Məhkəmə qərarları › İş №2(007)-949/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-949/2024

22.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-949/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. X2 anadan olandan “Daun sindromu, dərin kəmağıllıq, idiotiya, kobud nitq və davranış pozuntuları” xəstəliyindən əziyyət çəkir və ona İ dərəcəli əlillik verilmişdir. X2 əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Qızı özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Ona görə, xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan X2 birinci dərəcəli əlil olduğundan və faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi X7 ərizəni müdafiə edib ərizənin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi və ekspert rəyi ilə razı olduğunu bildirdi. O əlavə olaraq qeyd etdi ki, qızı Daun sindromundan əziyyət çəkir. O, 18 ildir ki, qızına baxır, həkimlərə aparır, hətta qızını evdə tək qoya bilmir. Qızının bir gözü görmür. Ekspertizaya aparan zaman həkimlər də uşağın xəstəliyini görmüşlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X8 ekspert rəyinə etirazlarının olmamasını və ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı 728637 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası Ərizəçidır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müyinəyə dair məlumatın verilməsi barədə məlumatdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X5 İ dərəcəli əlildir və “Daun sindromu, dərin kəmağıllıq, idiotiya, kobud nitq və davranış pozuntuları” xəstəliyindən əziyyət çəkir. - 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 83 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 93 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X5 ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 978 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X4 Daun sindromu nəticəsində dərin əqli gerilik aşkar olunur. Bunu anamnestik məlumatlar- erkən yaşlarından Daun sindromunun əlamətlərinin müşahidə edilməsi, kobud nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafda xeyli geri qalması, əqli geriliklə əlaqədar heç bir təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-verbal kontakta daxil ola bilməməsi, sualları başa düşə bilməməsi, söz ehtiyatının son dərəcə kasadlığı, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, davranış pozuntuları aşkar etməsi, yaddaş və intellektinin aşağı olması və sair sübut edir. X5 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Onda Daun sindromu nəticəsində dərin əqli gerilik aşkar olunur. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir və psixi vəziyyətinə görə onun məhkəmə iclasında iştirakına yol verilmir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və tərfələrin izahatlarını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 321.2-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və ərizə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması səbəbindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu, psixi vəziyyətinə görə onun məhkəmə iclasında iştirakına yol verilməməsi barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2005-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixində Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri qismində ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar