Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-949/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC "xxxx" Bank-ın vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC "xxxx" Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə “müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC "xxxx" Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə “müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğuran hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 adından Cavabdeh3 MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair və xx.xx.2020-ci il tarixdə 20 noyabr 2020-ci il tarixli, 4Ə/533 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və İddiaçı1 adından Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 2həsi 596.4 kv.m və 131.2 kv.m olan qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar oğulları Cavabdeh2 özlərinə məxsus olan daşınmaz əmlakla bağlı bank məsələlərinin həyata keçrilməsi üçün etibarnamə vermişlər. Onların xəbəri olmadan, eyni zamanda, qanuni maraq və mənafelərinə zidd olaraq oğulları Cavabdeh2 onların birgə mülkiyyətində olan ümumi sahəsi 596.4 kv.m və 131.2 kv.m olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanda qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixində alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 MMC-yə satmışdır. xx.xx.2020-ci il tarixdə isə Cavabdeh2 atası İddiaçı1 adına olan etibarnamədən təkrarən istifadə edərək, X6 etibarnamə vermiş və həmin şəxs isə xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alqı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlamışlar. Halbuki qanunla müəyyənləşdirilmiş qaydada belə bir hal nəzərdə tutulmamışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə X2 Əliyevin adından tanımadıqlar Cavabdeh1 ilə hər iki qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi ilə rəsmiləşdirərək öz adına keçirmişdir. Oğulları Cavabdeh2 verdikləri etibarnamədən istifadə edilərək tanımadıqları şəxslər vasitəsi ilə əmlaklarının başqa şəxsə satılması yolverilməzdir. Bu məsələnin mövcudluğundan xəbər tutan kimi araşdırma aparmış və məlum məsələni aşkara çıxarmışlar. Daha sonra Notariat Ofisinə müraciət etdikdən sonra sənədlərlə tanış olunmuşdur. Cavabdeh2 verilmiş etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmamışdır. Həmin etibarnamədə və bu etibarnamə əsasında baş tutmuş hüquq münasibətində (ipoteka müqaviləsinin bağlanmasında) təmsil edilən şəxs- iddiaçılar İddiaçı1 və İddiaçı2 iradə və maraqları müəyyən şəkildə ifadə olunmamışdır. Ümumiyyətlə, Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair etibarnamə verilən zaman təmsil edilən şəxs İddiaçı1 və İddiaçı2 təmsilçi Cavabdeh2 bu etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 özünün maraqları daxilində deyil, İddiaçı1 və İddiaçı2 maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi, xx.xx.2020-ci il tarixdə isə alqı-satqı müqaviləsinin ləğvinə dair saziş və xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqaviləsi iddiaçıların maraqlarına zidd olaraq bağlanmışdır. Yəni İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahələrinə dair (öhdəliyi təmin edən) alqı-satqı müqavilələri onun etibarnaməsi əsasında Cavabdeh2 tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında kənar şəxsin öhdəliklərinin təmin olunması üçün bağlanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC "xxxx" Bank-ın vəkili və nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz verərək iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarının əsassız olması qeyd olunan hallar ilə sübuta yetirilir, bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, Daşınmaz Əmlakın Dövlət X14 şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən 131 m2 və 596.4 m2 sahədən ibarət qeyri-yaşayış sahələri onun xüsusi mülkiyyətindədir. Sözügedən qeyri-yaşayış sahələri ASC "xxxx" Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222 saylı kredit xətti müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsi ilə ASC "xxxx" Bankının xeyrinə yüklü edilmişdir. Bank mübahisə edilən əmlakı ipoteka ilə yüklü edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-ci maddəsini, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası tələblərini rəhbər tutaraq xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsini imzalamış, külli miqdarda vəsaiti bocalana vermişdir. Hazırki iddia ərizəsindən də göründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir hüquqi əsaslandırma etmədən, öz subyektiv mülahizələrinə söykənən və tamhüquqlu etibarnamə ilə sözügedən qeyri-yaşayış sahələrini öz övladları Cavabdeh2 etibar etmiş (hüquqi nəticələri onlara əvvəlcədən məlum olan) olduğu halda alqı-satqı müqavilələrinin etibarsızlığına dair iddia qaldırmış, eyni zamanda onun hüquqi nəticələrinin ləğv edilməsini və qeyri-yaşayış sahələrinin boşaldılaraq təhvil verilməsini məhkəmədən xahiş etmişlər. Yəni, iddiaçılar şüurlu surətdə, mülkiyyətlərində olan qeyri-yaşayış sahələrini övladları Cavabdeh2 özgəninkiləşdirmə səlahiyyəti də daxil olmaqla, tamhüquqlu etibarnamə ilə etibar etmiş və bu etibarnamə hər kəsin imzasına etimad etdiyi notariusun imzası ilə təsdiq edilmişdir. Məlum olduğu kimi, notariat ofislərində istənilən etibarnamənin verilməsi zamanı onun məzmunu və hüquqi nəticələri etibar edənə izah olunur. Lakin 2 ildən daha artıq müddət keçdikdən sonra dəyəri 1 milyon manatdan artıq qiymətləndirilən əmlakları iddiaçıların yadına düşmüş və cavabdeh tərəfindən təmirinə yüz minlərlə "vəsait qoyulduqdan və həmin əmlaklar ipoteka ilə yüklü edildikdən sonra həmin əmlakları geri qaytarmaq niyyətinə düşmüşlər. Məhkəmə iclasında iddiaçıların vəkili və nümayəndəsi Vəkil1u iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçılar 8-10 il bundan əvvəl başqa bir işlə bağlı oğulları Cavabdeh2 etibarnamə vermiş, Rauf da etibarnamədən istifadə edərək atasının adına olan mübahisəli daşınmaz əmlakı Cavabdeh3 MMC-nin adına guya alqı-satqı etmişdir. Cavabdeh2 anası Tamara xanım daşınmaz əmlakın Cavabdeh3 MMC-yə satılması ilə bağlı razılıq məktubu vermişdir. Cavabdeh3 MMC-nin direktoru Bilalın bacısı oğludur, araşdırma zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Cavabdeh3 MMC-nin direktorunu dəvət edirlər ki, belə bir məsələ var, o da onun heç nədən xəbəri olmadığını və hamısını Bilalın etdiyini bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, çıxarış alınmadan alqı-satqı olmuş, hər iki tərəf arasında 10- 12 gün sonra alqı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlanmış və necə olursa həmin daşınmaz əmlak Cavabdeh1 adına keçmişdir. Cavabdeh1 qeyri-yaşayış sahəsinə dair çıxarış almış, çıxarışı aldıqdan sonra bankda müəyyən məbləğdə kredit götürmüş, əmlakları girov qoymuşdur. Belə ki, alqı-satqı edən şəxs Rəhim olmamış, Rəhim oğlu Raufa etibarnamə verəndən sonra Rauf da Xəqani adlı şəxsə etibarnamə vermiş, Xəqani də yarım milyon olan daşınmaz əmlakı 70-80 min manat məbləğə Cavabdeh1 satmış, Xəqani adlı şəxs də dünyasını dəyişmişdir. Tamara xanımın verdiyi razılıq ərizəsini də həmin işdən çıxarıb gətirib bu işin içinə qoymuşlar. Qarşı tərəf bildirir ki, əmlak ona 500.000 manata satılmış, Bilal 500000 manat ödəyib əmlak alsa da, nə üçün bu qədər vəsait verdiyi əmlakın sahibi Rəhimin kim olması bəlkə bir problem olması barədə maraqlanmamışdır. Eyni zamanda nəyə görə Cavabdeh3 MMC-yə satılmalı olan əmlakı Bilala satmışlar və nə üçün Cavabdeh3 MMC ilə bağlanan müqavilə ləğv edilmişdir? Bilal Rəhimin adına olan əmlaka görə nə üçün Xəqaniyə pul ödəyir? Buradan da görünür ki, alqı-satqı formal olmuş, ortada yarım milyon vəsait olmamışdır. Bundan başqa Xəqaninin adına maşın olmamış, Xəqanin evinin qiyməti 30-40 min manat olmuş, o, yarım milyonluq əmlakı ala bilməzdi. Cavabdeh1 Korrupsiyaya qarşı Mübarizə üzrə Baş İdarəsində ifadə verərkən qeyri-yaşayış sahəsinin Əzimov Xəqaniyə məxsus olduğunu qeyd etmişdir. Tərəflərin hər hansı mübahisəsi var idisə, bunu Xəqani ilə həll etməlidirlər. Lakin maraqlı olan cəhət budur ki, Xəqani əgər həmin o qeyri-yaşayış sahəsinə sahibdirsə, niyə onun azı 20-30 min manat dəyərində olan maşını, azı 200 min manat dəyərində olan evi yoxdur? İddiaçılar təsadüfən bu yaxınlarda qeyri-yaşayış sahəsinin yanından keçəndə görmüşdür ki, oranı Araz market işlədir və sonra araşdırıb bu məsələni ortaya çıxarmışlar. Mübahisəli məsələ ilə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Baş İdarəsində araşdırma aparılmış, araşdırma zamanı Cavabdeh1 ilə yanaşı X9 da dəvət olunmuşdur. Belə ki Cavabdeh1 ilə alqı-satqı müqaviləsi mərhum Xəqaninin etibarnamə verdiyi oğlu X9 arasında bağlanmışdır. Görünən odur ki, Cavabdeh2, dolayı yolla isə İddiaçı1 aldadılıb. Hamıya məlumdur ki, Nizami rayon ərazisində olan qeyri-yaşayış sahəsinin məbləği bu deyildir. alqı-satqı məbləği formal məbləğdir. Qaranlıq qalan məsələlər var. Müəyyən edilməlidir ki, həqiqətən Cavabdeh1 həmin əmlakı banka girov qoymaqla nə qədər pul götürmüşdür. Burada İddiaçı1 əmlakı əldən çıxmışdır. Bu Rəhim müəllimə haqsızlıqdır. Cavabdeh1 alqısatqı müqaviləsini əsas götürür. O, notariat hərəkətlərinin aparılmasından xəbərdardır. Alqı-satqı olursa notariat kontorunda depozit hesabına pul qoyulmalıdır. Amma qoyulan pul əmlakın faktiki dəyərində deyildir. Çox təəssüf ki, alqı-satqı müqaviləsi bağlanarkən müqavilənin ləğvi nəzərdə tutulmamışdır. Məhkəmə iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh1 hazırda harada olduğunu bilmir. O, ya rayonda, ya da ölkə xaricindədir. Belə ki, ona Bilal bəy tərəfindən etibarnamə verilmişdir, o da onun hüquqlarını müdafiə edir. Hazırda Cavabdeh2 barəsində cinayət işi gedir. Burada oğul ilə ata arasındakı problemin Bilala heç bir aidiyyəti yoxdur. Rauf etibarnamədən istifadə edibsə bu onunla atası arasında olan məsələdir. xx.xx.2021ci il tarixdə qeyri-yaşayış sahəsinin satılması ilə bağlı elan olmuş, Rauf problemli bina tikilən kimi tanındığına görə onu sata bilməmişdir. Qeyri-yaşayış sahəsi birinci Cavabdeh3 MMC-yə, sonra isə Bilala satılmışdır. Bilal heç bir qanunsuzluq etmədən notarial qaydada alqı-satqı müqaviləsi bağlamış və pulunu verib qeyri-yaşayış sahəsini almışdır. Həmin qeyri-yaşayış sahəsinə Bilal tərəfindən xərc qoyulmuş, Bilal qeyri-yaşayış sahəsinin hər kv. metrinə 1000 manat pul ödəyərək almış, alqı-satqı ilə bağlı Notariusun depozitinə 130 min manat bir, 500 min manat da bir pul keçirilmişdir. Rəhim oğlu Raufa, oğlu Rauf da Xəqani adlı şəxsə etibarnamə vermiş, Xəqani də mübahisəli qeyri-yaşayış sahəsini Bilala satmışdır. Bu əməliyyatların hamısı notariusda olmuşdur. Bu məsləyə dair əgər bir qanunsuzluq olsa idi, daşınmaz əmlak qeyri-yaşayış sahəsinə çıxarış verməzdi. Hazırda sözügedən qeyri-yaşayış sahəsi Bilalın adınadır. Bilal ilə Rauf bir-birini tanıyır. Bilal alqısatqını Xəqani ilə bağladığı üçün yəqin ki, pulu Xəqaniyə vermişdir. Alqı-satqının ləğvi ola bilsin ki, Bilalın göstərişi ilə olmuşdur. Həmçinin, bu qeyri-yaşayış sahəsi Raufun olmuş, sadəcə atasının adına rəsmiləşdirilmişdir. Bugünkü gün İddiaçı1 heç həmin qeyri-yaşayış sahəsinin yerini gedib tapa bilməz. Rauf Bilaldan şikayət etmiş və mübahisəli əmlakın üzərinə korrupsiyada olan işi üzrə həbs qoyulmuşdur. Onlar həbsin götürülməsinə dair şikayət versələr də şikayət təmin edilməmişdir. Onlar Raufun etibarnamədən sui-istifadə etməsini qəbul etmirlər. Onun bildiyi qədərilə X13 cinayət işi üzrə istintaqda dindirilmə zamanı da pulun onlara çatmadığını demişdir. Pulu Raufa vermiş, Raufa isə pulu Rəhimə verilmişdir. O həmçinin bildirdi ki, iş üzrə 3 cavabdeh qoyulsa da məsuliyyət Bilalın üzərinə qoyulur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bilal bildirmişdir ki, MMC vergi veriləcək deyə fiziki şəxs, yəni onun adına keçirmiş və bu əməliyyat notariusda olmuşdur. Bilal ayda ASC "xxxx" Banka 1000 manatdan artıq kredit ödəyir. Cavabdeh1 ASC "xxxx" Bankın rəhbərliyi ilə yaxşı münasibətləri olmuşdur və hazırda da çox yaxşı münasibətləri var, onlar dostdurlar. Rauf müəlimlə Bilal müəllim işgüzar münasibətdərirlər. Raufun Bilal müəllimə 800000 manat borcu vardır. “Cons Tikinti MMC-nin sahibi Cavabdeh1 deyildir. Obyekt satılan zaman onun satışı ilə bağlı yüksək məbləğdə ƏDV qoyulub. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, iddiaçılar Raufa etibarnamə verdiyi üçün Rauf istənilən hərəkəti edə bilər. Hər dəfə razılıq ərizəsinin alınmasına ehtiyac yoxdur. Əgər şəxsə etibarnamə verilibsə, o, istədiyi hərəkəti edə bilər, etibarnamə verən şəxs etibarnamə verir ki, adında olan əmlakı başqa birinə satsın. Notraius etibarnamə verildiyi halda etibar edəndən razılıq ərizəsi tələb edilə bilməz. Bank çıxarışın qüvvədə olduğuna reyestrin həqiqiliyinə əmin olduqdan sonra ipoteka müqaviləsini bağlamışdır. Kredit xətti müqaviləsindən ayrı olaraq ipoteka müqaviləsində məbləğ qeyd edilmişdir, əmlak 500000 ABŞ dolları məbləğə ipotekaya qoyulmuşdur. Alqı-satqı 2020-ci ildə olmuş, bu müqavilədən iki il sonra 2022-ci ildə ASC "xxxx" Banka əmlakı girov qoymuşdur. Onların Tamara xanımın razılıq ərizəsini notariusdan çıxarıb yerləşdirməkləri mümkün deyildir. Hazırda mübahisəli əmlak ilə bağlı cinayət işi yoxdur. Cinayət işi olduğu təqdirdə belə Bankla bağlı müsadirə hissəsi təmin edilməyəcəkdir. Onlar bu işdə vicdanlı subyektdirlər. Raufu hamı tanıyır, öz tikdiyi binanın bir evini bir neçə nəfərə satmışdır. O, Mehdi Abbasov küçəsini yaxşı tanıyır. Orada 2019- 2020-ci ildə 45 kv.metr olan obyekt 90000 manata satıla bilmirdi. Obyektlərin qiyməti isə hal-hazırda çox yüksəkdir. Qiymətlər son 1 ildə 40% qalxmışdır. İçində icarədər olan obyektin qiyməti lap yüksəkdir. Bilal müəllim Raufa Armatur sövdələşməsi vermiş, Rauf da Bilalın adına 8 ev yazmış, evlər də 5 nəfərə satılmışdır. Hazırda iddiaçıların qeyd olunan qeyri-yaşayış sahəsinə hüquqları yoxdur. Kredit müaviləsi üzrə əlavə ipotekaların qoyulmasının hazırki işlə əlaqəsi yoxdur. Bu işin mahiyyəti ilə əlaqəli deyildir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 MMC-nin nümayəndəsi və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin və Bakı şəhəri 54 saylı Notariat Kontorunun nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil4 iddiaya münasibətdə bildirmişdir ki, Cavabdeh2lə Cavabdeh1 arasında işgüzar müasibət olmuşdur, hər ikisi biznesmendir. Rauf bina tikintisi ilə, Bilal isə bu binalara armatur satışı ilə məşğul olmuşdur. İşgüzar münasibətlərdən sonra aralarında dost münasibətləri yaranmışdır. Onlar bina tikintisi ilə məşğul olmaq istəmişlər. Masazır qəsəbəsində olan ərazidə Bilal ilə Rauf bina tikə biləcəkləri və qazanc əldə edəcəkləri barədə aralarında razılaşmış və hansısa banka girov qoymalı olmalarını, Cavabdeh1 ASC "xxxx" Bankın rəhbərliyi ilə yaxşı münasibətləri olduğundan qeyri-yaşayış sahəsini həmin banka girov qoyub oradan vəsait əldə edib bu işə yönəldə biləcəklərini müəyyən etmişlər. İlkin sövdələşmə bu formada olmuşdur. Onlar əmlakın siyahısını almış, Rauf atasının adına bu əmlakların olmasını bildirmiş, hansı ilə iş görmək olmasını düşünmüşlər. X7 daşınmaz əmlakın yaradığını müəyyən etmişlər. Həmin vaxtda Rauf işlərinin çox olmasını demiş və sövdələşmənin baş tutması üçün Xəqani Əzimova etibarnamə vermişdir. Hansı ki, Xəqani Bilal və Raufun yaxın dostudur. Bu əmlak da hüquqi şəxsin adından ASC "xxxx" Bankda girov qoyulmalı idi. Girov isə fiziki şəxsindən adından deyil hüquqi şəxsin adından qoyulmalı idi. Hüquqi şəxs olaraq da Cavabdeh3 MMC olmuşdur. Əmlak birinci dəfə MMCnin balansına qoyulmalı idi. Sonradan isə məlum olmuşdur ki, hüquqi şəxsin adından əmlak qoyulmayıb. Cavabdeh3 MMC-də təsisçi ya da direktoru Rauf müəllim olmalıdır, ya da hər ikisinin ortaq tanıdığı bir adam olmalıdır. Sonradan Rauf müəllim bilmişdir ki, bu əmlak Xəqani müəllimə etibarnamə ilə verilmişdir. Həmin etibarnamə ilə alqı-satqı müqaviləsinin ləğvinə dair Cavabdeh1lə sövdələşmə olmuş və həmin bir obyekt üçüncü bir şəxsin adına satılmışdır. Onun etibarnamədən sui-istifadə edilmişdir. Bu məsələlərdən sonra bunun ailə münasibətlərindən, atası və anası ilə də aralarında gərgin vəziyyət yaranmışdır. O hesab edir ki, bu qurma məsələdir. Anası və atası Raufa etibar etmiş və övladlarına arxayın olmuşdur. Alqı-satqı zamanı Rauf müəllimin anasının razılığı ümumiyyətlə olmamışdır. İş materiallarında da baxanda görünür ki, Rauf müəllimin anasının razılığını başqa iş materiallarından gətiriblər. Rauf Cavabdeh1 heç nə almamışdır. Cavabdeh3 MMC-dən ödəniş alıb-almaması barədə isə məlumatı yoxdur, o bildiyi qədərilə əmlakın satışından vəsait əldə etməmişdir. Bilal ilə olan alqı-satqını Rauf müəllimin adından etibarnamə verdiyi Xəqani müəllim həyata keçirmişdir, Xəqani isə halhazırda həyatda yoxdur. Buna görə də ondan məlumat ala bilmir. Rauf müəllim obyektə gələndə təsadüfən görmüşdür ki, öz atasının adına olan obyekti təmir edirlər. Beləliklə, tərəflər arasında baş tutuması nəzərdə tutulan razılıq yerinə başqa formada, başqa razılıq həyata keçirilmiş, Rauf müəllimin ikinci alqı-satqıdan xəbəri olmamışdır. Rauf müəllimin bu məsələ ilə bağlı aldandığını nə zaman bildiyini dəqiq bilmir. O, yalnız hüquqlarını müdafiə etdiyi şəxsin dediklərini bildirir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında X13 şahid qismində ifadə verərək göstərmişdir ki, o, tərəfləri atası Əzimov Xəqaninin vasitəsilə qiyabi şəkildə tanıyır. Atasının tərəflərlə olan münasibətləri ilə bağlı çox da maraqlanmamış, atası dünyasını dəyişdikdən sonra bu qeyri-yaşayış sahəsi ilə bağlı məsələ ortaya çıxmışdır. Düzü, atası bu münasibətləri, əlaqələri ilə də bağlı çox da danışmırdı. Qeyri-yaşayış sahəsinin hansı olduğunu bilməsə də onların evinə bununla bağlı hər hansı pul gəlib çatmamışdır. Onu Korrupsiyaya qarşı Mübarizə üzrə Baş İdarəsindən də çağırmış, ona həmin bu qeyriyaşayış sahəsi ilə bağlı, belə bir obyektlərinin olub-olmaması, nə vaxt alınması tərzdə suallar vermişlər. O, orada da bu məsələ ilə bağlı ifadə vermişdir. Elə qeyri-yaşayış sahələri barədə də idarədən çağırıldığı zaman məlumatı olmuşdur. O, mübahisəli qeyriyaşayış sahəsinin Nizami rayonunda bir binanın aşağı hissəsində yerləşdiyini bilir. Onların imkanları olmadığı üçün atası qeyd olunan obyekti ala bilməzdi. Atası vəfat etdikdən sonra da sıxıntıları davam etmişdir. Atasının daimi bir işi, müəyyən bir biznesi olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı1 xx.xx.2013-cü il tarixdə 30 il müddətinə, İddiaçı2 isə xx.xx.2015-ci il tarixdə 50 il müddətinə Cavabdeh2 etibarnamələr verərək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq onun adından ərizə verməyi, imza etməyi, işləri aparmağı və digər hərəkətləri etməyi etibar etmişlər. Həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilmişdir. Hazırda etibarnamələr qüvvədədir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən Cavabdeh2 xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alqı-satqı müqavilələri bağlayaraq İddiaçı1 məxsus olan ünvan 2həsi 131.2 kv.m olan və 596.4 kv.m olan qeyriyaşayış sahələrini Cavabdeh3 MMC-yə 131200 manat və 596400 manat qiymətinə satmışdır. Qeyri-yaşayış sahələri satılarkən Cavabdeh2 İddiaçı2 əvəzinə xx.xx.2020-ci il tarixdə notariat ofisinə ərizələr ünvanlayaraq ünvan 2həsi 596.4 kv.m və 131.2 kv.m olan qeyri-yaşayış sahələrinin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir. Eyni zamanda Cavabdeh2 İddiaçı1 ona verdiyi etibarnamə üzrə səlahiyyətlərindən istifadə edərək İddiaçı1 adından xx.xx.2020-ci il tarixdə 06 ay (xx.xx.2021-ci il tarixədək) müddətinə, X6 etibarnamə verərək DƏDRX-nin ərazi dairəsinin xx.xx.2019-cu il tarixli çıxarışına əsasən İddiaçı1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinə dair arayış forma 1 almağı, mülkiyyət üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, ərizə verməyi və bu tapşırıqların həyata keçirilməsi ilə əlaqədar digər zəruri hərəkətləri etməyi etibar etmişdir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən X11 onun əvəzinə Cavabdeh3 MMC ilə xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair sazişlər bağlamış və sazişlərə əsasən tərəflərin ümumi razılığına əsasən Bakı şəhəri 54 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 4Ə/532 reyestr nömrəli və 4Ə/533 reyestr nömrə ilə təsdiq olunmuş alqı-satqı müqavilələrinə xitam verilmiş, alqı-satqı müqavilələrinə əsasən satıcı İddiaçı1 alıcı Cavabdeh3 MMC-dən ümumi aldığı satış qiymətləri olan pulu notariusun bankda açdığı depozit hesabı vasitəsilə geri qaytarmış, MMC isə qəbul etmişdir. Müqavilələrin predmetləri olmuş mübahisəli qeyri-yaşayış sahələrinin sahiblik və istifadə hüququ onun barəsində Saziş müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququnun isə əmlakın müvafiq qeydiyyatda alındığı tarixdən əmələ gəlmişdir. Müqavilələr ləğv edilmiş, Bakı şəhəri 54 saylı Notariat Ofisi Daşınmaz Əmlak Dövlət Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixdə müraciətlər edərək ünvan 3 ünvanında yerləşən 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələrinə dair İddiaçı1 verilmiş xx.xx.2019-cu il tarixli çıxarışların bərpa edilməsini xahiş etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli Dövlət Reyestrindən Çıxarışlar ilə ünvan 3 ünvanında yerləşən 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələrinin İddiaçı1 xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. Bundan sonra İddiaçı1 adından etibarnamə üzrə çıxış edən X1 Rəhim Nəsib oğlunun əvəzinə Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə AN-İ № ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələri bağlayaraq ünvan 2həsi 131.2 kv.m olan və 596.4 kv.m olan qeyri-yaşayış sahələrini Cavabdeh1 na 131200 manat və 596400 manat qiymətinə satmışdır. Xəzinə mədaxil orderləri ilə qeyd olunan vəsaitlərin Cavabdeh1 tərəfindən ödənildiyi öz təsdiqini tapmışdır. Cavabdeh1 ərizələr verərək qeyri-yaşayış sahələrinin onun mülkiyyətinə qeydiyyata alınması ilə əlaqədar notariusa çıxarışa sorğu verilməsini xahiş etmiş və onun adına ünvan 3 ünvanında yerləşən 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələrinə dair çıxarışlar verilmişdir. Hazırda tərəflərin məhkəmə iclasında bildirdiklərinə əsasən X5 vəfat etdiyi müəyyən olunmuşdur. Həmçinin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, ASC "xxxx" Bank ilə "xxxx" MMC (direktoru Cavabdeh1) arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222 saylı kredit xətti müqaviləsi ilə MMC-yə 36 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmış, kredit müqaviləsinin təminatı kimi xx.xx.2022-ci il tarixli, DKM/025N16L01687222/İM saylı ipoteka müqaviləsi üzrə ünvan 2həsi 131.2 kv.m olan və 596.4 kv.m olan qeyri-yaşayış sahələrinin bazar qiyməti 262000 manat və ******* manat olaraq müəyyən edilmişdir. Bu zaman həmin əmlaklar birgə nikah dövründə əldə edildiyi üçün Cavabdeh1 həyat yoldaşı X4 razılıq ərizəsi alınmışdır. Mübahisəli qeyriyaşayış sahələrindən başqa da Cavabdeh3 MMC tərəfindən ASC "xxxx" Banka başqa əmlaklar ipotakaya qoyulmuşdur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MMC-nin vəzifələri şəxsləri barəsində istintaq aparılan zamanı xx.xx.2022-ci il tarixdə "xxxx" MMCnin direktoru Rəsul Əhmədov ərizə ilə müraciət edərək MMC tərəfindən inşa olunan ünvan 1 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yerləşən MMC-nin təsisçisi Cavabdeh2 atası İddiaçı1 xüsusi mülkiyyətində olan 596.4 və 131.2 kvadratmetr olan qeyri-yaşayış sahələri Cavabdeh1 tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini və sonuncunun adına hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış verildiyini bildirmişdir. Qeyd olunan müraciət üzrə yekun qərar qəbul edilməmişdir. Müraciətdə göstərilən xüsusatlar cinayət işinin istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanuna müvafiq qərar qəbul ediləcəkdir. Məhkəmə ilk öncə qeyd edir ki, ünvan 3 ünvanında yerləşən 131.20 kv.m və 597.40 kv.m olan qeyri-yaşayış sahələrinə dair alqı-satqı müqavilələri və sazişlər 2020-ci il tarixdə bağlanmış, lakin iddiaçılar hazırkı tələb ilə məhkəmədə həmin tarixdən 2 ildən artıq müddət keçdikdən sonra yəni, xx.xx.2023-cü il tarixdə iddia qaldırmışlar. Məhkəmə bildirir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Hazırda iddiaçıların vəkili və nümayəndəsi izahatında “iddiaçıların təsadüfən bu yaxınlarda qeyri-yaşayış sahəsinin yanından keçəndə oranın Araz market kimi işlədiyini görməsini və sonra araşdırıb bu məsələni ortaya çıxarmalarını” bildirsə də, bununla bağlı onlar tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəməyə müraciət etdiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 366.2-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məhkəmə eyni zamanda iddia tələbinin “İddiaçı1 adından Cavabdeh3 MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair və xx.xx.2020-ci il tarixdə 20 noyabr 2020-ci il tarixli, 4Ə/533 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və İddiaçı1 adından Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi mahiyyəti üzrə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən Cavabdeh2 etibarnamələr verilmiş və Cavabdeh2 həmin etibarnamələr əsasında ona verilmiş hüquqlardan istifadə edərək, xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqavilələrini bağlamış və əmlaklar ilk öncə cavabdeh "xxxx" MMC-yə satılmış, həmin müqavilələr ləğv edildikdən və əmlak əvvəlki mülkiyyətçinin mülkiyyətinə qaytarıldıqdan sonra isə Cavabdeh2 tərəfindən İddiaçı1 adından X6 verilmiş etibarnamə əsasında bu əmlaklar Cavabdeh1 satılaraq sonuncunun mülkiyyətinə verilmişdir. Həmin qeyri-yaşayış sahələri Cavabdeh1 tərəfindən ASC "xxxx" Banka kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuş və "xxxx" MMC tərəfindən bankdan kredit götürülmüşdür. Hazırda iddiaçılar məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, 2538 ünvanında yerləşən qeyri-yaşayış sahələri barədə bağlanmış alqısatqı müqavilələrinin və sazişlərin etibarsız hesab edilməsini xahiş etsə də həmin müqavilələrin və sazişlərin etibarsızlığı üçün əsasların olmasını məhkəmədə sübut edə bilməmişlər. Belə ki,məhkəmə ilk öncə qeyd edir ki, İddiaçı1 tərəfindən və İddiaçı2 tərəfindən oğulları Cavabdeh2 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizələrinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, bütün dövlət idarələrində, koorperativ və ictimai təşkilatlarda onun adından ərizə vermək, imza etmək, işləri aparmağı və digər hərəkətləri etmək etibar edilmiş, həmin etibarnamələrdə verilmiş səlahiyyətlərin başqa şəxslərə verilə bilməsi qeyd edilməklə bu etibarnamələrin müddəti müvafiq olaraq xx.xx.2043-cü il və xx.xx.2065-ci il tarixlərədək müəyyən edilmişdir. Alqı-satqı müqavilələri bağlanan vaxt, yəni 2020-ci il tarixdə etibarnamə qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. İddiaçılar tərəfindən verilmiş etibarnamələrdə bütün əmlakları öz mülahizələrinə görə almaq, satmaq, onun adından ərizə vermək, imza etmək, işləri aparmaq və digər hərəkətləri etmək etibar edilmiş, Cavabdeh2 da İddiaçı1 adından etibarnamə əsasında verilmiş hüquqlar əsasında alqı-satqı müqavilələri bağlamış, İddiaçı2 adından mübahisəli əmlakların satılmasına etiraz etməməsi barədə ərizə verilmiş, İddiaçı1 ona vermiş olduğu etibarnaməsinə əsasən başqa şəxsə etibarnamə vermişdir. Göründüyü kimi müqavilə və sazişlər rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Hansı ki, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Belə ki, etibarnamələr hələ də qüvvədədir və iddiaçılar tərəfindən ləğv etdirilməmişdir. Bundan əlavə məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin “Cavabdeh2 anası Tamara xanım daşınmaz əmlakın Cavabdeh3 MMC-yə satılması ilə bağlı razılıq ərizəsinin həmin işdən çıxarıb gətirib digər işin içinə qoymaları” dəlili ilə bağlı qeyd edir ki, qeyd olunan hal işin mahiyyətinə təsir etmir. Belə ki, İddiaçı2 etibarnamə üzrə bütün əmlaklar barədə səlahiyyətlərini Cavabdeh2 ötürmüş və Cavabdeh2 onun adından bütün dövlət idarələrində, koorperativ və ictimai təşkilatlarda ərizə vermək, imza etmək, işləri aparmağı və digər hərəkətləri etmək səlahiyyətləri olmuşdur. Məhkəmə eyni zamanda iddia tələbinin mahiyyətinə münasibətdə qeyd edir ki, “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə hüquqi nəticəyə gəlmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında da Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki, əldə edənin əmlakı onu özgəninkiləşdirməyə səlahiyyəti olmayan şəxsdən əldə etdiyini bilməməsi faktının mövcudluğu tələbin təmin olunmasının mümkünlüyü baxımından vicdanlı sahibi mülkiyyətçiyə nisbətdə daha üstün hüquqi mövqeyə çıxarır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Bütün bu qeyd olunanlara əsasən mübahisəli avtomobillər ilə bağlı bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil, yuxarıda qeyd edildiyi kimi alıcı vicdanlı əldə edəndir. İlkin iddia üzrə iddiaçı tərəf isə bunların əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 sentyabr 2014-cü il tarixli Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Həmin Qərardda o cümlədən qeyd olunmuşdur ki, qanunvericilik belə istisnaları müəyyən etməklə mülki dövriyyənin mürəkkəbləşməsinin və çətinləşməsinin qarşısını alır, dayanıqlığını və möhkəmliyini təmin edir. Təsadüfi deyildir ki, mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda vicdanlı əldə edənin hüquqlarının qorunması, mülkiyyətçiyə nisbətdə onun daha üstün hüquqi mövqeyə çıxması və əqdin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildiyi halda iddianın təmin olunmasından imtina edilməsi qeyd edilmişdir. Hazırki iş üzrə mübahisəli qeyri-yaşayış sahələri satılan Cavabdeh1 müqavilələr üzrə vicdanlı alıcıdır və onun tərəfindən müqavilələr üzrə alqı-satqı məbləğləri ödənilmiş, bu isə iş materillarına əlavə edilmiş xəzinə mədaxil orderi ilə öz təsdiqini tapmışdır. Qeyd olunan halların əksi isə iddiaçılar tərəfindən sübuta yetirilməmişdir. Ona görə də Cavabdeh1 ilə bağlanılmış alqı-satqı müqavilələri və xx.xx.2020-ci il tarixdə bağlanılmış alqı-satqı müqavilələrinin ləğv edilməsi barədə sazişlər etibarsız hesab edilə bilməz. Hazırda Cavabdeh1 adına olan çıxarışlar da qüvvədədir. Cavabdeh2 və Cavabdeh1 barəsində də cinayət işi yekunlaşmamış və onların əməllərinin qanunsuz olması barədə rəsmi qərar mövcud deyildir. Beləliklə, şifahi olaraq məhkəmə iclaslarında bildirilənlər qeyd olunan müqavilələrin etibarsız hesab olunmasına dəlalət etmir. Hansı ki, məhkəmə iclasında mübahisəli əqdlərin Cavabdeh2 Cavabdeh1 olan borclarını pərdələmək məqsədilə və ya Cavabdeh2 onun tərəfindən hüquqi şəxsdə təsisçi və ya onun idarə edilməsində iştirak etmək üçün bağlanması bildirilsə də, qeyd olunan hallar məhkəmə araşdırılması zamanı sübuta yetirilə bilinməmiş və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Eyni zamanda, şahid kimi məhkəmədə dindirilmiş etibarnamə əsasında alqı-satqıda iştirak etmiş X5 oğlu X8 verdiyi ifadələr mübahisəli əmlaklarla bağlı tərəflər arasında yaranmış münasibətlər üzrə iştirakçı olmadığından onun ifadəsi iş üçün əhəmiyyət kəsb edən birbaşa sübut kimi qəbul edilərək iddia tələbinin təmin olunması qənaətinə gəlinməsinə əsas verməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş kredit müqaviləsi, və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin dövlət qeydiyyatı idarəsinin Çıxarışı ilə Cavabdeh1 "xxxx" MMC-nin hazırki qanuni təmsilçisi olması və MMC-nin xx.xx.2018-ci il tarixdə qeydiyyata alınması müəyyən olunmuşdur. İş üzrə cavabdeh qismində cəlb olunmamış "xxxx" MMC tərəfindən iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs ASC "xxxx" Bankdan götürülmüş kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 mübahisəli əmlakları ipotekaya qoymuşdur. Göründüyü kimi iş üzrə Cavabdeh3 MMC ilə "xxxx" MMC eyni hüquqi şəxslər olmamışdır. Göründüyü kimi, alqı-satqı müqavilələri bağlanarkən etibarnamələr qüvvədə olmuş, etibarnamələr iddiaçıların sərbəst iradələri ilə verilmiş, etibarnamə üzrə səlahiyyətlərindən istifadə etmiş şəxslər və alıcılar tərəfindən müqavilələr, sazişlər bağalanarkən sərbəst iradələri formalaşmış, dəyəri ödənilməklə və digər tərəfin də həmin məbləği qəbul etməsi ilə əqdlər bağlanılmışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlər ilə tərəflər arasında məhkəmədə mübahisələndirilən müqavilələrin bağlanarkən əqdin subyekt tərkibinə, məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər pozulmamışdır. Hansı ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə iddiaçıların “bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 2həsi 596.4 kv.m və 131.2 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” hissəsinə münasibətdə bildirir ki, hazırda iddia tələbi müqavilələrin və sazişlərin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, qeyd olunan tələblər müqavilələrin etibarsız hesab edilməsi tələbindən törəmə tələb olduğundan, yaranan hüquqi nəticələr müqavilələrin əsasında verildiyindən iddia tələbi bu hissələrdə də əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC "xxxx" Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə “müqavilələrinin etibarsız hesab edilməsi, onlardan doğulan hüquqi nəticələrin ləğv edilməsi və əmlakın boşaldılaraq təhvil verilməsi” barədə iddiası təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin olunmadığı üçün İddiaçı1 tərəfindən ödənilmiş 100,0 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər ASC "xxxx" Bank, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 54 saylı Notariat Kontoru cəlb edilməklə “İddiaçı1 adından Cavabdeh3 MMC ilə bağlanılmış xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin, xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, 4Ə/532 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair və xx.xx.2020-ci il tarixdə 20 noyabr 2020-ci il tarixli, 4Ə/533 nömrəli alqı-satqı müqavilələrinin ləğvinə dair sazişlərin və İddiaçı1 adından Cavabdeh1 ilə xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli və xx.xx.2020-ci il tarixdə bağlanılmış AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, bu hərəkətlərdən irəli gələn hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 2həsi 596.4 kv.m və 131.2 kv.m olan qeyriyaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” barədə iddiası təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-949/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-949/2023
16.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver