Məhkəmə qərarları › İş №2(007)-93/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-93/2020

05.10.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-93/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 05 mart 1971-ci il təvəllüdlü X1, 22 oktyabr 1996-cı il təvəllüdlü X2 və 19 noyabr 1997-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Bakı şəhəri, Nizami rayonu, R.Ağayev küçəsi, ev 14 ünvanında ailə üzvləri olan - yoldaşı X3, oğlanları X4 və X9 ilə birlikdə yaşayırlar. Yoldaşı - 05.03.1971 -ci il təvəllüdlü X3ilə 30 sentaybr 1995-ci il tarixində Nizami VVAQ Şöbəsində nikaha daxil olmuşlar. Hazırda, o, psixi xəstəlikdən əziyyət çəkir. Həkimlər ona özünükəsmələrlə, şəxsiyyətin emosional davamsız pozuntusu diaqnozu qoymuşdur. O, tək qaldıqda özünə xəsarət yetirməyə başlayır, evdəki əşyaları sındırır. Əsəbidir, nitqi qeyri - müəyyəndir, yaddaş və yuxu pozuntusundan əziyyət çəkir. Hadisələrin mahiyyətini tam dərk etmir. Tez-tez affekt vəziyyətə düşür, həmin zaman hərəkətlərinin mənasını anlamır. Mütəmadi olaraq həkim nəzarətindədir. Daim yanında yetkin şüurlu digər şəxsin olmasına və yardımına ehtiyacı var. Nizami rayonu, 7 N-li TSEKin 14.01.2014-cü il tarixli, 07.01.2015-ci il tarixli və 29.03.2016-cı il tarixli arayışlarına əsasən X1 İİ qrup əlil olması müəyyən edilmişdir. O, 13.03.2012-ci ildən 12.05.2012-ci ilə kimi Respiblika Psixi sağlamlıqMərkəzində ambulator, 21 may 2012-ci ildən 14 iyun 2012ci ilə kimi isə 1 saylı Respublikası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. Oğlu - 22.10.1996-cı il təvəllüdlü X4Nizami rayonu 7 saylı TSEK-in 12.10.2015ci il tarixli arayışına əsasən İİİ qrup əlildir. Ona xroniki affektiv pozuntu, davamlı əhval pozğunluğu, dekompensasiya vəziyyəti diaqnozu qoyulmuşdur. 2 saylı Uşaq Poliklinikasından verilən tibbi arayışa əsasən, şəxsiyyətin depressiv pozuntusundan əziyyət çəkir. O, davamlı olaraq depressiv əhval düşkünlüyü vəziyyətindədir. Ətrafında baş verənlərə marağı azdır. Nitqi aydındır, hadisələrin mahiyyətini qismən dərk edə bilir. Həkim nəzarətindədir və reseptlər üzrə dərmanlar qəbul edir. Oğlu - 19.1 1.1997-ci il təvəllüdlü X905.05.2014-cü ildən 14.05.2014-cü ilə kimi 1 saylı Respublikası Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmuşdur. İlkin psixo-fiziki inkşafı normal olsa da, son zamanlar da onun da psixi vəziyyəti kəskinləşib və irsi ruhi xəstəliklərin əlamətləri özünü büruzə verir. Evdən xəbərsiz gedir,özünə qapanır, ətrafında olan digər şəxslərlə ünsiyyət qurmağa maraqsızdır, fikrini tam səlis aydın ifadə etmir. 1 saylı Respublikası Psixiatriya Xəstəxanasında qəbulda olub. Uşaqlarında olan ruhi xəstəlik irsi xarakter daşımaqla, atalarından genetik olaraq onlara keçmişdir. Bu xəstəliyin xarakterinə görə uşaqlar əvvəldə normal görünsələr də, sonradan yetkinlik yaşına çatdıqca xəstəlik özünü büruzə verməyə başlayır. Bu şəxslər özünə qapanmadan, yaddaş pozulmalarından əziyyət çəkir, onlarda əqli zəiflik əlamətləri müşahidə olunur, ətrafında başverənlər barədə müstəqil fikir formalaşdıra bilmirlər, habelə hərəkətlərinin mənasını tam dərk etmirlər. Belə olan halda, onların hüquq və mənafelərini təmsil etmək, məcburi müalicələrini davam etmək üçün məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair çıxarışdan görünür ki, X4 üçüncü qrup əlildir və xroniki affektiv pozuntu, davamlı əhval pozğunluğu, dekompensasiya vəziyyəti diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə dair çıxarışdan görünür ki, X3 ikinci qrup əlildir və şəxsiyyətin emosional davamsız pozuntusu diaqnozu qoyulmuşdur. - 1 saylı R.P. Xəstəxanəsının tərəfindən verilmiş tibbi kartadan çıxarışın surətindən görünür ki, 19 noyabr 1997-ci il tarixli X9 MSS-nin üzvi xəstəliyi nəticəsində affektiv pozuntu deprssiv tip diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 20 iyul 2020-ci il tarixli 1339 nömrəli rəyindən görünür ki, X4 halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxshesab edilməsinə əsas yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 22 iyul 2020-ci il tarixli 1368 nömrəli rəyindən görünür ki, X3 halhazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olduğundan onun fəaliyyət qabiliyyəti olmayan şəxshesab edilməsinə əsas yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Məhkəmə Psixiatrik Ekspertizasının 20 iyul 2020-ci il tarixli 1340 nömrəli rəyindən görünür ki, X6 hazırki psixi vəziyyəti onu fəaliyyət qabiliyyəti olmayan şəxshesab etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin həmin hissədə təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Məhkəmə onu da qeyd edir ki, ərizəçi 05 mart 1971-ci il təvəllüdlü X1 və 22 oktyabr 1996-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini xahiş etsə də, həmin şəxslərin öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə mötəbər sübut növu təqdim etməmişdir. Bundan başaq məhkəmə tərəfindən keçirilmiş müvafiq ekspertizaların nəticəsindən də görünür ki, 05 mart 1971-ci il təvəllüdlü X3 və 22 oktyabr 1996-cı il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsasları müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə həmin hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, 19.11.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 19.11.1997-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə X6 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar