Məhkəmə qərarları › İş №2(007)-923/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-923/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-923/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh MTK-nın nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 15990 manat pulun, 30 manat dövlət rüsumunun və 110 manat vəkil üçün ödənilmiş məbləğin, cəmi 16130 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili olduğu şəxs İddiaçı (iddiaçı) ilə Cavabdeh (cavabdeh) arasında 06 sentyabr 2013-cü il tarixli 34 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Bakı Ağşəhər, Yaşıl Ada ərazisində inşa edilmiş 7 mərtəbəli binanın giriş 6, mərtəbə 5-də yerləşən, ümumi sahəsi 141 kv.molan, 3 otaqlı mənzili dəyəri tam ödənildikdən sonra alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin ümumi sahəsinə uyğun olaraq hesablanmış dəyəri (hər 1 m2 üçün 1300 manat olmaqla) 183.300 manat (1300 manat x 141 kv.m)iddiaçı tərəfindən müqavilədə göstərilən qaydada, hissə-hissə olmaqla cavabdehə tam ödənmişdir.Bununla bağlı cavabdeh tərəfindən iddiaçıya 23 sentyabr 2016-cı il tarixli Maliyyə arayışı verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca icra etməmiş, iddiaçıya həmin ünvanda ümumi sahəsi 141 kv.m olmaq əvəzinə 128.7 kv.m (12.3 kv.m az) olan mənzil təhvil vermişdir. Buradan belə çıxır ki, iddiaçı cavabdehə 15990 manat (12.3 kv.m x 1300 manat) məbləğində artıq pul ödəmişdir.Bu hal iddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqda məlum olmuşdur. Belə ki, sözügedən mənzilə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 28.08.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışda və Texniki pasportda həmin mənzilin ümumi sahəsinin 128.7 kv.molduğu qeyd olunmuşdur. Göründüyü kimi, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya 15990 manat (12.3 kv.m x 1300 manat) məbləğində maddi zərər dəymiş, bunun müqabilində isə cavabdeh həmin məbləğdə idiaçının hesabına əsassız varlanmışdır. Cavabdehə pretenziya qaydasında 19.11.2019-cu il tarixində məktub göndərilmiş və öhdəliyin lazımınca icra olunmaması nəticəsində iddiaçıya dəymiş 15.990 manat məbləğində maddi zərərin (ödənilmiş artıq pulun) ona ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Lakin bu günə kimi cavabdeh tərəfindən həmin məktuba heç bir münasibət bildirilməmişdir, tələb olunan pulun iddiaçıya ödənilməsi üçün heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq göstərdi ki, onlar mənzilin sahəsini özləri hesablamır. Bütün MTKlarda tikinti layihələr dövlət qrumları tərəfindən təsdiq olunaraq mənzilin sahəsi eyni qaydada hesablanaraq satılır. Həmin qaydalara riayət etməsələr onlar ziyanla işləyər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli müqavilənin surətindən görünür ki, Bakı Ağşəhər, Yaşıl Ada rayonunda inşa edilmiş 7 mərtəbəli binanın, 6-cı giriş, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 141 kv.m olan 3 otaqlı mənzili “alıcıya” təhvil verməyi, “alıcı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin 3 otaqdan, ümumi sahəsinin 141 kv.m-dən ibarət olması göstərilmiş, mənzilin ümumi dəyəri 183.300 manat məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 128.7 kv.m-dir. - Məhkəmə qərardadı əsasında keçirilmiş tikinti-texniki ekspertizasının 19 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli müqavilədə göstərilən ünvan 1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun hesablandıqda 128.7 m2 təşkil edir və müqavilədə mənzilin ümumi sahəsi kimi göstərilən 141 kv metr sahə həmin mənzildə mövcud deyildir. - 10 yanvar 2020-ci il tarixli qəbzdən görünür ki, 14 saylı Vəkil bürosunun hesabına 110 manat köçürülmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh MTK ilə bağladığı 06 sentyabr 2013-cü il tarixli müqaviləsinə əsasən, Bakı Ağşəhər, Yaşıl Ada rayonunda inşa edilmiş 7 mərtəbəli binanın, 6-cı giriş, 5-ci mərtəbədə yerləşən ümumi sahəsi 141 kv.m olan 3 otaqlı mənzili “alıcıya” təhvil verməyi, “alıcı” isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə mənzilin 3 otaqdan, ümumi sahəsinin 141 kv.m-dən ibarət olması göstərilmiş, mənzilin ümumi dəyəri 183.300 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ümumi sahəsi 128.7 kv.m-dir. Hazırda tərəflər arasında mübahisə mənzilin ümumi sahəsi ilə bağlıdır. Belə ki, iddiaçı hazırda məhkəmədə mənzilin həqiqi sahəsinin 128.7 kv.metr olmasını, ondan həmin mənzilə görə ödənilmiş artıq məbləğin alınmasını xahiş edir. Məhkəmə araşdırılması ilə müəyyən olunur ki, Cavabdeh MTK İddiaçı ilə bağladığı 06 sentyabr 2013-cü il tarixli müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş, iddiaçıya 141 kv.m mənzil sahəsi verməli olduğu halda cəmi 128.7 kv.metr mənzil sahəsi vermişdir. Belə ki, iş materiallarında olan tikinti-texniki ekspertizasının 19 oktyabr 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 06 sentyabr 2013-cü il tarixli müqavilədə göstərilən ünvan 1 ünvanında yerləşən mənzilin faktiki ümumi sahəsi Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarına uyğun hesablandıqda 128.7 m2 təşkil edir və müqavilədə mənzilin ümumi sahəsi kimi göstərilən 141 kv metr sahə həmin mənzildə mövcud deyildir. Göründüyü kimi, cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az, yəni ümumi sahə 141 kv.m olmalı olduğu halda 128.7 kv.metr sahədən ibarət tikinti tikməklə iddiaçıya təhvil vermiş, və nəticədə iddiaçı tərəfindən cavabdehə mənzilin dəyərindən artıq məbləğ ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə görə yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin artıq ödənilmiş vəsaitin ona cavabdeh tərəfindən ödənilməsi hissəsi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbinin “110 manat vəkil üçün ödənilmiş məbləğin cavabdehdən tutularaq ona verilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardımın alınması ilə bağlı vəkilə ödənilən 110 manat məbləği ağlabatandır və Cavabdeh MTK-dan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində vəsait cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bundan əlavə iş üzrə təyin olunmuş ekspertiza üzrə 100 manat xərc cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiatəmin edilməli, Cavabdeh MTK-dan 15990 manat pul, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və vəkil üçün ödənilmiş 110 manat olmaqla, ümumilikdə 16130 manat pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253- cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MTK-dan 15990 manat pul, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi və vəkil üçün ödənilmiş 110 manat olmaqla, ümumilikdə 16130 manat pul alınaraq İddiaçı verilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50,0 manat pul Cavabdeh MTK-dan alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar