Məhkəmə qərarları › İş №2(007)-900/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-900/2024

18.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-900/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, Ərizəçi İddiaçı Bakı şəhəri 50 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi İddiaçı Bakı şəhəri 50 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə dair xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 məxsus olması barədə hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri 50 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2907 nömrəli məktubundan və 5 saylı Bakı “Asan xidmət” X1 xx.xx.2023-cü il tarixli 3-16-5/8-10-273/23 nömrəli məktubundan görünür ki, ərizəçi Notariat Ofisinə və Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin ərizədən göründüyü kimi ərizəçi İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən mənzilə çıxarışın xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X2 məxsus olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməli idi ki, verilmiş çıxarışda mülkiyyətçinin adı səhv olaraq “Firdovsi” kimi yazıldığından düzəliş edilərək adı “Firdos” kimi yazılsın. Belə ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizələrə məhkəmə, ərizəçinin həmin faktı başqa qaydada əldə edə bilmədikdə müəyyən edir. Göründüyü kimi ərizəçi tərəfindən mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilmədiyi məlum olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına əsasən ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmədiyindən ərizə əlavə olunmuş sənədlərlə birlikdə Mülki Prosessual Məcəllənin 150.1.6-cı maddəsinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, qeyd olunan nöqsana əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, nöqsan aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilməlidir. Həmçinin ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli 6288 nömrəli qəbzdən görünür ki, ərizəçi İddiaçı hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 101 manat ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 346748115, terminal nömrəsi: ADM114278, büdcə səviyyə kodu: 142213, qəbz nömrəsi: 6288, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 09:14) məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə, belə qənaətə gəlirəm ki, ərizəçi İddiaçı Bakı şəhəri 50 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarıldığından, ödənilmiş 101(yüz bir) manat məbləğində dövlət rüsumu ərizəçiyə büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi İddiaçı Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizənin verilməsinə görə ərizəçi İddiaçı tərəfindən ödənilmiş 101 manat Ərizəçi İddiaçı Bakı şəhəri 50 saylı Notariat Ofisi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Ərizəçiyə izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar