Məhkəmə qərarları › İş №2(007)-928/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-928/2022

10.05.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-928/2022 10.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hüquqi faktın müəyyən edilməsinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini onunla əsaslandırdı ki, oğlu X3 31.01.1976-cı ildə İmişli şəhərində anadan olub. O zaman övladında anadan gəlmə xəstəliklər “nevrozpsixi çatışmamazlıq və sümük boşluğu (raxid)” diaqnozu olub. Övladının müalicəsi ilə əlaqədar çoxsaylı xəstəxanalarda həkim mayinəsində olmuşdur, lakin həkimlərin müalicələri heç bir nəticə verməyib. Ona görə ona ilkin olaraq psixi-çatışmamazlıq-nevroz xəstəlikləri üzrə 2-ci dərəcəli əlillik verilib. Sonradan övladını İmişli şəhərində saxlaya bilmədiyi üçün Bakı şəhərinə gətirmişlər, Lalların və Karların məktəbində müəyyən təhsil alması üçün məktəbə qoymuşlar, lakin övladı psixi xəstə olduğu üçün onun təhsil alması mümkün olmayıb. Həmçinin övladını Lallar və Karlar yataqxanasında yerləşdirmişlər və həmin yataqxanaya qeydiyyata düşüb. Hal-hazırda övladı Bakı şəhəri Nizami rayonu, Şərifli küç 1B, mənzil 1 (Lal və Karlar yataqxanasında) qeydiyyatda olmaqla yaşayır. 1997cı il tarixindən övladıi X2 yenidən həkim müayinəsində keçib və o zaman oğlunun xəstəliyinə ömürlük psixi- nevroz-sümük boşluğu diaqnozu qoyulub və 1-ci dərəcəli əlil hesab olunub. Eyni zamanda oğlunun kənar şəxslərin qulluğuna ehtiyacının olması göstərilib. 2016-cı il tarixindən o,övladıı X3 üzərində qeyri rəsmi himayəçi olmuşam. Lakin son zamanlar övladı X1 xəstəliyi daha da şiddətlənib və onun daimi kənar şəxslərin köməyinə ehtiyacı vardır. Ona görə də övladı üzərində qəyyum təyin edilməsinə zərurət vardır.O, bu barədə Bakı şəhəri Nizami rayon İcra Hakimyyətinin qəyyumluq və himayəçilik şöbəsində olmuşdur və həmin şöbənin əməkdaşı ona bildirmişdir ki, onu övladının üzərində qəyyum təyin edilməsi üçün məhkəməyə müraciət etməlidir. Qeyd edir ki, övladının fəaliyyət qabiliyyətinin olmaması məhkəmə qərarı ilə təsdiq edilmədiyi üçün onun üzərində qəyyum təyin olunması mümkün olmayıb. Ona görə hazırda övladının fəaliyyət qabiliyyəti olmaması faktının məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti vardır. Belə ki, övladı Sədi xəstədir, fəaliyyət qabiliyyəti yoxdur, onun daimi köməyə və yardıma ehtiyacı vardır. Qeyd olunanlara əsasən 31.01.1976-cı ildə İmişli şəhərində anadan olmuş oğlu oğlu X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Maraqlı şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsin 11.03.2022-ci il tarixli 631 nömrəli ekspert rəyindən görünür ki, X3 hazırki psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün kifayət qədər əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə məhkəmə, səhhəti buna imkan verərsə şəxsin özünün və qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 15.01.1979-cu il təvəlüdlü X4 fəaliyyət qabliyyəti olmayan hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 31.01.1976-cı ildə İmişli şəhərində anadan olmuş oğlu X3 fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, rəsmi təqdim edildiyi gündən etibarən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar