Məhkəmə qərarları › İş №2(007)-949/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-949/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-949/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən 1-1792 kodla “X11” kimi qeyd olunmuş sənədlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, tərəfindən Nizami Rayon Məhkəməsinə müraciət edilərək "Abşeron rayon icra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamında səhv olaraq X2 qeyd edilmiş soyadının, şəxsiyyət vəsiqəsində olduğu kimi Ərizəçi olaraq düzəliş edilməsi barədə” qətnamə qəbul edilməsi xahiş olunmuşdur (2(007)- 1097/2024saylı iş). Nizami Rayon Məhkəməsinin 2(007)-1097/2024saylı xx.xx.2024-cü il tarixli Qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Sözügedən ərizədə maraqlı şəxs səhvən “Abşeron rayon İcra Hakimiyyəti” yazmışdır və bu səbəbdən həmin qətnamənin icrası mümkün deyildir. Maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməli idi. Bu onun səhvidir və bu səbəbdən yenidən məhkəməyə müraciət edilməsinə zərurət yaranmışdır. Məlumat üçün bildirir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 hektar hesabı ilə 50 ailə üçün torpaq sahələri ayrılmışdır. Sözügedən sərəncam əsasında ona- Ərizəçi 0.10 ha torpaq sahəsi verilmişdir. (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfatı Müəssisəsinin (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivinin şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyun 1999-cu il tarixli 27/k nömrəli əmri nəzərə alınmışdır). Sözügedən torpaq sahəsində ev tikilmiş və daima istifadə edilir. Hal-hazırda orda ailəsi ilə birlikdə yaşayır. Tərəfindən sözügedən torpaq sahəsinin özəlləşdirilməsi istiqamətində tədbirlər görəndə, ona məlum olmuşdur ki, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsində qeyd edilən soyadı-Bediyeva, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün səhvən Verdiyevə kimi qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin Təsərrüfatı X3 xx.xx.2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, şəxsiyyət vəsiqəsində Ərizəçi təqdim etdiyi sənədlərdə və arxivdə isə X12 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün soyadın eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır.

İş materialları :

3. AA seriyalı,3248705 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə doğulmuşdur.

4. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X8 xx.xx.2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azerbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolunu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən X9 0.10 hektar hesabı ilə həyatyanı torpaq sahəsinin ayrılmışdır.

5. xx.xx.1999-cu il tarixli 096 nömrəli Azərbaycan Respublikası Abşeron rayon İcra hakimiyyəti üzrə sərəncamından çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçiliksüdçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailə üçün 5 hektar torpaq fondu, 1.5 hektar küçə altına, cəmi 6.5 hektar torpaq sahəsi ayrılması, vətəndaş X9 0.10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999-cu il tarixli 27/K nömrəli əmri nəzərə alınması, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0.10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır.

6. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli Fərmanının 2-ci bəndinə əsasən, vətəndaşın torpaq sahəsinin ayrılması ilə bağlı təqdim etdiyi sənədlər və göstərdiyi ərazi Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin X8 arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi halda, müvafiq arxiv arayışı və plan-cizginin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün vətəndaşa verilməsi nəzərdə tutulur. Müvafiq arxivdə aparılmış araşdırma zamanı ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün X9 0.10 ha hesabı ilə 1- 1792 saylı həyətyanı torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Şəxsiyyət vəsiqəsində Ərizəçi, təqdim edilən sənədlərdə və arxivdə isə X11 qeyd olunması səbəbindən müvafiq arxiv arayışının verilməsi üçün soyadın eyniliyini təsdiq edən sənəd təqdim olunmalıdır.

7. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1097/2024 saylı qətnaməsindən görünür ki, ərizənin təmin edilməsi, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən verilən 20 avqust 1999-cu il tarixli, 096 nömrəli Sərəncamdan çıxarışın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir.

8. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli 28 saylı əmrinin, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 təşkilatının xx.xx.2003-cü il tarixli 02 saylı Protokolundan çıxarışın, arxiv kitabında X5 adı qeyd olunmuş səhifənin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir.

9. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmrindən görünür ki, Kənd X1 İttifaqı Komitəsinin 17 may 2003-cü il tarixli iclasının 02 nömrəli protokolundan çıxarışa əsasən siyahıda adları göstərilən X8 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0.10 ha torpaq sahəsi ayrılması əmr edilmişdir.

10. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli 02 saylı Protokolundan çıxarışdan görünür ki, fərdi ev tikmək üçün torpaq sahəsi almaq üçün X10 işçilərinin və vətəndaşlarının ərizə və müraciətləri müzakirə olunmuş və siyahıda adları göstərilən X8 işçilərinə və vətəndaşlara 0.10 ha hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması qərara alınmışdır. Həmin çıxarışa əlavə edilmiş qoşmadan görünür ki, siyahıda adı qeyd edilən şəxslərdən biri olaraq 1792 X11 qeyd edilmişdir.

11. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi sərəncamda soyadının səhvə yol verilərək “Verdiyeva” kimi yazıldığı, müvafiq düzəlişlər edilərək soyadının Bediyeva kimi qeyd olunması ilə bağlı müraciətinin təmin olunmasının onların səlahiyyətinə aid olmaması bildirilməklə, qaldırılan məsələnin həlli üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

12. Vİ-ТИ seriyalı, 411072 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci il tarixdə doğulmuşdur.

13. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

14. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 305.1.1. Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların.

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

18. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:

1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir.

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

İşin faktiki halı :

19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 28 saylı, 21 may 2003-cü il tarixli əmri ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, Tərəvəzçilik-südçülük Sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolu nəzərə alınaraq baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Ərizəçi Maraqlı şəxsnə müraciət edərək Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək üçün ona ayrılmış torpaq sahəsinə dair müvafiq arxiv arayışı və plan cizginin təqdim edilməsini xahiş etmişdir. Lakin maraqlı şəxs Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X7 tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 28 saylı, 21 may 2003-cü il tarixli əmrində ərizəçinin soyadı Verdiyeva olaraq qeyd edildiyi üçün müvafiq arxiv arayışının verilməsindən imtina edilmiş və qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, qeyd olunmuş sənədlərin Ərizəçi məxsus olmasının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir.

21. Məhkəmə qeyd edir ki, ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən 1-1792 kodla “X11” kimi qeyd olunmuş sənədlərin Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

23. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxsnə müvafiq arxiv arayışının verilməsi üçün müraciət etmiş, lakin ərizəçinin təqdim etdiyi sənədlərdə onun adının “Ərizəçi” olaraq, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 saylı əmrində isə “X11” kimi qeyd edildiyindən ərizəçiyə müvafiq arxiv arayışının verilməsi üçün arxiv sənədlərində adı qeyd edilən şəxslə eyniliyini təsdiq edən sənədin təqdim edilməli olduğu bildirilərək, qeyd edilən məsələnin həlli məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.

25. Məhkəmə qeyd edir ki, ərizəçinin müəyyən edilməsini tələb etdiyi fakthüquqmüəyyənedici sənədin ona məxsus olması faktı hüquqi əhəmiyyətli olmaqla, ərizəçinin həmin torpaq sahəsinə dair hüquqlarının müdafiəsi üçün zəruridir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

26. Məhkəmə iclasında tədqiq edilmiş şəxsiyyət vəsiqəsinin, eləcə də “doğum haqqında şəhadətnamə”nin surətlərindən görünür ki, həmin sənədlərdə ərizəçinin adı Ərizəçi kimi qeyd edilsə də, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cüil tarixli 28 nömrəli əmrinin 25-ci səhifəsində “1792 X11” kimi qeyd edilmişdir. Yəni göründüyü kimi ərizəçinin soyadı Bediyeva olsa da, sadəcə maraqlı şəxs tərəfindən ərizəçinin soyadı Verdiyeva kimi qeyd edilmiş, buna görə də müvafiq sənədin verilməsindən imtina edilmişdir. Tədqiq edilmiş iş materiallarına əsasən isə müəyyən olunur ki, 1792 nömrəli torpaq sahəsi ərizəçiyə ayrılmışdır.

27. İş materiallarından görünür ki, ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddə göstərilmiş ad, soyad, ata adı ilə sənəddə göstərilən ad, soyad, ata adı arasında ziddiyyət yaranmışdır.

28. Nəzərə alsaq ki, ərizəçi arxiv arayışı və planı əldə edə bilmədiyi təqdirdə, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən onun üçün ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnu əldə edə bilməyəcəkdir, deməli mübahisə predmeti olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmri hüquqmüəyyənedici sənəddir.

29. Həmçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X6 Ərizəçi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmrinin 25-ci səhifəsində “1792 X11” kimi qeyd edilmiş şəxslə eyniliyini müəyyən edə bilmədiklərinə görə arxiv arayışını ərizəçiyə verməmiş və eyniliyi təsdiq edən sənədlərin təqdim edilməsi tələb edilərək mübahisəli məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.

30. Göründüyü kimi, Ərizəçi arxiv sənədlərində qeyd olunan şəxslə eyniliyinin məhkəmədən kənar qaydada təsdiq edilməsi mümkün olmadığından həmin fakt yalnız məhkəmə tərəfindən müəyyən edilə bilər.

31. Məhkəmə işin faktiki hallarını araşdıraraq qeyd edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur. Ərizəçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli 28 nömrəli əmri ilə fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidən onun üçün ayrılmış 0.10 ha torpaq sahəsinə mülkiyyət hüququnu həyata keçirməsi həmin faktın müəyyən edilməsindən birbaşa asılıdır.

32. Belə olan halda məhkəmə ərizəçinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin əsasən “1792 X11” kimi qeyd olunmuş sənədlərin Ərizəçi məxsus olmasına dair tələbini əsaslı hesab edir.

33. Məhkəmə qeyd edir ki, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlarla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli, 28 saylı əmrinin 25-ci səhifəsində “1792 X11” kimi qeyd olunmuş sənədlərin Ərizəçi məxsus olması faktı tam sübuta yetirilir. Ərizəçinin dəlillərini, iş üzrə tədqiq olunan sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilməmişdir.

Nəticə :

34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 21 may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən fərdi mənzil tikintisi üçün ayrılmış 1792 saylı həyətyanı torpaq sahəsinə aid olan sənədin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir.

35. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

Ərizə təmin edilsin. Ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X8 (keçmiş Buzovna Tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 saylı əmrinə əsasən 1792 saylı kodla “X11” kimi qeyd olunmuş sənədlərin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar