Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-899/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Zakı̇ r oğlunun cavabdehlər "xxxx" MMC-nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Nizami Rayon İcra Şöbəsinə qarşı “protokolun etibarsız hesab edilməsi, evin girovdan azad olunması və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Nizami Rayon İcra Şöbəsinə qarşı “kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, icra qeydinin ləğv edilməsi, mənzilin hərracda satılması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(007)-1153/2019 saylı icra vərəqəsinə əsasən cavabdeh X7 xx.xx.2010-cu il tarixli 164/e saylı kredit müqaviləsi üzrə cəmi 29483 ABŞ dolları borc Cavabdeh3 ASC-nin xeyrinə tutulmuşdur. Tutmanın girov qoyulmuş iddiaçıya məxsus qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Nizami Rayon İcra şöbəsi “Bakı Hərrac Mərkəzinə” həmin fərdi yaşayış evinin realizə edilməsinə dair sifariş göndərmişdir. "xxxx" 13 avqust 2021-ci il tarixdə ləğv prosesində olan ”Amrahbank” ASC-yə həmin fərdi yaşayış evinin təkrar hərracdakı satış qiymətinin 25 faiz az olmayan qiymətlə yəni, 78758 manat məbləğinə alınmasına dair bildiriş göndərmiş və "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında 20 avqust 2021-ci il tarixdə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 239/21 saylı protokol imzalanmışdır. Lakin 6 ay keçməsinə baxmayaraq alqı-satqı üzrə hələ də vəsait bank tərəfindən müvafiq depozit hesabına ödənilməmişdir. Lakin 20 avqust 2021-ci il tarixdən bu günə gədər satışdan əldə olunan məbləğ nə müvafiq depozit hesaba qaytarılıb, nə də ki satışdan əldə olunan vəsaitin qalan hissəsi iddiaçıya ödənilib. Buna görə də, "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması, Cavabdeh3 ASC-yə girov qoyulmuş ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinin girovdan azad olunması və xx.xx.2019-cu il tarixli 2(007)- 1153/2019 saylı icra sənədinin icra sənədini vermiş məhkəməyə qaytarılması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edib, ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hərrac birinci dəfə xx.xx.2021-ci il tarixdə keçirilib, ikinci dəfə xx.xx.2021-ci il tarixdə keçirilib. Banka təklif olunub və bankın nümayəndəsi protokolu imzalayıb. Lakin hələ də bank qət olunmuş 29483 ABŞ dollarını çıxıb qalıq məbləği qaytarmayıb. İddianın təmin edilməsini xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin direktoru İ.Bayramov iddiaya etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, hərracın keçirilməsi haqqında Nizami Rayon İcra və Probasiya Şöbəsinin №17/71-11E/36, xx.xx.2021-ci il tarixli sifariş məktubu xx.xx.2021 tarixdə "xxxx" MMC-yə daxil olmuşdur. Sifarişə əsasən Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2019 saylı, xx.xx.2019 il il tarixli icra sənədinə əsasən borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində 0,00699 ha torpaq sahəsində yerləşən ev № 36A fərdi yaşayış evi satılmalı və Cavabdeh3 ASC-yə olan borc ödənilməli idi. Əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən 105000 manat müəyyən edilmişdir. Sifarişi aldıqdan sonra "xxxx" MMC ilkin hərracın təşkili üçün “Market” qəzetinin № 87 (10777) 18.06.21-24.06.21 il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. 1-ci hərrac 105000 manat ilkin satış qiyməti əsasında, xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Hərracda iştirak üçün X1 ərizə vermiş və xx.xx.2021 il tarixdə keçirilən hərracda iştirak etmişdir. Lakin “İpoteka Haqqında” qanunun 43.1.1-ci maddəsinə əsasən 1-ci hərracda iki nəfərdən az alıcı olduğuna görə ilkin hərrac baş tutmamışdır. Təkrar hərracın təşkili üçün “Nedelya” qəzetinin № 76 (1236) xx.xx.2021xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir. Təkrar hərracda ilkin satış qiyməti “İpoteka Haqqında” Qanunun 43.1.1 və 43.5-ci maddələrinə əsasən 15% endirilməmiş (yəni, 1-ci hərracda iştirakçı olduğuna görə) və əmlak ilkin satış qiymətilə 105000 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. Təkrar hərrac xx.xx.2021-ci il tarixə, saat 11:00 təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır. Bu barədə “Market” qəzetinin № 103 (10793) 13.08.21- 19.08.21-ci il tarixli sayında təkrar hərracın baş tutmaması barədə elan verilmişdir. Bundan sonra əmlakı almaq tələbkar Cavabdeh3 ASC-yə təklif edilmişdir. Nəticədə, “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 ASC ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almış və əmlakın alqı-satqısına dair müqavilə və Y-239/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol imzalanmışdır. İddianın təmin edilməməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin direktoru İ.Bayramov iddia tələbini qəbul etməyib etirazla eyni məzmunlu izahat verib, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 iddianı qəbul etməyib izahatında bildirdi ki, hazırkı iddianın heç bir hüquqi əsası yoxdur. Buna görə də, iddianın təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı icra vərəqəsindən görünür ki, iddianın qismən təmin edilməsi, cavabdeh X7 14 sentyabr 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsi üzrə ödənilməmiş 20853 ABŞ dolları əsas, 8560 ABŞ dolları faiz, 70 ABŞ dolları cərimə borcu, cəmi 29483 ABŞ dolları (iyirmi doqquz min dörd yüz səksən üç dollar) (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Cavabdeh3 ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus, qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra qeydiyyatda olan İddiaçı, X2, X8, X3 həmin evə istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində evin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. - Cavabdeh1 "xxxx" MMC-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, ləğv prosesində olan Cavabdeh3 ASC-nə, İddiaçı, X4, X9 və X5 ünvanlandığı xx.xx.2021-ci il tarixli, 17/71/11E/36 nömrəli sifariş məktubundan görünür ki, İcra Şöbəsi tərəfindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)- 1153/2019 saylı icra sənədinin icrası ilə əlaqədar, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən, borclu İddiaçı məxsus fərdi yaşayış evinin açıq hərracda satışının təşkil edilməsi xahiş olunmuşdur. - "xxxx" MMC tərəfindən Cavabdeh1nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nə, İddiaçı, X4, X9 və X5 ünvanlanmış “Hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli 239/21 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac xx.xx.2021-ci il tarixdə saat 11:00-da MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilmişdir. - "xxxx" MMC tərəfindən Cavabdeh1nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nə, İddiaçı, X4, X9 və X5 ünvanlanmış “Hərracın keçirilməsinə dair” xx.xx.2021-ci il tarixli 239/21 nömrəli bildirişinin surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı icra sənədi üzrə ipoteka qoyulan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilmişdir və hərracda satılmalıdır. Hərrac xx.xx.2021-ci il tarixdə saat 11:00-da MMC-nin yerləşdiyi ünvanda keçiriləcəkdir, mənzilin ilkin satış qiyməti 105.000 manat məbləğində müəyyən edilmişdir. - İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli fərdi yaşayış evini 78750 manata almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı icra vərəqəsinə əsasən, iddianın qismən təmin edilməsi, cavabdeh X7 14 sentyabr 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsi üzrə ödənilməmiş 20853 ABŞ dolları əsas, 8560 ABŞ dolları faiz, 70 ABŞ dolları cərimə borcu, cəmi 29483 ABŞ dolları (iyirmi doqquz min dörd yüz səksən üç dollar) (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Cavabdeh3 ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus, qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi satıldıqdan sonra qeydiyyatda olan İddiaçı, X2, X8, X3 həmin evə istifadə hüquqlarına xitam verilməsi və ən geci bir ay ərzində evin boşaldılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hərracın keçirilməsi haqqında Nizami Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli sifariş məktubu xx.xx.2021 tarixdə "xxxx" MMC-yə daxil olmuşdur. Əmlakın ilkin satış qiyməti məhkəmə qətnaməsinə əsasən 105000 manat müəyyən edilmişdir. Sifarişi aldıqdan sonra "xxxx" MMC ilkin hərracın təşkili üçün “Market” qəzetinin № 87 (10777) 18.06.21-24.06.21 il tarixli sayında elan verilmişdir. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. 1-ci hərrac 105000 manat ilkin satış qiyməti əsasında, xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin “İpoteka Haqqında” qanunun 43.1.1-ci maddəsinə əsasən 1-ci hərracda iki nəfərdən az alıcı olduğuna görə ilkin hərrac baş tutmamışdır. Təkrar hərracın təşkili üçün “Nedelya” qəzetinin № 76 (1236) xx.xx.2021-xx.xx.2021-ci il tarixli sayında elan verilmişdir. Təkrar hərracda ilkin satış qiyməti “İpoteka Haqqında” Qanunun 43.1.1 və 43.5-ci maddələrinə əsasən 15% endirilməmiş (yəni, 1-ci hərracda iştirakçı olduğuna görə) və əmlak ilkin satış qiymətilə 105000 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmişdir. Təkrar hərrac xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır. Bu barədə “Market” qəzetinin № 103 (10793) 13.08.21- 19.08.21-ci il tarixli sayında təkrar hərracın baş tutmaması barədə elan verilmişdir. Bundan sonra əmlakı almaq tələbkar Cavabdeh3 ASC-yə təklif edilmişdir. Nəticədə, “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh3 ASC ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə almış və əmlakın alqı-satqısına dair müqavilə və Y-239/21 nömrəli, xx.xx.2021-ci il tarixli yekun protokol imzalanmışdır. Hazırda iddiaçı "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması, Cavabdeh3 ASC-yə girov qoyulmuş ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinin girovdan azad olunması və xx.xx.2019-cu il tarixli 2(007)-1153/2019 saylı icra sənədinin icra sənədini vermiş məhkəməyə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iclasında müəyyən olundu ki, X12 ilə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC arasında kredit müqaviləsi bağlanmış, bu zaman kreditin təminatı qismində İddiaçı məxsus fərdi yaşayış evini ipotekaya qoymuşdur. X12 öz öhdəliklərini lazımı qaydada icra etməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-1153/2019 saylı qətnaməsinə əsasən, cavabdeh X7 14 sentyabr 2010-cu il tarixli, 164/e saylı kredit müqaviləsi üzrə ödənilməmiş 20853 ABŞ dolları əsas, 8560 ABŞ dolları faiz, 70 ABŞ dolları cərimə borcu, cəmi 29483 ABŞ dolları (ödəniş günü dolların manata məzənnəsi nəzərə alınmaqla manatla) borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun Cavabdeh3 ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi bank qarşısında yüklü edilmiş, cavabdeh İddiaçı məxsus, qiyməti 105000 manat müəyyən edilmiş Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 0,00699 ha torpaq sahəsində yerləşən 36a nömrəli, 2-ci mərtəbə, 120.2 kv.m. ümumi, 71 kv.m yardımçı sahədən, 49.2 kv.m yaşayış sahəsindən, hasar -1.6 kv.m, tikintialtı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və satışından əldə edilən məbləğ hesabına Banka ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə əsasən, girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.4-ci maddəsinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 270.2-ci maddəsinə əsasən, bu Məcəllənin müqaviləyə əsasən əmələ gələn girov və ipoteka haqqında qaydaları müvafiq surətdə digər əsaslara görə əmələ gələn girova və ipotekaya da tətbiq edilir. İddia tələbinin “"xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, X12 ilə cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC arasında kredit müqaviləsi bağlanmış, bu zaman kreditin təminatı qismində İddiaçı məxsus fərdi yaşayış evini ipotekaya qoymuş, bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, hüquqi nəticələri barədə xəbərdarlıq edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddianın "xxxx" ilə ləğv prosesində olan Cavabdeh3 ASC arasında imzalanmış 20 avqust 2021-ci il tarixli 239/21 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun etibarsız hesab olunması hissəsində təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir. 43.5-ci maddəsinə əsaəsn, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. İşin faktiki hallarından isə görünür ki, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən 1-ci hərracda iki nəfərdən az alıcı olduğuna görə ilkin hərrac baş tutmamış, təkrar hərracda ilkin satış qiyməti “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1 və 43.5-ci maddələrinə əsasən 15% endirilməmiş (yəni, 1-ci hərracda iştirakçı olduğuna görə) və əmlak ilkin satış qiymətilə 105000 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Tərəflərə o cümlədən, mənzil sahibi İddiaçı xəbərnaməli bildirişlər göndərilmiş, təkrar hərrac xx.xx.2021-ci il tarixə, saat 11:00a təyin edilmiş, alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır. Bundan sonra əmlakı almaq tələbkar Cavabdeh3 ASC-yə təklif edilmişdir. Göründüyü kimi, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, ümumilikdə əsassız olan iddia isə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh3 ASC-yə girov qoyulmuş ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsində yerləşən 36a nömrəli fərdi yaşayış evinin girovdan azad olunması və xx.xx.2019-cu il tarixli 2(007)-1153/2019 saylı icra sənədinin icra sənədini vermiş məhkəməyə qaytarılması hissələri ilə bağlı isə qeyd edir ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, digər hissələr isə iddianın birinci hissəsindən törəmə tələblərdir, buna görə də həmin hissələrdə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Zakı̇ r oğlunun cavabdeh "xxxx" MMC-nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Nizami rayon İcra Şöbəsinə qarşı “protokolun etibarsız hesab edilməsi, evin girovdan azad olunması və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Zakı̇ r oğlunun cavabdeh "xxxx" MMC-nə, ləğv prosesində olan Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Nizami Rayon İcra Şöbəsinə qarşı “protokolun etibarsız hesab edilməsi, evin girovdan azad olunması və icra sənədinin məhkəməyə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-899/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-899/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver