Məhkəmə qərarları › İş №2(007)-944/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-944/2021

09.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanın ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-944/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nayıbov Pərviz Şakir oğlunun katibliyi, İddiaçı Avil oğlunun, Cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 nümayəndəsi X22, Cavabdeh X10 iştirakları ilə, İddiaçı Avil oğlunun cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı "işə bərpa, məcburi işə buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Avil oğlu cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı "işə bərpa, məcburi işə buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikanının Energetika Nazirliyi Enerji X7 16 oktyabr 2020-ci il tarixli əmrinin etibarsız sayılması, qanunsuz əmrin verilməsinin mənbəyini təşkil edən 17 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 Kürdəmir filialının rəisinin tərtib eldiyi aktın qanunsuz olduğuna dair qətnamə qəbul edilməsini, həmin tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsi, öz vəzifəsinə bərpa olunmağı, kobud qanun pozuntusunu yol vermiş X9 ona dəymiş mənəvi və maddi ziyana görə 3000 (üç min) manat alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2019-cu ilin "03” yanvar tarixli əmri ilə Azerbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 Kürdəmir filialının aparıcı müfəttişi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi müddətdə heç bir nöqsanı olmayaraq, əmək funksiyasını yerinə yetirərək, qüsursuz, vaxt-vaxtında təlimatlara və qaydalara uyğun olaraq, tapşırılmış bütün tapşırıqları yerinə yetirməklə, Agentlikdə böyük əməyi olmuşdur. "Azəriqaz” İB-də və Energetika Nazirliyində 25 il qüsursuz xidmət etməyinə və bu müddətin 11 ilini dövlət qulluğunda olmağına baxmayaraq 17.09.2020-ci il tarixdə Energetika Nazirliyi Enerji X6 Kürdəmir filialının rəisi X17 və sözügedən filialın ofis meneceri X24 tərəfindən qanunsuz və əsassız tərtib edilmiş aktda cəfəngiyyat ifadələr işlədərək, onun əmək fəaliyyətinə ləkə gətirərək işdən azad olmağına səbəb olmuşlar. Lakin aktda göstərilənlərin bir sözü belə həqiqətə uyğun deyil və əksinə rəislə söhbət edərək rəisin onunla mübahisə aparmaq fikrini gördükdə onun sinirləri buna tabe gətirməyərək və halı pisləşdiyi üçün onunla mübahisədən boyun qaçıraraq otağından çıxaraq birbaşa xəstəxanaya getmişdir. Xəstəxanada müayinə edilərək müalicə almaq üçün ona 3 günlük xəstəliyə görə məzuniyyət verilmişdir və bu aktın necə və hansı şəraitdə tərtib edildiyindən xəbəri belə olmamışdır. Xəstəliyə görə məzuniyyətinin uzanması dövründə ona kadrlar şöbəsindən məlumat verilmişdir ki, barəsində 2 nəfərin iştirakı ilə akt yazılmışdır və izahat verməyi tələb olunur, lakin müalicə almağı səbəbindən bildirmişdir ki, izahatı işə qayıdarkən yaza biləcək, buna cavab olaraq kadrlar şöbəsindən ona bildirmişlər ki, “19-31” oktyabr 2020-ci il tarixlərdə ona məzuniyyət verirlər və bu vaxt intervalında özünə yeni iş axtarsın. “30” oktyabr 2020-ci ildə Agentliyə çağrılarkən kadrlar şöbəsi saxtakarlıq edərək, onun xəbəri olmadan “öz ərizəsi əsasında işdən azad edilmə” ilə əmək kitabçasında qeyd olunmuşdur, buna baxmayaraq, adı çəkilən rəhbər, vəzifəsindən sui-istifadə edərək, onu aldadaraq, qanunsuz olaraq işdən azad edilməyinə səbəb olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh X1rşı “işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə” iddia tələblərinə etiraz olaraq aşağıdakıları bildirirlər. Enerji X7 (bundan sonra - Agentlik) Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində istehsalçılar, ötürücülər, paylayıcılar, təchizatçılar və istehlakçılar arasında münasibətlərin tənzimlənməsini, müəssisələrin fəaliyyətinin təhlilini, restrukturizasiya tədbirləri ilə bağlı təkliflər verilməsini, investisiyaların cəlb edilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlanmasını, mühəndis-kommunikasiya təminatı sistemlərinə və xidmətlərin keyfiyyətinə dair tələblərə əməl edilməsinə nəzarətin təşkilini həyata keçirən publik hüquqi şəxsdir. Agentlik Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Agentlik qanunverciliyə uyğun olaraq, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığına əsasən iddiaçının Agentliyin Tovuz Şəhər Regional Bölməsinə böyük qaz müfəttişi vəzifəsinə təyin edilməsi ilə bağlı onunla 30.04.2018-ci il tarixdə müddətli əmək müqaviləsi bağlamış və həmin müqavilə Agentliyin 30.04.2018-ci il tarixli K- 120 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Bir müddət sonra iddiaçının razılığı ilə o, Agentliyin Kürdəmir Şəhər Regional Bölməsinə aparıcı qaz müfəttişi vəzifəsinə keçirilmiş və onunla bağlanılmış müddətli əmək müqaviləsi Agentliyin 25.09.2018-ci il tarixli K-429 nömrəli əmri ilə rəsmiləşdirilmişdir. Sonrakı dövrlərdə müddətli əmək müqaviləsinin müddəti tərəflərin razılığı ilə müqaviləyə müvafiq dəyişikliklər edilməklə 30.10.2020-ci il tarixədək uzadılmış və müddətin qurtarması əsası ilə qanunvericiliyə əsasən Agentliyin 16.10.2020-ci il tarixli AERA/K-107 nömrəli əmrilə qeyd olunan müddətli əmək müqaviləsinə 30.10.2020-ci il tarixdən xitam verilmişdir. Beləliklə, göründüyü kimi, Agentlik tərəfindən qanunvericiliklə müəyyən edilmiş müstəsna hüquq və vəzifələrə, habelə Məcəllənin tələblərinə uyğun olaraq, iddiaçı ilə mövcud olmuş əmək münasibətlərinə əmək müqaviləsində nəzərdə tutulmuş və tərəflərin sərbəst şəkildə razılaşdırdığı tarixdə xitam verilmişdir. Qeyd olunmalıdır ki, iddiaçı Agentliklə olan əmək münasibətləri müddətində əmək və icra intizamının pozulmasına görə ona Agentliyin 13.09.2018-ci il tarixli D-28 nömrəli əmrilə yazılı xəbərdarlıq, 13.10.2020-ci il tarixli AERA/F-034 nömrəli əmrilə isə töhmət verilmişdir. Hər iki halda intizam icraatı Məcəllənin tələblərinə uyğun olaraq aparılmış, iddiaçıdan yazılı izahatlar alınmış, intizam xətaları müvafiq aktlarla və təqdimatlarla rəsmiləşdirilmişdir. Eyni zamanda bildirirlər ki, iddia ərizəsində X9 vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya alınıb iddiaçıya verilməsi barədə tələb irəli sürülməsinə baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq, iddia tələblərinə həmin hissədə cavab verməli olan şəxsin adı və poçt ünvanı iddia ərizəsində göstərilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, Agentliyə qarşı əmək mübahisələri ilə bağlı iddia qaldırılarkən iddiaçı tərəfindən prosessual müddətlərə əməl edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iş üzrə İddiaçı Agentliyə qarşı iddia tələblərinin tam şəkildə rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh X19 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh ona qarşı “işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi barədə” iddia tələblərinə etiraz olaraq aşağıdakıları bildirir. 17.09.2020-ci il tarixdə Kürdəmir filialının Aparıcı müfəttişi İddiaçı xidməti otağına dəvət etmiş və daxil olan vətəndaş müraciətlərinin düzgün və vaxtında təhlil etməsini, həmçinin “Azəriqaz” İB tərəfindən qanunsuz qoşulma ilə əlaqədar daxil olan materiallar əsasında görülən işlər barəsində rəsmi olaraq məruzə etməsini tələb etmişdir. İddiaçı isə öz növbəsində kobud şəkildə aqressiv olaraq yüksək tonu ilə özünə bəraət qazandıraraq ona təzyiq etməməyini bildirmiş və artıq ifadələr işlədərək “lazım gələrsə hətta idarədən kənarda istənilən yerdə söhbət edə bilərəm” demiş və qapını çırparaq otağı tərk etmişdir. Daha sonra isə ofis menecerini məlumatlandıraraq xəstəxanaya gedəcəyini bildirmişdir və 30 dəqiqə sonra idarəyə gələrək səhhəti ilə əlaqədar olaraq bu gündən etibarən məzuniyyətə çıxdığı barədə məlumat vermiş və idarəni tərk etmişdir. Eyni zamanda bildirir ki, onun tərəfindən iddiaçıya mənəvi və ya maddi zərər vurulacaq hərəkətlərə yol verilməmiş, habelə onun hüququ pozulmamışdır. Bundan başqa iddiaçı ona vurulmuş zərərin nədən ibarət olduğu, o cümlədən hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) göstərilməmişdir Yuxarıda göstərilənlərə əsasən, hazırkı iş üzrə İddiaçı mənə qarşıiddia tələblərinintam şəkildə rədd edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Avil oğlu 01.03.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Samid müəllimin yazdıqlarına cavab olaraq bildirir ki, Agentliyin Tovuz Şəhər Regional Bölməsində böyük qaz nəzarət müfəttişi işlədiyi dövrdən, yəni 2018-ci ildən 6 ay keçmişdir. Və verilən xəbərdarlığın hüquqi qüvvəsi qalmamışdır. Aktların yazılışı zamanı orfoqrafik səhvə görə işçini böyük qaz nəzarət müfəttişi vəzifəsindən apancı qaz nəzarət müfəttişi vəzifəsinə keçirmək nə dərəcədə düzgündür? O, 1996-cı ildən X12 nəzarətçi usta vəzifəsində fəaliyyətə başlamışdır. 1998-ci ildən X13 N.Nərimanov rayon İstehsalat Qaz İdarəsində fəaliyyətini davam etdirmişdir. Nəzarətçi, usta, sahə rəisi vəzifələrində çalışmışdır. 03.05.2004-cü ildən X13 X40 və Satışına Nəzarət İdarəsinin baş mütəxəssis kimi qəbul olunmuşdur. 02.12.2004-cü il tarixindən X29 Cəmiyyətinin Dövlət Qaz Nəzarəti İdarəsinə, “X20 və Etibarlı İstismarına” mühəndis-dövlət müfəttişi vəzifəsinə təyin olunmuşdur. 06.05.2005-ci i! tarixindən 09.10.2006-cı il tarixinədək “N” saylı hərbi hissədə döyüş bölgəsində leytenant kimi hərbi xidmətə çağırılmış, baş leytenant hərbi rütbəsi və Fəxri Fərmanla hərbi xidmətimi başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 15.11.2006-cı ildən öz iş yerinə, yəni Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinə bərpa olunmuşdur. 01.06.2007-ci il tarixindən isə Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin Bakı Sektoruna böyük məsləhətçi müfəttiş vəzifəsinə keçirilmişdir. 01.08.2007-ci il tarixində kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 24.01.2011-ci il tarixində İİİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. 02.09.2013-cü ii tarixində İİ dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Nümunəvi işlədiyinə görə 21 iyun 2011-ci il tarixindən 11 iyul 2011-ci il tarixinədək Çin Xalq Respublikasında keçirilən seminarda iştirak etmiş və sertifikatla təltif olunmuşdur, həmçinin seminarın qrup rəhbəri təyin olunmuşdur. Sözü gedən seminarda 10 Respublikanın nümayəndələri iştirak etmişdir. 01.08.2014-cü il tarixdə Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında əsasnaməsinin, Nazirliyin strukturunun və aparatın işçilərinin say həddinin təstiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanında dəəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014cü il 11 aprel tarixli 149 nömrəli Fərmanınan uyğun olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinə Bakı regional bölməsinin Qaz təchizatına nəzarət sektoruna böyük məsləhətçi-müfəttiş vəzifəsinə təyin edilmişdir. 30.04.2018-ci il tarixindən isə Energetika Nazirliyi Enerji X5 Tovuz Şəhər Regional Bölməsinə böyük qaz nəzarət müfəttişi vəzifəsinə təyin edilmişdir. Ailəsi Bakı şəhərində yaşadığına görə, həmçinin azyaşlı uşağı olduğu ilə əlaqədar Bakıya yaxın ərazilərdə işləməyini xahiş etmişdir. Və X21 aparıcı qaz nəzarət müfəttişi keçirilmişdir. 08.09.2018-ci il tarixindən 30.10.2020-ci il tarixinədək Agentliyin Kürdəmir flialında işləmişdir. 17 sentyabr 2020-ci ildə ona qarşı yazılmış aktla əlaqədar o, Agentliyin insan resurslarının rəis müavini Azad Aydınlı ilə əlaqə saxlamışdır. Və aktın zərərsizləşdirilməsi üçün Kürdəmir məhkəməsinə müraciət etdiyini bildirmişdir. Azad müəllim ona demişdir ki, o, Agentliyin sədri Samir Axundovla danışar və onun yerini dəyişərlər. O, da razılaşmışdır. Lakin 30 oktyabr 2020-ci ildə müharibənin qızğın getdiyi bir vaxtda, komendant saatı, hərbi vəziyyət olduğu bir zamanda pandemiyanın kəskin artdığı bir vaxtda onu işdən azad etmişlər. X30, X37 Baş Komandanı çıxışlarında daim söyləyirmiş ki, məmurlar işçiləri incitməsinlər, işçiləri işdən çıxartmasınlar. Onlar evdən işləyirmişlər, lazım gəldikdə 30% işçilər işə çıxarılırmış. Belə bir vaxtda onu işsiz qoymuşlar. Onun ailəsi 5 nəfərdən ibarətdir: yoldaşı, 2 ali məktəbdə oxuyan qızları, 1 oğlu məktəbin 4-cü sinfində oxuyur. Ailədə tək işləyən odur. Əmək müqaviləsinə görə əgər işçi ilə əmək müqaviləsi pozulursa 2 (iki) və ya 1 (ay) əvvəlcədən xəbərdarlıq verilməlidir. Lakin onunla isə işdən azad olduğu oktyabr ayının 7də müqavilə bağlanıb göndərilmişdir. 2021-ci ilin yanvar ayında həmin o, işlədiyi Energetika Nazirliyinin X2 çıxdığı yerə Kürdəmir flialına, Mingəçevir flialına, Lənkəran flialına və Agentliyin özünə vakansiyalar çıxartmışlar. O, Agentliyin insan resurslarının rəis müavini Azad Aydınlı ilə əlaqə saxlamış və xahiş etmişdir ki, CV-ni göndərsin, lazım gələrsə imtahanda iştirak etsin. O da demişdir ki, sədrlə əlaqə saxlayar və deyər. Təəssüflər olsun ki, çağırmamışlar. 21 yanvar 2021-ci ildə Agentliyə gedib sədrlə görüşmək istəmiş, lakin görüşə bilməmişdir. 16 fevral 2021-ci ildə yenidən həmin nömrə ilə əlaqə saxlamış, xahiş etmişdir ki, onu görüşdürsünlər. Bu günə kimi hələdə görüşə bilməmişdir. Buradan görünür ki, Agentlik onunla ilk vaxtlardan 22 il Bakıda yaşayan, Bakı Regional Bölməsində çalışan işçini yaşayış yerindən 500 km X25 sonra isə X21 göndərilməsinə qərəzli baxır. Halbuki Bakıda və Sumqayıtda yer olan zaman da müraciət etmişdir. Qeyd edilənlərə əsasən, onun 25 il eyni qurumda işlədiyini, bir dəfə də olsun xəbərdarlıq və töhmət almadığını və nümunəvi işçi olduğunu, 21 il Yeni Azərbaycan Partiyasının üzvü olduğunu nəzərə alaraq işlə təmin olmağıma köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Avil oğlu ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, mülki iş üzrə cavabdeh X14 qarşı maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsinə dair iddia tələbindən imtina edir. İddia tələbinin işə bərpa olunması hissəsində təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 nümayəndəsi X33 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X19 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçını qanunsuz qoşulma ilə bağlı vətəndaş müraciətinə baxılmasının nəticəsinə görə iş otağına dəvət etmiş və iş prosesinin gedişatı barədə soruşmuşdur. O nə iddiaçı ilə kobud danışmış, nə də sənədləri stolun üzərinə atmamışdır. Əksinə, iddiaçı onunla yüksək səs tonu ilə danışmağa başlamış və demişdir ki, lazım gələrsə onunla küçədə hər cür söhbət edər, hətta Sumqayıtda belə. İddiaçıdan otağı tərk etməsini xahiş etmiş və iddiaçı qapını çırparaq getmişdir. Otaqdan çıxanda işçilərə həkimə getdiyini demiş və o da iddiaçını ona görə çağırıb maraqlanmışdır. Bu hadisədən sonra iddiaçı ona dəfələrlə zəng etmiş, lakin o, zənglərə cavab verməmişdir. Bir dəfə özü zəng etmiş və ona telefonda şantaj, təhqirlər etməyə başlamışdır. Bütün işçiləri otağına dəvət edir və işin gedişatı ilə bağlı maraqlanır. İddiaçıya qarşı heç bir qərəzi olmamışdır. Hətta o evdən çıxarılan zaman ona yaşaması üçün öz mənzilinə də dəvət etmişdir. İddiaçıya qarşı heç bir kobud hərəkət etməmişdir. Qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. 02 mart 2021-ci il tarixli məhkəmə iclasında məhkəmə iclasında şahid qismində dindirilən X27 ifadə verərək göstərmişdir ki, onun hər iki tərəf ilə normaldır. İnsanlar ilk öncə onun otağına gəlir, sonra isə Elçin Məmmədovun. Arada yerləşən qapı isə hər zaman açıq olur. 17.09.2020-ci il tarixdə Elçin Məmmədov iddiaçını otağına çağırmışdır. Həmin an qapı açıq olmuşdur. Bir müddət sonra iddiaçının səsi yüksəlmiş və mübahisə yaranmışdır. Mübahisənin yaranma səbəbini bilmir. Mübahisə yaranmış və iddiaçı Elçinə demişdir ki, “səninlə söhbət edərik”. Ayaz sonra əsəbi halda qapını çırparaq getmişdir. Otaqlar yaxındır deyə hər bir səs eşidilir. İddiaçı işə görə çağrılmışdır. Elçin Məmmədov ilə başqa işçilərin mübahisəsinin şahidi olmamışdır. İddiaçının işində problemlər olmamışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7n 30.04.2018-ci il tarixli K- 120 saylı əmrindən görünür ki, X34 2018-ci il 1 may tarixindən 3 (üç) ay müddətinə X18 Agentliyinin Tovuz Şəhər Regional Bölməsinin böyük qaz nəzarət müfəttişi vəzifəsinə təyin edilmişdir. - İşəgötürən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7 ilə işçi İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı Agentliyin Tovuz Şəhər Regional Bölməsinin böyük qaz nəzarəti müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli (3 ay sınaq müddətinə) olaraq 30 aprel 2018-ci il tarixindən bağlanmışdır. İşçi 01 may 2018-ci il tarixdən işə başlayır. - İşəgötürən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7 ilə işçi İddiaçı arasında bağlanmış 73 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Agentliyin Kürdəmir Şəhər Regional Bölməsinin aparıcı qaz nəzarəti müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olaraq 25 sentyabr 2018-ci il tarixindən 28 dekabr 2018-ci il tarixədək bağlanmışdır. İşçi 08 oktyabr 2018-ci il tarixdən əmək fəaliyyətinə başlayır. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7n 25.09.2018-ci il tarixli 429 saylı əmrindən görünür ki, İddiaçı (bundan sonra - İşçi) 8 oktyabr 2018-ci il tarixindən 28 dekabr 2018-ci il tarixinə qədər Agentliyin Tovuz Şəhər Regional Bölməsinin böyük qaz nəzarət müfəttişi vəzifəsindən Agentliyin Kürdəmir Şəhər Regional Bölməsinin aparıcı qaz nəzarət müfəttişi vəzifəsinə keçirilmiş, 08.10.2018-ci il tarixdən Agentliyin 30 aprel K-120 nömrəli və 12 iyul 2018-ci il tarixli K-308 nömrəli Əmrləri qüvvədən düşmüş hesab edilmişdir. - İşçi İddiaçı ilə Enerji X7 arasında qüvvədə olan 25 sentyabr 2018-ci il tarixli 73 saylı Fərdi əmək müqaviləsinə 1 saylı dəyişiklikdən görünür ki, müqavilənin 2-ci bəndinin birinci cümləsində “28 dekabr 2018-ci il tarixədək” sözləri çıxarılmış və “tarixindən” sözündən sonra “01.05.2019-cu il tarixinədək” sözləri əlavə edilmişdir. Müqavilənin 3-cü bəndinin birinci cümləsində “Kürdəmir Şəhər Regional Bölməsinin aparıcı qaz nəzarəti müfəttişi sözləri çıxarılmış “Kürdəmir filialının aparıcı müfəttişi” sözləri əlavə edilmişdir. - İşçi İddiaçı ilə Enerji X7 arasında qüvvədə olan 25 sentyabr 2018-ci il tarixli 73 saylı Fərdi əmək müqaviləsinə 2 saylı dəyişiklikdən görünür ki, müqavilənin 2-ci bəndinin birinci cümləsində “01.05.2019-cu il tarixinədək” sözləri “01.10.2019-cu il tarixinədək” sözləri ilə əvəz edilmişdir. - İşçi İddiaçı ilə Enerji X7 arasında qüvvədə olan 25 sentyabr 2018-ci il tarixli 73 saylı Fərdi əmək müqaviləsinə 3 saylı dəyişiklikdən görünür ki, müqavilənin 2-ci bəndinin birinci cümləsində “01 oktyabr 2019-cu il tarixinədək” sözləri çıxarılmış və “30 dekabr 2019-cü il tarixinədək” sözləri əlavə edilmişdir. - İşəgötürən Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7 ilə işçi İddiaçı arasında bağlanmış 403 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Agentliyin Kürdəmir filialının aparıcı müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olaraq 28 dekabr 2019-cu il tarixindən 31 mart 2020-ci il tarixədək bağlanmışdır. İşçi 07 yanvar 2020-ci il tarixdən əmək fəaliyyətinə başlayır. İşçi İddiaçı ilə Enerji X7 arasında qüvvədə olan 28 dekabr 2019-cu il tarixli 403 Fərdi əmək müqaviləsinə 1 saylı dəyişiklikdən görünür ki, müqavilənin 2-ci bəndinin birinci cümləsindən “31 mart 2020-ci il tarixədək” sözləri çıxarılmış və “30 sentyabr 2020-ci il tarixədək” sözləri əlavə edilmişdir. İşçi İddiaçı ilə Enerji X7 arasında qüvvədə olan 28 dekabr 2019-cu il tarixli 403 Fərdi əmək müqaviləsinə 2 saylı dəyişiklikdən görünür ki, müqavilənin 2-ci bəndinin birinci cümləsindən “30 sentyabr 2020-ci il tarixədək” sözləri çıxarılmış və “30 oktyabr 2020-ci il tarixədək” sözləri əlavə edilmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7n 13.09.2018-ci il tarixli D-28 saylı əmrindən görünür ki, Bölmənin böyük qaz nəzarət müfəttişi İddiaçı Bölməyə daxil olan müraciətləri cavablandıran və müvafiq sənədləri hazırlayan zaman diqqətsizliyə yol verdiyinə, sənədləri nöqsanlı tərtib etdiyinə, öz vəzifəsinə məsuliyyətsiz yanaşdığına və onunla bağlanmış X26 3-cü hissəsinin “vəzifə təlimatı" bölümündə nəzərdə tutulan vəzifə öhdəliklərini düzgün yerinə yetirmədiyinə görə ona xəbərdarlıq edilmiş, bölmənin böyük qaz nəzarət müfəttişi İddiaçı tapşırılmışdır ki, məktublar və digər sənədlər hazılanarkən Azərbaycan Respublikasının orfoqrafiya lüğətinin internet vasitəsilə elektron versiyasına müraciət etsin, söz və ifadələri həmin lüğətə uyğunlaşdırsın. Agentliyin İnformasiya texnologiyaları şöbəsi bu Əmr qüvvəyə mindiyi gündən 5 (beş) iş günü müddətində Agentliyin bütün regional bölmələrində mövcud olan bütün kompütürlərə internet vasitəsilə Azərbaycan, rus və ingilis dilləri üçün”SPELLCHecker” proqram təminatının yüklənməsi və həmin proqram təminatından istifadə qaydalarını (təlimatı və ya video çarx) müvafiq kompütürdən istifadə edən əməkdaşlarının e-poçt ünvanlarına göndərilməsi təmin edilmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyinin 17.09.2020-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji X5 Kürdəmir filialının rəisi X17 və sözügedən filialın ofis meneceri X24 bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən 17.09.2020-ci il tarixdə Kürdəmir filialının Aparıcı müfəttişi İddiaçı filial rəisi xidməti otağına dəvət etmiş və daxil olan vətəndaş müraciətlərinin düzgün və vaxtında təhlil etməsini, həmçinin “Azəriqaz” İB-yi tərəfindən qanunsuz qoşulma ilə əlaqədar daxil olan materiallar əsasında görülən işlər barəsində rəsmi olaraq məruzə etməsini tələb etmişdir. İddiaçı isə öz növbəsində kobud şəkildə aqressiv olaraq, yüksək səs tonu ilə özünə bəraət qazandıraraq ona təzyiq etməməsini bildirmiş və artıq ifadələr işlədərək “lazım gələrsə hətta idarədən kənarda istənilən yerdə söhbət edə bilərəm” demiş və qapını çırparaq otağı tərk etmişdir. Daha sonra isə ofis menecerini məlumatlandıraraq xəstəxanaya gedəcəyini bildirmiş və 30 dəqiqə sonra idarəyə gələrək səhhəti ilə əlaqədar bu gündən etibarən məzuniyyətə çıxdığını bildirmiş və idarəni tərk etmişdir. - İddiaçı 06.10.2020-ci il tarixli izahatından görünür ki, 17.09.2020-ci il tarixində rəis Elçin Məmmədov onu vətəndaş Əliyev Poladın şikayəti ilə bağlı öz otağına dəvət etmişdir ki, Otağa daxil olan kimi yüksək tonla vətəndaş müraciətini niyə gecikdirdiyini soruşmuş və vətəndaş müraciətini üstünə tullamışdır. O isə cavabda Azəriqazdan cavab məktubunu gözlədiyi üçün şifahi olaraq icra müddətinin uzaldılmasını Rüfət Əliyeva bildirmişdir. Onunla yüksək tinla danışmağa davam etdiyinə görə o da aqresiv şəkildə “mənimlə niyə bu formada danışdığını, sözü varsa gedək başqa yerdə sözünüzü deyin” bildirmişdir. Bu sözdən sora bərk əsəbləşmiş, sakitcə otağı tərk etmişdir. Bu söhbətlər zamanı otaqda tək imiş. Özünü pis hiss etdiyi üçün Rüfət Əliyeva yaxınlaşaraq xəstəxanaya gedəcəyini bildirmiş və bunu rəisə bildirməsini istəmiş, əsəbi olduğu üçün rəisə şəxsən bildirməmiş, taxi ilə Kürdəmir şəhər Xəstəxanasına getmişdir. Müalicə olunduqdan sonra Elçin müəllim onu idarəyə çağırmışdır. İdarəyə qayıtdıqdan sonra rəisə halının pis olduğunu bildirmiş və halının pis olduğu üçün ona dərman vermişdir. Həmin gün rəisə xəstəliklə bağlı bülleten açdığını bildirmiş və sonra idarəsini tərk etmişdir. Bir az oteldə dincəlmiş və Ağstafa rayonuna yollanmışdır. - İddiaçı 06.10.2020-ci il tarixli izahatından görünür ki, o, 17.09.2020-ci il tarixdə Kürdəmir şəhər Xəstəxanasına özünü pis hiss etdiyi üçün yaxınlaşmış, onu müayinə etib qastrid ilə bağlı əmək qabiliyyətininin olmaması səbəbindən bülleten açmışdır. Qastrid ilə bağlı (mədə ilə bağlı). Bir az mədə bağırsağı ağrıyırmış. Filialda əsəbləşməyi, yəqin ki, mədə-bağırsağına təsir etmişdir. Kürdəmirdəki bülleten üç günlük açılmışdır. Bakı şəhərinə gəldikdən sonra (20.09.2020) yenidən dizi ilə əlaqədar həkimə müraciət etmişdir. Dizindəki problemlə əlaqədar Bakı şhərində müalicə almağı üçün 02 oktaybr tarixinə qədər (02 oktyabr daxil) xəstəliq vərəqi açılmışdır. - İddiaçı 09.10.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, 01.05.2020- 01.05.2021 iş ili üçün ona 19.10.2020-ci il tarixindən 14 təqvim günü müddətinə əmək məzuniyyətinə çıxarılmağına icazə verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7n 13.10.2020-ci il tarixli AERA/F-034 saylı əmrindən görünür ki, Agentliyin Kürdəmir filialının müfəttişi X31 birbaşa rəhbəri X15 qarşı etik davranış və intizam qaydalarını pozduğuna görə töhmət verilmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7n 16.10.2020-ci il tarixli AERA/Ş-29 saylı əmrdən görünür ki, Agentliyin Kürdəmir filialının aparıcı müfəttişi İddiaçı (bundan sonra - İşçi) 19 oktyabr 2020-ci il tarixindən 29 oktyabr 2020-ci il tarixədək 1 may 2020-ci -1 may 2021-ci iş ili üzrə məzuniyyət hesabından 11 (on bir) təqvim günü müddətinə əmək məzuniyyəti verilmiş, işçinin 30 oktyabr 2020-ci il tarixində işə başlaması əmr edilmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7n 16.10.2020-ci il tarixli AERA/K-107 saylı əmrdən görünür ki, Agentliyin Kürdəmir filialının aparıcı müfəttişi İddiaçı (bundan sonra - İşçi) əmək müqaviləsinə 30 oktyabr 2020-ci il tarixdən xitam verilmiş, Agentliyin Maliyyə şöbəsi bu Əmrin 1-ci bəndinə müvafiq olaraq İşçiyə son haqq-hesabın ödənilməsini təmin edilmiş, Agentliyin Təminat şöbəsi işçinin maddi məsul şəxs kimi öhdəliyində olan əsas vəsaitlərin və material ehtiyatlarının geri alınmasını təhvil-təslim aktı ilə rəsmiləşdirmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Aydınlı Azad tərəfindən tərtib edilmiş “İntizam xətasının araşdırılması barədə” Xidməti yazıdan görünür ki, Agentliyin Kürdəmir filialının (bundan sonra - Filial) 17 sentyabr 2020-ci il tarixli aktına İnsan resursları şöbəsində baxılmışdır. Nəzərə çatdırmaq istəyir ki, Filialın rəisi Elçin Məmmədov vətəndaş müraciətinin icra vəziyyəti ilə bağlı İddiaçı irad bildirərkən aralarında mübahisə yaranmış və bir-birlərinə sərt şəkildə iradlar bildirmişlərdir. Məsələnin aydınlaşdırılması məqsədilə İnsan resursları şöbəsi tərəfindən araşdırma aparılmış və Filialın aidiyyəti əməkdaşlarından izahatlar alınmışdır. Kürdəmir filialının aparıcı müfəttişi İddiaçı xəstəlik səbəbilə fəaliyyət göstərmədiyi üçün onunla görüş və izahatının alınması 6 oktyabr 2020-ci il tarixində həyata keçirilmişdir. İzahatında müəyyən olmuşdur ki, X32 müraciətinin icrası ilə bağlı Elçin Məmmədov onu öz otağına dəvət etmiş və sərt şəkildə vətəndaşın kağız daşıyıcıda olan müraciətini ona tullayaraq kobud formada irad bildirmişdir. Bu zaman İddiaçı də ona qarşı sərt reaksiya vermiş və subordinasiya qaydalarını gözləməmişdir. Məsələ ilə bağlı Elçin Məmmədov isə izahatında bildirmişdir ki, sözügedən vətəndaş müraciəti Kürdəmir filialına 1 sentyabr tarixində daxil olmuş və son icra müddəti 17 sentyabr müəyyən olunmuşdur. Son icra gününədək dəfələrlə həmin vətəndaşın müraciətinin araşdırılması ilə bağlı irad bildirmiş, İddiaçı əvəzinə özü araşdırmada iştirak etmişdir. Sənədin icrası 17 sentyabr tarixinədək yekunlaşmadığı üçün artıq sərt şəkildə narazılığını bildirmişdir. Nöqsanlarını bildirən zaman isə onu iş yerindən kənarda söhbət etməyə dəvət etmişdir. Xəstəlik səbəbindən isə iş yerindən getməsi ilə bağlı ondan icazə almamış və ya ona bildirməmişdir. X32 müraciətinin icrası ilə əlaqədar İddiaçı digər izahatı alınmışdır və müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən icra intizamı pozulmamış və müraciətə baxılması üçün lazımi tədbirlər görülmüşdür. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı icrası ona tapşırılmış müraciəti son günədək etmədiyi halda icra müddətinin uzadılması ilə bağlı Elçin Məmmədova müraciət etməmişdir. İddiaçı ilə söhbət zamanı Rüfət Əliyevə bildirdiyi qeyd etsə də, bu məsələ Rüfət Əliyevin qərarvermə səlahiyyətinin olmadığı məlumdur. X35 şifahi olaraq İddiaçı belə bir müraciətin gəlmədiyi bildirmişdir. Eyni zamanda Kürdəmir filialında fəaliyyəti zamanı əmək qabiliyyətinin olmaması ilə bağlı açdırdığı xəstəlik vərəqi İddiaçı real xəstəliyi ilə əlaqədar olmamışdır. Belə ki, izahatının alınması zamanı gah ayağı, gah da ürəyi qədar xəstəlik vərəqi açdırdığını bildirsə də, açılan vərəqədə “qastrit” ilə əlaqədar olduğu qeyd olunmuşdur. Bu hal da İddiaçı düzgün addım atmadığını göstərir. Yuxarıda qeyd olunanlara əsasən yekun olaraq bildirmək istəyir ki, İddiaçı rəhbərinə qarşı etik davranışı, ifadələri ilə subordinasiya qaydalarını pozduğuna görə yazılı xəbərdarlıq edilməsi, Filialın rəisi Elçin Məmmədova isə rəhbərlik etdiyi işçilərlə münasibətdə aqressivliyə yol verdiyinə görə edilən şifahi xəbərdarlıqdan nəticə çıxarmayaraq təkrar sərt şəkildə iradlar bildirdiyinə görə yazılı xəbərdarlıq edilməsi məqsədəuyğun hesab edilmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyinin 17.09.2020-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji X5 Kürdəmir filialının rəisi X17 və sözügedən filialın ofis meneceri X24 bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən 17.09.2020-ci il tarixdə Kürdəmir filialının Aparıcı müfəttişi İddiaçı filial rəisi xidməti otağına dəvət etmiş və daxil olan vətəndaş müraciətlərinin düzgün və vaxtında təhlil etməsini, həmçinin “Azəriqaz” İB-yi tərəfindən qanunsuz qoşulma ilə əlaqədar daxil olan materiallar əsasında görülən işlər barəsində rəsmi olaraq məruzə etməsini tələb etmişdir. İddiaçı isə öz növbəsində kobud şəkildə aqressiv olaraq, yüksək səs tonu ilə özünə bəraət qazandıraraq ona təzyiq etməməsini bildirmiş və artıq ifadələr işlədərək “lazım gələrsə hətta idarədən kənarda istənilən yerdə söhbət edə bilərəm” demiş və qapını çırparaq otağı tərk etmişdir. Daha sonra isə ofis menecerini məlumatlandıraraq xəstəxanaya gedəcəyini bildirmiş və 30 dəqiqə sonra idarəyə gələrək səhhəti ilə əlaqədar bu gündən etibarən məzuniyyətə çıxdığını bildirmiş və idarəni tərk etmişdir. - 743885 saylı Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 19.10.2020-ci il tarixdən 30.10.2020-ci il tarixinədək işdən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı 30.04.2018-ci il tarixdə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 Tovuz Şəhər Regional Bölməsinin böyük qaz nəzarət müfəttişi vəzifəsinə təyin edilmişdir. O, 25 sentyabr 2018-ci il tarixdən 28 dekabr 2018-ci il tarixədək Agentliyin Kürdəmir Şəhər Regional Bölməsinin aparıcı qaz nəzarəti müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olaraq 25 sentyabr 2018-ci il tarixindən 28 dekabr 2018-ci il tarixədək bağlanmışdır. Daha sonra 25 sentyabr 2018-ci il tarixli 73 saylı Fərdi əmək müqaviləsinə 1 saylı dəyişikliklə müqavilənin 2-ci bəndinin birinci cümləsində “28 dekabr 2018-ci il tarixədək” sözləri çıxarılmış və “tarixindən” sözündən sonra “01.05.2019-cu il tarixinədək” sözləri əlavə edilmişdir. Müqavilənin 3-cü bəndinin birinci cümləsində “Kürdəmir Şəhər Regional Bölməsinin aparıcı qaz nəzarəti müfəttişi sözləri çıxarılmış “Kürdəmir filialının aparıcı müfəttişi” sözləri əlavə edilmişdir. Həmin əmək müqaviləsinə 2 saylı dəyişikliklə müqavilənin 2-ci bəndinin birinci cümləsində “01.05.2019-cu il tarixinədək” sözləri “01.10.2019-cu il tarixinədək” sözləri ilə əvəz edilmiş və əmək müqaviləsinə 3 saylı dəyişikliklə müqavilənin 2-ci bəndinin birinci cümləsində “01 oktyabr 2019-cu il tarixinədək” sözləri çıxarılmış və “30 dekabr 2019-cü il tarixinədək” sözləri əlavə edilmişdir. Daha sonra iddiaçı ilə bağlanmış 403 saylı əmək müqaviləsinə əsasən İddiaçı Agentliyin Kürdəmir filialının aparıcı müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olaraq 28 dekabr 2019-cu il tarixindən 31 mart 2020-ci il tarixədək bağlanmışdır. 28 dekabr 2019-cu il tarixli 403 Fərdi əmək müqaviləsinə 1 saylı dəyişikliklə müqavilənin 2-ci bəndinin birinci cümləsindən “31 mart 2020-ci il tarixədək” sözləri çıxarılmış və “30 sentyabr 2020-ci il tarixədək” sözləri əlavə edilmişdir. Həmin əmək müqaviləsinə 2 saylı dəyişikliklə müqavilənin 2-ci bəndinin birinci cümləsindən “30 sentyabr 2020-ci il tarixədək” sözləri çıxarılmış və “30 oktyabr 2020-ci il tarixədək” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7n 16.10.2020-ci il tarixli AERA/K-107 saylı əmri ilə Agentliyin Kürdəmir filialının aparıcı müfəttişi olan iddiaçının əmək müqaviləsinə 30 oktyabr 2020-ci il tarixdən xitam verilmiş və o vəzifəsindən azad edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikanının Energetika Nazirliyi Enerji X7 16 oktyabr 2020-ci il tarixli əmrinin etibarsız sayılmasını, qanunsuz əmrin verilməsinin mənbəyini təşkil edən 17 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 Kürdəmir filialının rəisinin tərtib eldiyi aktın qanunsuz olduğuna dair qətnamə qəbul edilməsini, həmin tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsini, öz vəzifəsinə bərpa olunmağını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7 ilə İddiaçı arasında bağlanmış 403 saylı əmək müqaviləsinə əsaəsn İddiaçı Agentliyin Kürdəmir filialının aparıcı müfəttişi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olaraq 28 dekabr 2019-cu il tarixindən 31 mart 2020-ci il tarixədək bağlanmışdır. Həmin müqaviləyə edilmiş sonuncu dəyişikliklə əmək müqaviləsi 30 oktyabr 2020-ci il tarixədək bağlanmışdır. Daha sonra 16 oktyabr 2020-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 30 oktyabr 2020-ci il tarixdən xitam verilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından da göründüyü kimi əmək müqaviləsinin xitamı əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtamasıdır. Hazırda da qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməklə cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X7 iddiaçının agentlikdə olan vəzifəsinə xitam vermişdir. Məhkəmə iclasında izahat verən zaman iddiaçı qeyd etmişdir ki, onunla bağlanmış əmək müqaviləsinin xitamına əsas cavabdeh tərəflə onun arasında mübahisənin yaranması, cavabdeh tərəfin ona qarşı kobud və qərəzli münasibəti olmuşdur. Lakin iddiaçı qeyd edilən hallarla bağlı məhkəməyə hər hansı bir sübutu təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslandırılmadığından və iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı hər hansı hüquq pozuntusu müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəf iddia tələbinin digər “kobud qanun pozuntusunu yol vermiş X9 ona dəymiş mənəvi və maddi ziyana görə 3000 (üç min) manat alınıb ona verilməsi” hissəsindən imtina etdiyindən məhkəmə iddia tələbinə bu hissəyə münasibət bildirmir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Avil oğlunun cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı "cavabdeh Azərbaycan Respublikanının Energetika Nazirliyi Enerji X7 16 oktyabr 2020-ci il tarixli əmrinin etibarsız sayılması, qanunsuz əmrin verilməsinin mənbəyini təşkil edən 17 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 Kürdəmir filialının rəisinin tərtib eldiyi aktın qanunsuz olduğuna dair qətnamə qəbul edilməsi, həmin tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsi, öz vəzifəsinə bərpa olunmağı" tələbinə dair iddiası rədd tələbinə dair iddiası rədd edilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Avil oğlunun cavabdeh Azərbaycan Respublikasının Energetika Nazirliyi X1rşı "cavabdeh Azərbaycan Respublikanının Energetika Nazirliyi Enerji X7 16 oktyabr 2020-ci il tarixli əmrinin etibarsız sayılması, qanunsuz əmrin verilməsinin mənbəyini təşkil edən 17 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X5 Kürdəmir filialının rəisinin tərtib eldiyi aktın qanunsuz olduğuna dair qətnamə qəbul edilməsi, həmin tarixdən qətnamə qəbul edilən dövrə qədər əmək haqqı fərqinin hesablanıb ödənilməsi, öz vəzifəsinə bərpa olunmağı" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar