuşdur. 30.03.2018-ci il tarixli, ******* nömrəli akt tərtib edildikdən sonra qazdan istifadəyə görə 326,78 manat borc yaranmış və plomb olmadığı üçün 3 (üç) aylıq orta sərfiyyat hesablanaraq 1728 metr3 qaz sərf edildiyi göstərilmişdir. Qaz paylayıcı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə 10.07.2014-cü il tarixli, 5179 saylı müqavilə ilə paylayıcı istehlakçını ildə bir dəfədən az olmayaraq (qaz qurğularının istismara verilmə və ya son texniki baxış tarixindən etibarən) “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun olaraq məlumatlandırmaq, istehlakçının istismarda olan qaz qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək və nəticələrin 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etmək müəyyən edilsə də, 2018-ci il tarixdən yenidən texniki baxış keçirilməmiş və bu barədə də istehlakçıya məlumat verilməmişdir. Məhəkmə onu da qeyd edir ki, qaz sayğacı bir mərtəbə yuxarıda blokda yerləşdiyindən və kənar şəxslərin müdaxiləsi də mümkün olduğundan iddia əsaslı olduğundan təmin edilməli və 326,78 manat borc İddiaçı hesabından silinməlidir. Məhkəmə cavabdeh “Azəriqaz” İB-nin “2018-ci ildə akt tərtib edilib, 2021-ci ildə iddia verilib iddia müddəti ötürülüb.” Dəlili ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Cavabdeh tərəfindən belə bir ərizə təqdim edilməmişdir. İddiaçı aktdan və 326,78 manat borcun yaranmasından 20.12.2021-ci il tarixli xəbərdarlıq məktubu aldıqdan sonra "Azəriqaz" İB Bakı Regional Qazın Satışı Departamentinə müraciəti nəticəsində aldığı 27.12.2021-ci il tarixli cavab məktubu ilə məlumatı olmuş və məhəkməyə 18.01.2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən İddiaçı (abonent nömrəsi **********01320) hesablanmış 326,78 manat məbləğində borc silinməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İB tərəfindən İddiaçı (abonent nömrəsi **********01320) hesablanmış 326,78 manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar